PDF Oxu

Köşə

  • 10

Radikallar bir-biriləri ilə qarşıdurma həddindədilər

Radikallar bir-biriləri ilə qarşıdurma həddindədilər

Lalə Hacıyeva:

Qalmaqal ifratlar sıralarında,
İxtilaflar artır aralarında,
Xarici nüans var paralarında,
Münasibətləri düşmənlər kimi,
Qərargahlarında batıbdı gəmi,
Artıb hər birinin kədəri-qəmi.

Fuad Qəhrəmanlı:

Nəzər salan da yox kor ocağına,
Xaric qrant atmır heç qucağına,
Atılıb meydanın bir bucağına,
Deyəsən, tutubdu "MBH" dəmi.

Lalə Hacıyeva:

Dərya arxasında dağlar qalıbdı,
Sırada falçılar, maqlar qalıbdı,
Əli öz "Yurd"unda ağlar qalıbdı,
Qurumur İsanın gözünün nəmi.

Fuad Qəhrəmanlı:

Əlini, İsanı mədh eyləyirik,
Möhkəm qardaşlığa əhd eyləyirik,
Biz sivil yarışa cəhd eyləyirik,
Maraqlı yönədi "MBH" cəmi.

Lalə Hacıyeva:

Gedin burnunuzla eşin siz gili,
İllərin ardınca ötürün ili,
Batıb liderlərin səsinin zili,
Əlinin, İsanın artıbdı bəmi.

Fuad Qəhrəmanlı:

Gözünüz altına alın çoxluğu,
Tanrı bəxş edibdi sizə yoxluğu,
Qapın əlimizdən mümkün çoxluğu,
Bizlərə ötürün cüzini,kəmi.
Lalə Hacıyeva:

İsa çapmaqdadı əcəl atında,
Əli də həmişə onun altında,
Xəyalım səmanın yeddi qatında,
Bir sıfır həddində sizlərin cəmi.

Fuad Qəhrəmanlı:

Əvəz eşələnib qumda, küllərdə,
Daim qərq olmusan coşqun sellərdə,
Qalıb bizdən kənar ötən illərdə,
Tuta bilməmisən sən sarı simi.

Lalə Hacıyeva:

Sizə sığınacaq ölkə yox, bayır,
Boş yerə qışqırıb ağzını ayır,
Xarici qrantlar göz qıdıqlayır,
Bossun tulapayı sizlərin yemi.

Fuad Qəhrəmanlı:

İlkin addımlarda nadan, xam oldun,
Əvəzin üstündə örtük, dam oldun,
Başqan İsa demiş sən "Madam" oldun,
Bizlər də büt etdik Smiti, Cimi.

Lalə Hacıyeva:

Əli nadan, yeyər gil mürəbbəsi,
İsaya verməli yel mürəbbəsi,
Ona yad olmuşdu el mürəbbəsi,
Gözünə dürtübdü xarici cemi.
Fuad Qəhrəmanlı:

Geri qaytaracaq İsa şöhrəti,
Əlisə əlindən verdi Qüdrəti,
Biz xaricdən aldıq gücü-qüdrəti,
Sən tətbiq eylədin öncə sələmi.

Lalə Hacıyeva:

Xaric pullarından cibə yük verdi,
Əli həyəcandan çoxlu tük verdi,
İsa qışqırığa üstünlük verdi,
Əli aldı ələ adi əməli.

Fuad Qəhrəmanlı:

"VİP" Əli ağartdı orda dişləri,
Bizdik edən daim sərt gedişləri,
Daim Əli gördü ağır işləri,
Ötürdü Əvəzlə sənə qələmi.

Lalə Hacıyeva:

Yeni blokların düşdü min dona,
Nəhayət, işləri çatdırdın sona,
İsa da üsullu qoşuldu ona,
Əli dovşan kimi yedi kələmi.

Fuad Qəhrəmanlı:

Özünü apardın xeyli şübhəli,
Bütün "Yurd"çuları eylədin dəli,
Əlindən haraya qaçsın, de, Əli,
Sən bizə qurursan yeni tələmi?
Lalə Hacıyeva:

Əlidə, İsada boş münasibət,
Arada qranit daş münasibət,
Yarada bilmədiz xoş münasibət,
Sizi dişləyənlər əsil dələmi?

Fuad Qəhrəmanlı:

Şirvan dayağımız, Muğan, Mil olduq,
Siz bir dişi aslan, biz bir fil olduq,
Biz narıncı rəngli qərənfil olduq,
Çevrildin laləyə, qızılgüləmi?

Lalə Hacıyeva:

Yatıb liderlərin, oyana bilmir,
Düşübdü xeyirə-ziyana, bilmir,
Nə Əli, nə İsa dayana bilmir,
Bununçün yıxılıb gərək öləmi?

Fuad Qəhrəmanlı:

Bu yekə başqanı adi tir bildin,
Sən "VİP"-i - Əvəzi, təmiz pir bildin,
Əlini sən niyə müqəssir bildin,
Səni "Azadlıq"dan atdı çöləmi?

Lalə Hacıyeva:

O gün ki, düşdünüz meydan selinə,
Çıxdı reytinqiniz ceyran belinə,
Səmtiniz çevrildi xaric yelinə,
Sizi adlandırım əsir, köləmi?

Fuad Qəhrəmanlı:

"Azadlıq" əyilib başa qaxıldı,
Ayağa qalxmamış Əvəz yıxıldı,
"VİP" Əli yerində çöküb qaxıldı,
Hamınız düşdünüz yaman diləmi?

Digər xəbərlər