PDF Oxu

Köşə

  • 12

Əli Kərimov sağalmaz mitinq xəstəliyinə mübtəla olub

Əli Kərimov sağalmaz mitinq xəstəliyinə mübtəla olub

Əhməd Oruc:

Artıbdı İsanın yanında səsi,
Ona əta edir mitinq töhfəsi,
Özü də sağalmaz piket xəstəsi,
İsa Əli bəyi köksünə sıxır,
Guya ki, aləmi edibdi yağır,
Mitinqi blokun adına çıxır.

Nurəddin Məmmədli:

Hardasa bol çaxır, arağımız var,
Mümkün ki, həm saqqal darağımız var,
Bizim Müsavatda marağımız var,
İsa bəy bosslardan vəsait sağır.

Əhməd Oruc:

Öyünməsə belə talantı ilə,
O, sizə dayaqdı qarantı ilə,
Müsavat seçilir qrantı ilə,
Get, orda arxlardan bol şampan axır.

Nurəddin Məmmədli:

"DUİ"-də baş yoxdu, xəlbir işləyir,
Yeni əməkdaşlar dilbir işləyir,
Əli İsa ilə əlbir işləyir,
Mirmahmud onlara kolluqdan baxır.

Əhməd Oruc:

Əyninə geyib don hərəkətiylə,
Pis günə düşüb 10 hərəkətiylə,
Əli özünün son hərəkətiylə,
Əliylə əyninə ağ kəfən taxır.

Nurəddin Məmməmdli:

Biz yaxşı bilirik qırımınızı,
Siz gedin düzəldin durumunuzu,
Leysan viran edib qurumunuzu,
Sizin "DUİ"-nizdə şimşəklər çaxır.

Əhməd Oruc:

Deyəsən, azalır liderlik riski,
İsanı çağırır Jirinovski,
Süfrədə olacaq vodka və viski,
Vedrəylə gələcək portfeyn çaxır.

Nurəddin Məmmədli:

Sizi gözləməyib deyirəm qısa,
Tezliklə dolacaq yeməklə kasa,
Yanaşı dayanıb Əliylə İsa,
Bu səhnə sədrini yandırıb-yaxır.

Əhməd Oruc:

Deyəsən, yamanca gətirir əli,
Aparır özünü yenə gülməli,
İsa kölgəsinə qısılıb Əli,
Sonra qusacaqdır, hələlik, tıxır.

Nurəddin Məmmədli:

Blokda görsənir nər ikisi də,
Eybi yox, olubdu şər, ikisi də,
Hücum edəcəkdir hər ikisi də,
Sizin əlinizdən, hələ ki, yığır.

Əhməd Oruc:

Donuzdan da o, tük ütəcək, əlbət,
O öz məqsədini güdəcək, əlbət,
Mirmahmud o yolla gedəcək, əlbət,
Hələlik, onunçün siz açın cığır.

Nurəddin Məmmədli:

"DUİ"-ni İsaya qoşma talaq tək,
Cavab alarsınız sərt şapalaq tək,
Mirmahmud dağıdır kor yapalaq tək,
Sən onun yanında adi bir fağır.

Əhməd Oruc:

20 il keçmişdə qaldı Siyamək,
Onlar cənnət alar, sənsə Qiyamət,
Sənə verməyəcək heç biri qiymət,
Tahir Kərimli tək özün az bağır.

Nurəddin Məmmədli:

Tez-tez çatlayırsan köhnə gor kimi,
Dolaşma ayağa həm də tor kimi,
Çubuq yelləyirsən dirijor kimi,
Mümkünsə KİV-lərdə özün az çığır.

Əhməd Oruc:

Mirmahmud Əliylə olub mülayim,
Həm də dostluğumuz olubdu qaim,
Biz yaxşı müttəfiq olmuşuq daim,
İsayla gününüz keçəcək ağır.

Nurəddin Məmmədli:

"DUİ" ilə dostluq üç saat çəkər,
Qoy etsin dilini bir qədər şəkər,
Xırda bir yaxşılıq edibsə əgər,
Mirmahmud adamın başına qaxır.

Əhməd Oruc:

Bədxahsız, bu faktı gəlin az danın,
Barı başa düşün, dərk edin, qanın,
Bu yaxın illərdə sizin, inanın,
Əliylə İsanı gözləmir uğur.

Nurəddin Məmmədli:

Boss durur, bizlərçün çox maya durur,
Mirmahmud hövlanak haraya durur,
Arxanızda böyük bir qaya durur,
Vardır önünüzdə dərin bir çuxur.

Əhməd Oruc:

Üzünüzdə qətrə nə jalə, su yox,
Nə də önünüzdə futbol kosu yox,
Sizlərdə yüz faiz pul qoxusu yox,
İsa da, Əli də krizis qoxur.

Nurəddin Məmmədli:

İndi paketlər də axır səmaya,
Tezliklə yol tapar naxır səmaya,
Pis-yaxşı İsa bəy baxır səmaya,
"DUİ" başınızı torpağa soxur.

Əhməd Oruc:

Qoşa şeş çıxmadı, atdın dübarə,
Təkrar açılmadı bəxtin dübarə,
İsa dərdinizə tapmadı çarə,
Sizin gözünüzü artıq yaş boğur.

Nurəddin Məmmədli:

İsa başımıza tökməkdə gülü,
"Yurd", Müsavat diri, "DUİ"-niz ölü,
Nədənsə qıymayıb adicə külü,
Mirmahmud gözünə tökəcək suxur.

Digər xəbərlər