PDF Oxu

Köşə

  • 10

Pənah Hüseynov radikal seçki bloklarının süni xarakter daşıdığını bildirir

Pənah Hüseynov radikal seçki bloklarının süni xarakter daşıdığını bildirir

Pənah Hüseynov:

İsayla Əli də blok qurub çaşır,
Qurumda namizədlər aşıb-daşır,
Hər biri kötük kimi çöküb aşır,
Bu bloklar sünidilər, kövrəkdilər,
Bosslardı üzlərinə hey su çilər,
Bizimkilər bunu əsil ruzi bilər.

Vurğun Əyyubov:

Çoxları heç qələbə çalmasa da,
Heç biri nəşə və zövq almasa da,
Bizlərə bir inamın olmasa da,
Bloka axın-axın adam gələr.

Pənah Hüseynov:

Kütlələr sizi gora göndəribdi,
Zəmanə blokları çöndəribdi,
Bosslarınız çoxdan üz döndəribdi,
Xaric də sizləri çirkaba bələr.

Vurğun Əyyubov:

Dikə qalxa bilmədik, ömür yarı,
Nə İsa, nə Əli dadmadı darı,
Bossların üzü hələ bizə sarı,
Himayədar başımıza dollar ələr.

Pənah Hüseynov:

Əldəqayırma bloku qaytar apar,
Çətin ki, sahibiniz ruzi tapar,
Pul üçün Əli də lap yumruğa çapar,
İsanın iştahası yeri dələr.

Vurğun Əyyubov:

İndi yaşaman da olub xeyli çətin,
Bu yerdə ola gərək fərasətin,
Bizlərin seçki blokları mətin,
Süni uğura sizlərin üzü gülər.
Pənah Hüseynov:

Gücsüzsən, uduzmaq da deyil eyib,
Sizləri heç bir kəs yox, xaric əyib,
Sevinmə blokların möhkəm deyib,
İnşallah, blokların çöküb ölər.

Vurğun Əyyubov:

"Yurd"-Müsavat əsil fil, sizlər böcək,
Seçkiyə hələ çox var, yeyib-içək,
Sağ olsun bosslar bizi yemləyəcək,
Xaric də çörəyini bizlə bölər.

Pənah Hüseynov:

İndi siz haray-hayda, həm ham-hamda,
Bir ulduz axtarırsız çıxıb damda,
Qüvvəniz tükənibsə son məqamda,
Deyirsən, bosslarınız qüvvə pilər.

Vurğun Əyyubov:

Sizlər yalan, bizlər dönüb düz olarıq,
Siz azsınız, bizlər artıb yüz olarıq,
Seçkidə qalib özümüz olarıq,
Müsavat siyahıdan sizi silər.

Pənah Hüseynov:

Batarsınız necə gəmi batır qumda,
Kəsəydiniz gərək əvvəl şərti şumda,
Elə ki, çökdünüz siz ilk addımda,
O zaman qalarsınız sizlər mələr.
Vurğun Əyyubov:

Seçki günü xəyallara dalarsınız,
Şübhəsiz ki, payınızı alarsınız,
Siz yenə bizdən geri qalarsınız,
Boss bizə hər addımda kömək elər.

Pənah Hüseynov:

Hər biriniz, heç şübhəsiz, bir güc özü,
Yıxacaq kümənizi iflic özü,
Elə ki, çəkdi yaxa xaric özü,
Görərsiniz başınıza gəlir nələr.

Vurğun Əyyubov:

Biz hazırda İsa ilə bossa nökər,
Sözsüz ki, biz də bir az tökərik tər,
Bizə hər bir sərvəti xaric tökər,
Yalançılar arzusunu göydən dilər.

Pənah Hüseynov:

Yenə də xaricə açmısız ətək,
Daim seçicidən almısız kötək,
Sizin bu seçkidə yolunuz gödək,
Artıq nasazlaşıb gəminizdə pər.

Vurğun Əyyubov:

Sən özün idarə edirdin xoru,
İndi sən kiminçün qurursan toru,
Özün pis "ideya generatoru",
Bəlkə bizi keçib sən olmusan bir ər.

Pənah Hüseynov:

İsanın özüyçün Əli bir hədəf,
Əli də İsaya gəlməkdədi kəf,
Yalançı bloklar düzülüb səf-səf,
Ancaq qəlbinizi sarmaqdadı çər.

Vurğun Əyyubov:

İndi bir kəs döymür çənə, yolunda,
Sinə cıran da yox yenə yolunda,
Hədəfdin polisə Binə yolunda,
Başa düşməyənlər gərək olsun xər.

Pənah Hüseynov:

Siz uzun illərdi bilməmisiz hədd,
Hər bossun önündə əymisiniz qədd,
Mandat almayacaq sizin namizəd,
Gəlin siz yalandan axıtmayın tər.

Vurğun Əyyubov:

Heç vaxt düşünmədin başınla dərin,
Seçki ərəfəsi sən coşma, ərin,
Acısan, özünü aparma şirin,
Demə Nərbalasan, həm nər oğlu nər.

Pənah Hüseynov:

Seçkiyə getməkdə hələ də var üz,
Mən düz danışıram, sən məndən az küs,
Böyük şair üçün adın təxəllüs,
Əli də, İsa da, sən özün də şər.

Vurğun Əyyubov:

Quduz canavarsan, quzu deyilsən,
İfrat fındığısan, qozu deyilsən,
Özün də az aşın duzu deyilsən,
Sən də gəl bizlərə az içir zəhər.

Digər xəbərlər