PDF Oxu

Köşə

  • 12

AMİP sədri professional siyasətçiləri pul müqabilində partiyasına dəvət edir

AMİP sədri professional siyasətçiləri pul müqabilində partiyasına dəvət edir

Yusif Bağırzadə:

Sizə şərab dolu çox cam verərik,
Qəşəng katibələr, madam verərik,
Vəzifə, kreslo, ənam verərik,
Yusif, Etibar da, AMİP də elin,
Bizimlə birlikdə sevinin, gülün,
Boss göndərən yemi bizimlə bölün.

Əli Əliyev:

İndii AMİP-in də azalıb köpü,
Yusif, Etibar tək gördük çox tipi,
Artıq "Azadlıq"dan çıxardım "VİP"-i,
İstərəm ki, bunu sizlər də bilin.

Yusif Bağırzadə:

AMİP-də olubdu onun əzəli,
İndii havalanıb olubdu dəli,
Cəfəng danışmaqda artıq "VİP" Əli,
Türmə qapısı tək köksünü dəlin.

Əli Əliyev:

Haqlı söz deyəcəm mən bircə sətir,
Bir AMİP lideri bilməmiş qədir,
Yusif Etibardan daha pis sədr,
Siz onu rədd edib "VİP"-imlə gəlin.

Yusif Bağırzadə:

Siz mənim sözümə eyləyin diqqət,
AMİP-ə göstərin səmimi riqqət,
"AMİP" Əli iftira söyləyir, əlbət,
O, sizi ağzına verir gur Nilin.

Əli Əliyev:

Sən öz liderinə ani nəzər sal,
Onun dili zəhər, mənim dilim bal,
Nahaq çağırışı dayandır dərhal,
Kütlələrə qarşı yönəlib zəlin.


Yusif Bağırzadə:

Çırmalayın dərhal qadir qolları,
Göstərin bizlərə uğur yolları,
Aşar başınızdan AMİP pulları,
Üzərsiz içində cəvahir selin.

Əli Əliyev:

Etibardan fayda görmədi bəşər,
O da İsa, Əli kimi adi şər,
Yusifin sözünə baxsanız əgər,
Düşmərsiz altına azman bir filin.

Yusif Bağırzadə:

Etibar deyir ki, şərim, xatam sən,
Adamlıqdan dönən xəbis, cüdam sən,
Bizim içimizdə bədğur adam sən,
AMİP-i dağıtdı bir zaman felin.

Əli Əliyev:

Köhnəlib yonular, əsərdən düşər,
AMİP-in yenidən nəzərdən düşər,
Get-gedə kütləşib kəsərdən düşər,
Hələlik, təzəsən, itidi dilin.

Yusif Bağırzadə:

Səfehsən, səndə bir amal olub ki?
Sənə qoşulanlar key, mal olub ki,
"Azadlıq"da neçə sağmal olub ki,
"VİP"-in buraxıbdı böyük bir yelin.

Əli Əliyev:

Çağırdıqlarına təklif etdin beh,
AMİP-in üstündən uzaq jalə, şeh,
Hələ ki, AMİP-də rəvan əsir meh,
Tərpənə bilirsiz əlindən yelin.

Yusif Bağırzadə:

"VİP"-in puç blokda sağıldı getdi,
"VİP" Əli tüstüdən boğuldu getdi,
"Azadlıq" ümidin dağıldı getdi,
Dərhal bəmə düşdü xəyali zilin.

Əli Əliyev:

Bədən sancılanır dalağa kimi,
AMİP-də satırdı ulağa kimi,
Etibar palçıqda qulağa kimi,
Özün boğazacan içində gilin.

Yusif Bağırzadə:

İsa Əli bəyə mat verib sındı,
Laləyə "VİP" Əli pat verib sındı,
Elə ki, "Azadlıq" çat verib sındı,
O andan bulandı dumduru gölün.

Əli Əliyev:

Sən də baş götürüb Qərbə varanda,
Rəqiblər səninlə olar taranda,
Etibar qəfil bir zərbə vuranda,
Gırt iki qırılar sənin də belin.

Yusif Bağırzadə:

Başına toplaşır, deyəsən, banda,
Səsin eşidilmir hələ heç yanda,
"Yurd" Əli Laləylə səni atanda,
Pırtlaşıq olubdu pəjmürdə telin.

Əli Əliyev:

Sənin çilik arzun dəyəndə daşa,
Zərin verməyəcək heç vaxt şeş qoşa,
Elə ki, boss sığal çəkmədi başa,
Daim bəd gedəcək hər ayın, ilin.

Yusif Bağırzadə:

Soyuqdan əsərsən sən sitim-sitim,
Canına yayılar mənim də bitim,
Lalə, Əli səni qoyubdu yetim,
Hələ də yerdədi cəsədin, ölün.

Əli Əliyev:

Yatmışdın, deyəsən, hay-küylə durdun,
Bossdan qrant alıb yeməyə durdun,
Sən hələ yenicə iməyə durdum,
Elbrusa səpilər sənin boz külün.

Yusif Bağırzadə:

İtdi sifətində tipaj da, tip də,
Səndən uzaqlaşdı Lalə də, cip də
"Azadlıq" da getdi, itin də, ip də,
Yenə gücdən düşüb, işləmir əlin.

Əli Əliyev:

AMİP-in hazırda yanar od-ocaq,
Əridi getdiyin cığır, yol, bucaq,
O qədər də yaxşı alınmayacaq,
Sənin rəqiblərə vurduğun pəlin.

Digər xəbərlər