PDF Oxu

Köşə

  • 4

Vahid namizəd məsələsi yenidən ortaya atılıb

Vahid namizəd məsələsi yenidən ortaya atılıb

Vurğun Əyyubov:

Əli qoymalıdı dodağına hədd,
Dayanmaq lazımdı, öndə varsa sədd,
İsa olacaqdı vahid namizəd,
Hamı göstərməli dözüm, qətiyyət,
İsa bəy namizəd olar, nəhayət,
Əliyə sədrlik olacaq qismət.

Nurəddin Məmmədli:

Moizə oxuyub hər birimizə,
Çırpılmayın möhkəm siz oda-közə,
İsanı çox da siz soxmayın gözə,
Yaxşı keyfiyyətdi həya və ismət.

Vurğun Əyyubov:

Əli etməlidi özlüyündə qət,
Bizə həsr etməli mədhnamə, nət,
Əgər o, olarsa vahid namizəd,
İsanın başından tökülər nemət.

Nurəddin Məmmədli:

Bosslar nə verirsə, başqan cəld yeyir,
Sonra diş qıcırdıb, çox hədyan deyir,
İsadan heç zaman gəlməmiş xeyir,
Əli başdan-başa cəvahir, zinət.

Vurğun Əyyubov:

Atalar deyib ki, qüvvələr gücdə,
Əli dayanıbdı əbədi küncdə,
İsa uğurundan gələrək vəcdə,
Müsavat olacaq əbədi cənnət.

Nurəddin Məmmədli:

Bizlərə tutarlı bir misal da gət
Ki, İsada Əlidən artıqdı sənət,
Əlini qoymayıb vahid namizəd,
Bizim üstümüzə qoymayın minnət.
Vurğun Əyyubov:

Müsavat heç kəsi almaz qozuna,
Cəbhə bizim odda gəlib qızına,
Heç vaxt çatmayacaq Əli tozuna,
İsanı pisləyib, etməyin qələt.

Nurəddin Məmmədli:

Ağzını açanda başqan, su gəlir,
Baxanda adamın yuxusu gəlir,
İsadan üfunət qoxusu gəlir,
Sən gəl atmosferi pozub, az ilət.

Vurğun Əyyubov:

Hədəfə çatmazdı sənin nəhs oxun,
Əlini ucaldıb bizə az toxun,
İsa, xilas yolu vahid blokun,
Əlinin gücünə biz çoxdan bələd.

Nurəddin Məmmədli:

İştirak edibdi xeyirlə-şərdə,
"Yurd"çular arada saxlayıb pərdə,
Yox idi İsanın adı dəftərdə,
Əlini tanıyıb həmişə millət.

Vurğun Əyyubov:

İsa Müsavatda-bizdə gəzibdi,
Sizinkilər, çöldə-düzdə gəzibdi,
"Yurd" Əli həmişə üzdə gəzibdi,
İsaya qalıbdı məşəqqət, zillət.
Nurəddin Məmmədli:

Siz gedin bu isti yay yeli ilə,
Razılaş sözümün əzəli ilə,
Namizəd olarıq "Yurd" Əli ilə,
Sən apar İsayla viskini gillət.

Vurğun Əyyubov:

İsa uzun, sizin Əli qısa bəy,
Batmasın kədərə, nə də yasa bəy,
Qoy vahid namizəd olsun İsa bəy,
Yaxmayın bizlərə lüzumsuz illət.

Nurəddin Məmmədli:

Nahaqdan qoymayın bizlərə minnət,
Sizin nəsibiniz söyüşlər, töhmət,
Bizə kütlələrdən gəlməkdə hörmət,
Müsavat bu gün almaqda lənət.

Vurğun Əyyubov:

İstərik sədriniz çılpaq, lüt olsun,
İsadan 5-10 qat qanmaz, küt olsun,
İstəyirsən Əli tam sakit olsun,
Onun əsəbinə xeyli su çilət.

Nurəddin Məmmədli:

Əliylə İsadan fərqli istəklər,
Sevilmək istəyən axıtmalı tər,
Əlini 10-larla rayon dəstəklər,
Sizi dəstəkləmir Qobustan, Ələt.
Vurğun Əyyubov:

İsa haqda müsbət fikrə dalsanız,
Küsməyib bizlərdən razı qalsanız,
Əlini bişirib, razı salsanız,
İsa bəy verərdi sizlərə xələt.

Nurəddin Məmmədli:

Yüngül tənqidə də dözmürsən özün,
İsanın səhvini sezmirsən özün,
Məntiqsiz sözündən bezmirsən özün,
İndi deyirsən ki, dur, məni mələt.

Vurğun Əyyubov:

Artıq yeniləşir, ayılır İsa,
Elə bilməyin ki, bayılır İsa,
Yaxşı mütəxəssis sayılır İsa,
"Yurd" Əli qoy tapsın özünə sənət.

Nurəddin Məmmədli:

Çoxu şübhə edir yox kamalına,
Yetməyib heç zaman öz amalına,
Yarınır Avropa radikalına,
Bəlkə edəydiniz İsaya sünnət.

Vurğun Əyyubov:

Çox yaxşı, qolunu çirməsə Əli,
Müsavat səmtinə hürməsə Əli,
Boyunduruq altda girməsə Əli,
Sözsüz ki, alacaq İsadan töhmət.

Nurəddin Məmmədli:

Seçici bizlərə diqqət göstərir,
Çoxları İsaya nifrət göstərir,
Kütlələr Əliyə rəğbət göstərir,
Siz İsaya qoyun ilk öncə hörmət.

Digər xəbərlər