Avropanın Eynulla "şousu"
Mən bu yazını tam səmimiyyətlə yazıram. Bu yazı Qərbdəki siyasi avantüra dairələrinin siyasi qurbanlıq kimi seçib sözün bütün mənalarında məhv etdikləri bir azərbaycanlı barədədir. Bəlkə də o öz xalqına və öz həyatına xeyir verən birisi ola bilərdi. Amma bəlkə... Eynulla Fətullayev şousu davam edir. Həm də bilirsiniz nə şou? Avropanın biz azərbaycanlı müsəlmanlara "ərməğan hədiyyələrindən" birisi. Bunlar belə "hədiyyələri" bizə oqədər ediblər ki...
Bu avropalılar bütün əsrlərdə şərqlilərə və sonrakı mərhələdə isə müsəlmanlara düşmən gözü ilə baxıblar. Sanki Şərqdən bir qorxu hiss ediblər bunlar. Mədəniyyəti və sivilizasiyanı əxz etdikləri Şərqdən elə qorxurlar ki... Elə Azərbaycanın timsalında da bunu görürük. Gözlərini neftimizə dikəndən sonra Qərbdəkilər bizə qarşı "demokratiya şüarı"nı siyasi alverə çevirib bundan siyasi məqsəd kimi istifadə etməyə can atırlar. Bəs hanı əsil demokratiya, cənablar? Sizə demokratiya şüarı yalnız və yalnız neft mənbələrini və iqtisadi qaynaqları tutmaq üçün gözəl bir şüar kimi lazımdır, vəssalam! Yoxsa yalan deyirəm? Yox cənablar, vallah, yalan demirəm. Siz özünüzdə yaratdığınız gözəl demokratiyanı ancaq özünüzə saxlayırsınız. Amma başqalarına gələndə isə, bu demokratiyanı istənilən an iqtisadi maraqlarınıza "peşkeş" etmisiniz. Bu da yalandır? Yox, YALAN DEYİL!
Bu avropalı həşəratlar Azərbaycana elə bir mövqe sərgiləyirlər ki, bunu bir başqa xristian ölkəsinə etsəydilər, başlarına itin oyununu açardılar. Amma bizə gələndə isə, hər şey başqa cür olur. Avropanın hansısa bir "lezbiankası", nə bilim, "mavi rənglisi" hay-həşir qoparan kimi bütün Avropa Birliyi, Sarkozidən tutmuş Merkelə qədər onun müdafiəsinə qalxır. A kişi, adi birinin itini kimsə incidəndə heyvansevənlər təşkilatı Strasburqda Avaropa Şurasının qabağında etiraz edirlər. Və ən dəhşətlisi isə odur ki, istəklərinə də nail olurlar. Yəni heyvanlara qarşı azacıq zorakılıq üçün böyük qərarlar və sanksiyalar tətbiq olunur. Amma minlərlə azərbaycanlını ermənilər Hitlerdən daha dəhşətli şəkildə diri-diri şişə çəkib yandırdılar, bir dənə avropalı it oğlu it ağzını açıb, bir dənə söz demədi. Niyə? Çünki bu Azərbaycan bütün dövrlərdə ox olub girib bunların gözünə. Təkcə avropalının yox, elə HAMISININ! Bunlar Azərbaycanda aranı qarışdırmaq və siyasi təzyiq metodu yaratmaq üçün ölkədə SİYASİ QURBANLAR ordusu yaradırlar. Bunlar bu "toxumu" neçə il əvvəl "əkiblər", indi bir neçə ildir ki, "biçməyə" çalışırlar. Amma məhsul "zay" çıxıb nədənəsə...
Məsələ burasındadır ki, bu avropadakılar Eynulla Fətullayev adlı bir nəfəri nə cür "şişirdib" ortaya atıblarsa, bu zavallının özü də necə faciəli şəkildə siyasi qumara qoyulduğunun hələ də fərqində deyil. Avropalılar əvvəlcə bunu siyasi vasitə kimi ortaya çıxarmaq üçün bir qəzet yaradıb ortalığa atdılar. Sonra da onu ağzına gələn cinayət xarakterli yazılar dərc etməyə, özünü isə öz əli ilə hörmətdən salmağa və axırda da düşmən Ermənistana göndərib, onlara "əl açmağa" sövq etdilər... Hətta bu adam Xocalının ermənilər tərəfindən qırılıb-çatılmasını da, balaca uşaqların şişə çəkilməsini də inkar edirdi. Bu, əsil faciə idi. Sonra da bütün xocalılar ayağa qalxaraq, bu satqınlığa etiraz etdilər. Öz qəzetində ermənilərin lənətə gəlmiş dəyirmanına su tökməyə də girişmişdi bu adam. İndi də ondan siyasi qurbanlıq kimi son dəfə istifadə etmək istəyirlər. Bu riyakar avropalılar ən alçaq əməllərə əl ataraq bu cür insanları bizə qarşı çevirirlər...