PDF Oxu

Köşə

  • 15

"AXCP (i)-Müsavat" seçki blokunun uğur sayıqlamaları

"AXCP (i)-Müsavat" seçki blokunun uğur sayıqlamaları

İsa Qəmbərov:

Blok var, uğur da olacaq mütləq,
Seçki qutuları dolacaq mütləq,
Yetkililər də zövq alacaq mütləq,
Əlbəttə, gedişi olacaq ağır,
Əli ilə mən də deyilik fağır,
Bu seçki zamanı bizimdi uğur.

Tahir Kərimli:

Ürəkləri oxu, sirrini gizlə,
Görünür uduzman həm açıq gözlə,
Ağzını ağ yelə çevirib gözlə,
"Uğur" qazanarsan, nə yap, nə yoğur.

İsa Qəmbərov:

İsa, boss yemidi yediyin yemin,
Ay blok, seçkidə dağılar qəmin,
Bizim qələbəmiz olacaq təmin,
Sevinc qəhərləri bizləri boğur.

Tahir Kərimli:

Əliyə ötürmə boşalmış camı,
Aparmaq çox ağır nadan adamı,
Ağzında yalançı qələbə tamı,
Ağzından tökülür çır-çınqıl, suxur.

İsa Qəmbərov:

Qalib gəlmək üçün lazımdı istək,
Xaricdəki bosslar söz deyir "yes" tək,
Əli də böyrümdə verəcək dəstək,
Payız seçkisindən qələbə qoxur.

Tahir Kərimli:

Yalnız kədər, qüssə, həm də kin sənin,
Gözünü açmadı hətta din sənin,
Seçkidə uduzmaq nəsibin sənin,
Yeri get xaricdən bossunu çağır.
İsa Qəmbərov:

Blokumuz çoxlu mandat alacaq,
Nahaqdan düşünmə o, pat alacaq,
Bosundan dollar yox, mandat alacaq,
Biz çətin yollarda olmarıq yağır.

Tahir Kərimli:

Sizin Əli ilə yeriniz türmə,
Həm də zəifləşib adicə görmə,
Üzünə çox nikbin ifadə vermə,
Sizin başınıza şimşəklər çaxır.

İsa Qəmbərov:

Gələrik özümüz imana-dinə,
Biz ağız açarıq Laosa, Çinə,
Xaric ümidləri doğruldar yenə,
Bizim təpəmizə dollarlar yağır.

Tahir Kərimli:

Siz qalib gəlməyi eyləmisiz qət,
Seçkidə olarsız siz məğlub, əlbət,
Uğur çox uzaqda sizlərdən, fəqət,
İsa bosslarından qrantlar yığır.

İsa Qəmbərov:

Çoxları özünü boz yelə verib,
Bəzi yetkililər vəlvələ verib,
Uğur qazanarıq əl-ələ verib,
Bosslar da, xaric də bizlərə baxır.
Tahir Kərimli:

Xariclə, daxillə anışmaqdasan,
Bossunla sən "no", "yes" konuşmaqdasan,
Üzdə sevinməkdən danışmaqdasan,
Əslində, üstündə şimşəklər çaxır.

İsa Qəmbərov:

Ölü də beləyik, hətta sağ belə,
Bizdən baş açmamış müdrik maq belə,
Seçkidə yenilib uduzsaq belə,
Boss qrant deyəndə ürəyim axır.

Tahir Kərimli:

Xeyirdən uzaqsız, siz şərə gedin,
İntihar etməkçün tez Kürə gedin,
Atın siyasəti kəndlərə gedin,
Sizi dağ yerində gözləyir naxır.

İsa Qəmbərov:

Daim rəqibimdən mən mat almışam,
Axur düzəltməmiş, tez at almışam,
Yuxuda gördüm ki, mandat almışam,
Bosslar da sinəmə medallar taxır.

Tahir Kərimli:

Müavin qoymusan dümbək çalanı,
Həm önə dürtürsən dalda qalanı,
Elə deyirsiniz xalis yalanı,
Bu, mənim özümü yandırıb-yaxır.

İsa Qəmbərov:

Uğur qazanaram, ciddi qət etsəm,
Dəstəyim olmazdı işi bəd etsəm,
Hansı yetkiliyə dollar vəd etsəm,
Dərhal mikrofonu köksünə sıxır.

Tahir Kərimli:

Böhrana uğramaq da tanış izdir,
Ağappaq saçın da başda biz-bizdir,
Uğursuzluq yeni nəsibinizdir,
İnşallah, tezliklə açılar paxır.

İsa Qəmbərov:

Danışan da çoxdu dalımca gic-gic,
Özüm də görkəmdən görünərəm dinc,
Seçkiyə gedirəm qəlbimdə sevinc,
Bəlkə də baxtıma bir mandat çıxır.

Tahir Kərimli:

Seçki məntəqəsi qırağındasan,
Həm də yaman mandat sorağındasan,
Sən də boss qrantı marağındasan,
Əli pul tapanda gözünə tıxır.

İsa Qəmbərov:

Ağıllı sözümü ibarə elə,
Bacarsan özünə bir çarə elə,
Sən get Vəhdətini idarə elə,
Neçə ki çıxmamış qarşına çuxur.

Tahir Kərimli:

Əlbəttə, qanunda yoxdu qadağa,
Qurumlar özünü edir sadağa,
Əli sinəsini verir qabağa,
İsa da seçkiyə burnunu soxur.

Digər xəbərlər