Əli Kərimov:
Məni Müsavata çağırdı İsa,
Sözünü də etdi müxtəsər, qısa,
Mənə çatacaqdır, söylədi, masa,
Gəlmişəm burada duyub bir yarış,
Səfər ölçüsü də cəmi bir qarış,
Dedim ki, quraram mükəmməl yarış.
İsa Qəmbərov:
Qoydum qabağına ən böyük dəni,
Bunun əvəzində məhv etdin məni,
Nahaq Müsavata çağırdım səni,
Tutduğum işə ad verirəm: yanlış.
Əli Kərimov:
Mənə pəl qurubdu Mirmahmud, Pənah,
Nəticə olmuşdu mənə də agah,
Yayda Müsavata gətirdim pənah,
İsa isti günü mənə etdi qış.
İsa Qəmbərov:
Tutubdu rəqibim əlində tiyə,
İstəyir arxadan mənə küpəyə,
Daxil sənin olsun dedim Əliyə,
Eybi yox, kifayət edər mənə dış.
Əli Kərimov:
Başqan əvvəl məni duşa çıxardı,
Sonra da zər atıb qoşa çıxardı,
Çağırıb yuxarı başa çıxardı,
Sora da üzümə qabardı ki, kış!..
İsa Qəmbərov:
Boss yardım edəndən daim tük verib,
Sağına-soluna pay-püşk yük verib,
Daim Etibara üstünlük verib,
Sonra dönük çıxıb, olub mənə tuş.
Əli Kərimov:
Mən gəldim buraya bir rəfiq kimi,
Qəbul etdin məni sən rəqib kimi,
Layiq deyildimsə müttəfiq kimi,
Get Əhməd Orucu, Mirmahmudu quc.
İsa Qəmbərov:
Bilməzdim ağzında dönüb bəd ollam,
Siyasəti atıb, burdan rədd ollam,
Düz üç ildən sonra namizəd ollam,
Şükür, yaxşı olar bizimçün sonuc.
Əli Kərimov:
O, açıb qarşımda daim uçurum,
Üzünü görəndə pisləşib durum,
İsaya qoşulcaq dağıldı qurum,
Bilmədim nə idi məndə olan suç.
İsa Qəmbərov:
Əlini ən xoşbəxt anımda gördüm,
Nə pislik etdisə, canımda gördüm,
Elə ki, Əlini yanımda gördüm,
Başımın üstündə görmədim bir quş.
Əli Kərimov:
Siyasətdə möhkəm bir dəb yaratdım,
Xoş sözlərlə zəngin dil, təb yaratdım,
Çətinliklə yeni məktəb yaratdım,
Hər bir gedişimi İsa etdi puç.
İsa Qəmbərov:
Yaman yanlış yola düşmüşəm, bəli,
O, siyasətçi deyil, adi bir dəli,
Nə vaxt ki, yanıma gəldi "Yurd" Əli,
Qazana bilmədim mən bircə quruş.
Əli Kərimov:
Partiyam az qala verəcəkdi çat,
Müsavata gircək dərhal oldum pat,
İsadan kənarda oluram rahat,
Yanında gətirə bilmirəm duruş.
İsa Qəmbərov:
Namizəd olmaqda Əlinin gözü,
O, nə etdiyini heç bilmir özü,
Əli nə istəyir, bilmirəm, düzü,
Mən isə deyirəm, vacibdir vuruş.
Əli Kərimov:
Müsavatda sağlam rəqabət yoxdu,
Onun başqanında kəramət yoxdu,
İsada müsbət bir əlamət yoxdu,
Mən onda görmüşəm yeni bir xuruş.
İsa Qəmbərov:
Mən müxalifətə yeganə yiyə,
Əli bundan sonra verəcək piyə,
Mən özüm, sözsüz ki, isti bir tiyə,
Kiçicik bir bıçaq Əli, həm koruş.
Əli Kərimov:
Özünü göstərib həmişə fağır,
Əl açıb bossların cibini sağır,
İsanın bugünkü durumu ağır,
Məndən nə istəyir, özündən soruş.
İsa Qəmbərov:
"Yurd" Əli qoymayıb əl yeri, nə qıç,
Onu düşünəndə keçirirəm qıc,
Mənim istəyimi anlayır Lahıc,
Əli nə istəyir, baş açmaz talış.
Əli Kərimov:
Məni siyasətçi yaradıb Qədər,
Siz də başınızı yormayın hədər,
Mirmahmuddan fərqli dağ-aran qədər,
Başqan da önümdə adi bir malış.
İsa Qəmbərov:
O, heç bir an belə olmamış ayıq,
Mən duru, o isə bulanıq çayıq,
Əli siyasətdən getməyə layiq,
Mən bar verən ağac, Əli bir kalış.
Əli Kərimov:
Əlində imkanın var, belimə güpə,
Mən azam dalğalar, sən adi ləpə,
Mən yüksək bir zirvə, sən alçaq təpə,
Sən mənə çatmazsan, lap on il çalış.
İsa Qəmbərov:
Get, bığını yağla, yuxla aş altda,
Müsavat başını qoyar baş altda,
Eybi yox, qalarıq bizlər daş altda,
Başının altına qoy yekə balış.