PDF Oxu

Köşə

  • 12

Müxalifət partiyalarında istefa davam edir

Müxalifət partiyalarında istefa davam edir

Sərdar Cəlaloğlu:

Radikal kiçilib yox olmaqdadı,
Rəqib gendən baxıb həzz almaqdadı,
İstefalar yaman çoxalmaqdadı,
İsa qalmaqdadı son zamanlar tək,
Yetkililər edir Əli bəyə şəkk,
Liderlər bosslara açmaqda ətək.

Fuad Qəhrəmanlı:

Rəsulu qovanda var bic amili,
Bizdə istisnadı səy, gic amili,
Bizimçün vacibdi xaric amili,
Bosslar da göndərir tez-tez bal-pətək.

Sərdar Cəlaloğlu:

Sizə qoşulmadı liberal "Madam",
Süquta aparır sizləri qadam,
Cəbhə-Müsavatda qalmadı adam,
Blokda istefa toxumunu ək.

Fuad Qəhrəmanlı:

Rəsula qoşulub öz bandan sonra,
Gələrlər özünü asandan sonra,
Yəqin salmamısan sən bundan sonra ,
ADP-"ACP" arasında lək.

Sərdar Cəlaloğlu:

Daxildə sərhədlər çəkilməkdədi,
Ciblərə qrantlar tökülməkdədi,
Əli də, İsa da əkilməkdədi,
Bossdan gələn paya sən özün dil çək.

Fuad Qəhrəmanlı:

Əvvəlcə qüdrətli gücünü göstər,
Sonra da zodiak bürcünü göstər,
Tezliklə sən cəsur gücünü göstər,
Biz də bundan sonra meydandan itək.
Sərdar Cəlaloğlu:

Xərclər də bossların tostundan getdi,
Nə getdi Əlinin dostundan getdi,
Elə ki, başqanlıq postundan getdi,
İsanın başının saçını ütək.

Fuad Qəhrəmanlı:

Gərək hər birimiz olaq ürəkli,
Bloklar yaradaq sabit, sürəkli,
Mümkün ki, istefa oldu gərəkli,
Elə ki,tək qaldıq, çalarıq tütək.

Sərdar Cəlaloğlu:

Atın səhv qidanı, barı düz yeyin,
Dadsız olsa belə dözünüz, yeyin,
Boss göndərən əti özünüz yeyin,
İsaya saxlayın qol, qılça, pötək.

Fuad Qəhrəmanlı:

Bosslar qızınmaqçün bizə çul versin,
Nə verirsə, həm bol, həm də tez versin,
Qoy xaric bizlərə çoxlu pul versin,
Xalqın əleyhinə biz dil-dil ötək,

Sərdar Cəlaloğlu:

İblis yolunuzdan sizi döndərib,
Xaric sizlər üçün qalpaq göndərib,
İsanı xaricə çılpaq göndərib,
Sonra yerə yıxıb, vurasan kötək.
Fuad Qəhrəmanlı:

Təxribat mərkəzi Şam, Qahirə də,
Sizi dəstəkləyir o Tahirə də,
Fikrin də işləyir dar dairədə,
Məntiqin natamam, düşüncən gödək.

Sərdar Cəlaloğlu:

Bossların xaricdə atmaqda şıllaq,
Vursun liderlərə kütlələr şallaq,
Aşsın birliyiniz kəlləmayallaq,
"Qarabağ" xəttilə biz maraq güdək.

Fuad Qəhrəmanlı:

Xaricdən sən dəstək gözlədin yaman,
Xəbis məqsədini hislədin yaman,
İsanı, Əlini pislədin yaman,
Meydana Rəsulla gəl, bizlər gedək.

Sərdar Cəlaloğlu:

Əgər bacarırsan sən xaricə get,
Hər bir təklifinə boss deyəcək net,
İstəsən qoşasan bizlərə lafet,
Biz təşkil edərik sizlərə yedək.

Fuad Qəhrəmanlı:

Dal, əgər xəyala dalmaq istəsən,
Bosslardan sən qrant almaq istəsən,
Səmtini xaricə salmaq istəsən,
Yola çıxmağınçün verərik xötək.

Sərdar Cəlaloğlu:

Başa atmaq üçün azca çit versə,
Doğanaqlıq üçün uzun nit versə,
Nəqd deyil, o, bizə kredit versə,
Bossların yolunun üstündə bitək.

Fuad Qəhrəmanlı:

Xaricin verdiyi testi bilirik,
Biz sənin üstünü hisdi bilirik,
İsa da, Əli də pisdi, bilirik,
Gəl sən tapşırıq ver, elə də edək.

Sərdar Cəlaloğlu:

Sən yeni blokun başını boşda,
Bizim ADP-ni dəstəklə, xoşda,
Qarşıdan gələn o uğursuz qışda,
İsa soyuğundan üşüyək, sitək.

Fuad Qəhrəmanlı:

Qulpundan yapışaq rus xonçasının,
Qiyməti çox olar tuz xonçasının,
Bizə göndərilən boss xonçasının,
İçini yoxlayıb böyründən çətək.

Sərdar Cəlaloğlu:

Birlik bünövrəsi qoy nəm, meh çəksin,
Zəhməti, minnəti bosslar, şef çəksin,
Əli İsa ilə kayf, kef çəksin,
Biz üz-üzə durub, niyə göz didək?

Fuad Qəhrəmanlı:

İstəyir qəbirdən çıxaraq, xortda,
Sən baxıb kənardan, bizlərə partda,
Elə ki İsayla tək qaldıq "Yurd"da,
Sağlığa üçlükdə vurarıq qədəh.

Digər xəbərlər