Rauf Arifoğlu:
Sildi siyahıdan İsa adımı,
Ərşə bülənd etdi hər fəryadımı,
Uca Tanrı versin qoy muradımı,
Məndən aşağıda tutubdu qərar,
Əli seçkilərə İsayla varar,
Könlüm zirvələrdə yerini arar.
Arif Hacıyev:
Rauf qızartısı qulaq dibinə,
Mandat almaq meyli bənzər kəbinə,
Seçkidə mandatı qoyub cibinə,
İsa bəy şəst ilə saçını darar.
Rauf Arifoğlu:
Qalıbdı arxada hər gəlhagəli,
Mandatsız qalsaydım, olardım dəli,
Hələ yaxınlaşır başqana əli,
Sonra əlaqəni İsayla qırar.
Arif Hacıyev:
Seçkinin ilk günü qəmə bürünər,
Əlinin yanında cılız görünər,
Rauf seçkilərdə, sözsüz, sürünər,
Müsavat başqanı ayaqda durar.
Rauf Arifoğlu:
Qəlbim də, könlüm də, üzüm də girdə,
Pis də görünmürəm, vallah, efirdə,
Əliyə güvənib lazımi yerdə,
İsa sinəsini varaq tək cırar.
Arif Hacıyev:
Rauf kimilərə həm dodaq büzər,
Hər biri mandata doğru cəld üzər,
Xəyalları indi səmada süzər,
Bizim yeni blok qəlbini yarar.
Rauf Arifoğlu:
Qızışıb qol açıb qanad gərəndə,
Mən qüvvə görmürəm başqa ərəndə,
Həm İsa, həm Əli məni görəndə,
Arxaya baxmadan xaricə cırar.
Arif Hacıyev:
O, çox razı qalar mament keçirsə,
Yaraşıqlı olar jilet keçirsə,
İsa vəcdə gəlib piket keçirsə,
Nitqiylə bir anda Raufu yorar.
Rauf Arifoğlu:
Yatır Mirmahmuda əzəli könlüm,
Oxuyar ən nəfis qəzəli könlüm,
Mandat alan kimi bu dəli könlüm,
Mitinqdə Əliylə min büsat qurur.
Arif Hacıyev:
İfratlar içində o, önə çıxdı,
20 il ərzində çox rəqib yıxdı,
Raufu elə ki, bir küncə sıxdı,
İsa bəy cəld yeni bir rəqib sorar.
Rauf Arifoğlu:
Odur zəmanədə seçiləsi fərd,
İsanı, Əlini basıb kədər-dərd,
Rauf ifratlardan götürüb ibrət,
Mərəzə çevrilib rəqibi sarar.
Arif Hacıyev:
Qrant əvəzinə adi qan içən,
"Sasunlu David"in boyundan içən,
"Yeni Müsavat"ın suyundan içən,
Arifoğlu kimi yolunu azar.
Rauf Arifoğlu:
Bu yerdə qarışıb ağıllı-dəli,
İfrat vətən qanı soran bir zəli,
Boss zəhəri içib İsayla Əli,
Arifin qarnına düşübdü azar.
Arif Hacıyev:
Yoxdur beləsində güc, qüvvə, dartı,
Çoxunu qara yel qovub apardı,
Seçkiyə götürdük uğur startı,
Rauflar canından olublar bezar.
Rauf Arifoğlu:
Radikal durumda hövsələlər dar,
Sonda planları olar iflas, xar,
İsalar adamdan yararlanarlar,
Çoxlu pul qazanıb ilqarı pozar.
Arif Hacıyev:
Son vaxtlar olubdu hövsələsi dar,
Odur ki, vosmoyda gen qəfəsi dar,
Raufun başında bir pozuqluq var,
Sanar o özünü Napoleon, Sezar.
Rauf Arifoğlu:
Müsavat kədərə-qəmə bürünər,
Onlara hər bir şey şəffaf görünər,
Daim o yıxılıb yerlə sürünər,
İsa da bunları uğura yozar.
Arif Hacıyev:
Bütün radikallar fikrə dalıbdı,
İfratlar hamısı dalda qalıbdı,
Nə Əli, nə İsa mandat alıbdı,
Rauf Arifoğlu açıbdı bazar.
Rauf Arifoğlu:
Seçki blokları itirir izi,
Yaman ləkələyir əl altdan bizi,
Mandat almaq üçün imkanlar cüzi,
İsa Əli ilə planlar cızar.
Arif Hacıyev:
Samavar istərdi çaydan verilsə,
Alardı iblislə, şeytan verilsə,
Raufa azacıq meydan verilsə,
Ağzına gələni qəzetdə yazar.
Rauf Arifoğlu:
Müsavat reytinqçün çapar qılınca,
Bossları onlara lütf qılınca,
Mandat almayanlar gedər dalınca,
İsanı içinə dartacaq məzar.
Arif Hacıyev:
Daim çağırıblar məxsusi DİN-ə,
Ağılı başına gəlməyib yenə,
Yaxşı yerləşməkçün içərisinə,
Özü üçün geniş quyular qazar.