PDF Oxu

Köşə

  • 7

Əli Kərimov və İsa Qəmbərov blok yaradacaqmı?

Əli Kərimov və İsa Qəmbərov blok yaradacaqmı?

Əli Kərimov:

Blok dağıtmaqçün çəkdim qəmə ki,
Dedilər "MBH" batar qəmə ki,
Lalə kədərlənsin, cəhənnəmə ki,
Düzdü, başqan gedir qəmbərə doğru,
Lalə meyillənir bir şərə doğru.

İsa Qəmbərov:

Həmişə baxmışam mən ona iti,
Ona mən öyrətdim bu siyasəti,
Mənimlə getməli "Yurd" Əli qəti
"Azadlıq" gedəcək əntərə doğru.

Əli Kərimov:

İsa qabillərə qoşulmalıyam,
Möhkəm naqillərə qoşulmalıyam,
Daim aqillərə qoşulmalıyam,
Yaraşmaz qoşulam kütləyə, xərə.

İsa Qəmbərov:

Əli, mən siyasi meydan aşığı,
Burda çox kiçikdi Lalə qaşığı,
Axıdıb Laləni Araz aşağı,
Sonra qovuşdurum yuxarı Kürə.

Əli Kərimov:

Burda funksioner çirkli və çoxlu,
Hər lider nəzəri, gözləri oxlu,
Əgər "Azadlıq"da qan qussam çoxlu,
Nə verər, tutulsam belə mərmərə.

İsa Qəmbərov:

"Azadlıq" sükutda düzdəki kimi,
Qalib görünərik üzdəki kimi,
İşləmək lazımdı bizdəki kimi,
Lalə istəməz ki, batsın qan-tərə.
Əli Kərimov:

Pislər ilə əlaqəni qırarıq,
Müsavatla bir ürəkdə vurarıq,
İsayla birləşib blok qurarıq,
Lalələr nə edər biz qoşa nərə?

İsa Qəmbərov:

Lalə var qrantsız barmağın yalar,
Bundan sonra Əli bol qrant alar,
Lalə "Azadlıq"da silahsız qalar,
Biz isə Əliylə gedərik tirə.

Əli Kərimov:

O sabit blokda atdım dərd-səri,
Qoydum "Azadlıq"da şeytanı-şəri.
Tərk etdim Lalə tək zəif sipəri,
Söykəndim İsa tək möhkəm sipərə.

İsa Qəmbərov:

Qartal daha böyük adi qırğıdan,
Öyrəndim elmimi merdən, darğadan,
Heç nə götürməzdi qartmış qarğadan,
Burda urcah olar mənim tək şirə.

Əli Kərimov:

Yeri də, göyü də mehvərli gördüm,
Lalə qapısını çəpərli gördüm,
İsanı mən xeyli təpərli gördüm,
Lalə malik deyil belə təpərə.
İsa Qəmbərov:

Qoyduq ayaq altda hər bir yerləri,
Cəlb etdik buraya bossu, merləri,
Aradan qaldırır Qərb baryerləri,
Bizə radikallar cumub çəpərə.

Əli Kərimov:

Bossa göz vururuq, asan yeyirik,
Yeyəndə qrantı ifrat yeyirik,
Biz hədsiz miqdarda qrant yeyirik,
Lalə möhtac qalıb pula, gövhərə.

İsa Qəmbərov:

Əlbəttə ki, çoxluq toxdu dünyada,
Bizlərə bərabər yoxdu dünyada,
Məhvər olanımız çoxdu dünyada,
Çevrilə bilmədik xalis məhvərə.

Əli Kərimov:

Onunçün gedirəm sürətlə geri,
Özüm tutmalıyam, özüm, o yeri,
Lalə radikala blok lideri,
Heç vaxt inanmadım belə xəbərə.

İsa Qəmbərov:

Əli Müsavatda saralmaz-solmaz,
Bu yolla blokun büdcəsi dolmaz,
Lalə bundan sonra zirvədə olmaz,
"MBH" də, "VİP" də qalsın sərvərə.
Əli Kərimov:

Müsavat budağı bosslarla əyir,
Lalənin ətəyi yerlərə dəyir,
İsa Avropada qamburger yeyir,
Lalə möhtac qalıb keşniş, kəvərə.

İsa Qəmbərov:

Bir iş həll edilməz, əlbəttə, bizsiz,
Laləni əyənlər qalsınlar gözsüz,
Bizlər çox borcluyuq, bosslara, sözsüz,
Harun ər-Rəşid də borclu Cəfərə.

Əli Kərimov:

Mən çoxdan layiqəm, zirvəyə, pikə,
İsanın ardınca çıxıram dikə,
Bizim ümidimiz Conlara, Cekə,
Lalə bel bağlayır Allah Əkbərə.

İsa Qəmbərov:

Bizə tərs baxdılar, xəyala daldıq,
Xaric nə verdisə, biz dərhal aldıq,
Meylimizi bossun cibinə saldıq,
Lalə göz dikibdi qəza-qədərə.

Əli Kərimov:

Əli də İsa tək məliyə cumur,
Lalə pis məqsədlə Əliyə cumur,
Elə bil sərsəmə, dəliyə cumur,
Necə pis müğənni cumur nəmərə.

İsa Qəmbərov:

Əli də qaynadar bu yöndə qazan,
İsa da pay istər bu neftdən asan,
Bakıdan Ceyhana neft axır rəvan,
Lalə də gözünü dikib kəmərə.

Digər xəbərlər