PDF Oxu

Köşə

  • 8

"Azadlıq" bloku dağıdıldı

"Azadlıq" bloku dağıdıldı

Lalə Hacıyeva:

İsaya qovuşcaq "Yurd" Əli, müdam,
Belə bir qərara gəldim mən tamam,
"Azadlığ"ı yıxıb, dağıdacağam,
Əli addımladı İsaya sarı,
Gördüm ki, birləşib tamam yolları,
Mən də blok ilə qırdım ilqarı.

Əli Kərimov:

Blokda çevirdim-vurdum mən tatı,
Sən sona çatdırdım bu puç həyatı,
Ancaq Müsavatda tapdım nicatı,
Lalə qabağımda keçilməz barı.

Lalə Hacıyeva:

Dedin "Azadlıq"dan sıyrılmaram mən,
Süni siyasətçi qayrılmaram mən,
Deyirdin blokdan ayrılmaram mən,
Bu ağ yalanını unutma barı.

Əli Kərimov:

Bu dünya Lalənin özü tək gidi,
Onun da ömrünü bu illər yedi,
Lalə ömrü keçmiş siyasətçidi,
Artıq azalıbdı bəhəri-barı.

Lalə Hacıyeva:

Daim yas içində keçirib ili,
Aparıb özünü daim şübhəli,
Siyasətə ağır yük idi Əli,
İsayla yoxluğa uçubdu şarı.

Əli Kərimov:

Getdim "Azadlıq"dan, məni az qına,
Kamil siyasətçi kimi həm sına,
Məni fəlakətin astanasına,
Dartıb aparardı bu bədğur qarı.

Lalə Hacıyeva:

İsa tülküfason, Əli pıspısa,
Siyasət yolları həmişə qısa,
Düşər uçruma Əliylə İsa,
Hələ yollarını ediblər yarı.

Əli Kərimov:

Meydanı ağrılı keçməli idim,
"Azadlıq"da zəhər içməli idim,
Ya vecsiz Laləni seçməli idim,
Ya da ki, İsayla qapım dolları.

Lalə Hacıyeva:

"MBH"-nin, "VİP"-in ömrünü yedi,
Bu gün "Azadlığ"a göstərdi bədi,
Bunlar uzun ilin düşməni idi,
Yaman birləşibdi indi yolları.

Əli Kərimov:

İstərəm İsanın qəddini tutum,
Xarici pulların həddini tutum,
Deyirsən Laləni xəttini tutum,
Mən atım xaricdən axan pulları.

Lalə Hacıyeva:

Nə o, nə də ki, bu, el üçün yanmaz,
Elə ikisi də nadan və qanmaz,
İsa da, Əli də uğur qazanmaz,
Nə də sudan quru çıxmaz çulları.

Əli Kərimov:

"Azadlıq"da əzm, ləyaqət yoxdu,
"MBH"-də "VİP"-də qətiyyət yoxdu,
Lalənin qəlbində məhəbbət yoxdu,
Xalq da sevməmişdi bu cür dulları.

Lalə Hacıyeva:

Ələ baxardılar kimsə çay versin,
Gözlərdilər xaric bir əvzay versin,
Əliyə, İsaya bosslar pay versin,
Olsunlar xaricin müti qulları.

Əli Kərimov:

Bəlaya salardı mənim tək fərdi,
Başından aşardı həmişə dərdi,
Qızıla döndərib versən, içərdi,
Lalə Hacıyeva bumbuz Şolları.

Lalə Hacıyeva:

Daxili dəstəkdən edərdi həzər,
Əlidən gözləmək olar daim şər,
Küçədə bahalı maşında gəzər,
Dağlarda-daşlarda sınar nalları.

Əli Kərimov:

Onda azalıbdı düşüncə, dəyər,
Bu ahıl vaxtında rəqibə söyər,
Bu yaşda hələ də dar yubka geyər,
Köhnə dəb sayardı Lalə şalları.

Lalə Hacıyeva:

Gücənib-gücənib hiddətlər edər,
Kişidi, İsadan qeybətlər edər,
Yalandan elitar söhbətlər edər,
Ayaqlar altına alar kolları.

Əli Kərimov:

Bəzən şadlığından o, şıllaq atır,
Sonra da kədərə-qüssəyə batır,
Lalə "MBH"-də yayxanıb yatır,
Yuxuda çin olur ulduz falları.

Lalə Hacıyeva:

Qəlbini şübhələr elə dəlir ki,
Daim artacaqdı cibdə gəlir ki,
Başqana qoşulcaq, elə bilir ki,
Dərhal yüksələcək reytinq balları.

Əli Kərimov:

Həyatda özünə tapa bilmir yer,
Ona kömək etmir nə bir mer, nə ser,
Lalə elə bilir Marqaret Tetçer,
Ya da olacaqdır Merkel, Hillari.

Lalə Hacıyeva:

Əlidə millətə məhəbbət hanı?
A kütlə, fikirləş, Əlini tanı,
İsadan öyrənər yeni mahnını,
20 il fırladıb köhnə valları.

Əli Kərimov:

İndi "Azadlıq"da cücü qalmayıb,
Nə də bir sehiri, bici qalmayıb,
Artıq onun, heç də gücü qalmayıb,
Lalənin yanına düşüb qolları.

Digər xəbərlər