PDF Oxu

Köşə

  • 10

Əli Kərimov yeni maliyyə qaynaqları axtarır

Əli Kərimov yeni maliyyə qaynaqları axtarır

Mirmahmud Fəttayev:

Pul üçün girməkdə Əli min dona,
O, adam göndərib artıq Londona
Ki, kömək göstərsin Lord Əhməd ona,
"Yurd" Əli oxumuş 7 il əvvəl,
Lord Əhməd şəninə yaxşı bir qəzəl,
O da ki, tutmuşdu "Yurd" Əliyə əl.

Əli Kərimov:

Lord Əhməd bilir boş cibimin dibi,
Bol qrant, həmçinin, qaldırır təbi,
Əvvəl levi yolla doldurub cibi,
Mən bu cür vururam bədxahıma pəl.

Mirmahmud Fəttayev:

Başqan qucub səni, hələ şokdasan,
İndi məlum olur başdan taxtasan,
Bu gün Müsavatı dağıtmaqdasan,
Tərk et bədxahlığı, bir özünə gəl.

Əli Kərimov:

Pul üçün gözünü edər dörd Əhməd,
İndi bir cinahda İsa, "Yurd", Əhməd,
Heç nə əsirgəməz məndən Lord Əhməd,
Londondan pul gəlsə, qoyular təməl.

Mirmahmud Fəttayev:

Mitinqdə Etibar çoxlu pat verib,
İsa seçkilərdə sənə mat verib,
Sövdələşmələrdə "Yurd"un çat verib
Bu dəfə də səni girləyir əcəl.

Əli Kərimov:

Bezirəm, Mirmahzmud söz döndərəndə,
Xaricdən küsürəm, göz göndərəndə,
Bəzən bosslar məndən üz döndərəndə,
Qrant qazanıram etdirib əməl.

Mirmahmud Fəttayev:

Səni tanıyanlar səndən tez bezər,
İddialarına az adam dözər,
Qrantçün Londona salmısan nəzər,
Cəbhə parçalayan olmusan əzəl.

Əli Kərimov:

Göstərmə özünü sən mətin kimi,
Qrantı gözləmə qismətin kimi,
Çirkindi ürəyin sifətin kimi,
Məndə xasiyyət də, mövqe də gözəl.

Mirmahmud Fəttayev:

Əməldə gerisən, öndəsən dildə,
Səsin xırıltılı, oxuma zildə,
Çox pislik etmisən sən 15 ildə,
Adamsan, kəndinə qayıt sən, düzəl.

Əli Kərimov:

Sən boss arzusuyla marıqda yatdın,
Qrantçün gecəni gündüzə qatdın,
Kinindən partlamaq həddinə çatdın
Ki, nədən boss səni etmədi özəl.

Mirmahmud Fəttayev:

Sən qana bilmirsən, hər lider qanır,
Yanmırsan, mənim tək yananlar yanır,
İsa səndən artıq qrant qazanır,
Bosslar ətəyinə atırlar xəzəl.

Əli Kərimov:

Satardın bazarda üç badam, püstə,
Həmişə yüyürdün sən adam üstə,
Dayanmaz bir qurum təməli üstə,
Hər sənin kimilər uzatsa yüz əl.

Mirmahmud Fəttayev:

Bizi önə verdin, sağ oldun özün,
Bizi təpə sandın, dağ oldun özün,
Liderin üzünə ağ oldun özün,
İfrata varırsan, bir azca dikəl.

Əli Kərimov:

Tox olluq, tox olsa misterin qarnı,
Acı başa düşməz tox serin qarnı,
Burnuna dəyməli liderin qarnı,
Hələ çox arıqsan, bir qədər kökəl.

Mirmahmud Fəttayev:

Qoz-qoz oynamaqda xislətin dələ,
Etibar, ya İsa yanında kölə,
Köhnə xasiyyətdə qalmısan hələ,
Uşaq ağlındasan, bir qədər yekəl.

Əli Kərimov:

Mühafizəkar oldun, klassik oldun,
Mandatı atanda başı dik oldun,
Təsəvvüründə sən vahid, yek oldun,
Köhnə dəbləri at, bir azca təzəl.

Mirmahmud Fəttayev:

Çox yaraşıq vermə sən göz-qaşına,
Bir şeyi ölçəndə baxma arşına,
Hara səfər etdin, sənin qarşına,
Çıxdı təmtəraqlı çoxlu gey, çəpəl.

Əli Kərimov:

Əsil sədrlərə sən az qara yax,
Mükəmməl olmamış səndə qaş, yanaq,
Məni pisləməmiş sifətinə bax,
Görən olmamışdır sənin tək təpəl.

Mirmahmud Fəttayev:

"Yurd"unun başını alıb duman, çən,
Sənə bir yetkili deməyib əhsən,
Sevinmə İsayla birliyinə sən,
İnşallah,səni də çırpar yerə kəl.

Əli Kərimov:

Bu gün Müsavata olduq şərik biz,
Yeyərik süfrədə bossla ərik biz,
İsayla boss cibi eşələrik biz,
Mənim məqamıma təki sən yüksəl.

Mirmahmud Fəttayev:

Çox zərər vurmuşdur tostlar cibinə,
Qoymamış bir qəpik dostlar cibinə,
Beş-üç dollar qoysun bosslar cibinə,
Təki sən İsanın yanında düzəl.

Əli Kərimov:

Səni düzəldərik payızda sirkə,
Həmişə batıbsan palçığa, çirkə,
Qoy işimi görüm İsayla birgə,
Çənəni boş qoyub, danışma əfzəl.

Digər xəbərlər