PDF Oxu

Köşə

  • 20

"Demokratiya alverçiləri"

"Demokratiya alverçiləri"
Deyirəm, bu Hillari xala da bütün Qafqazı gəzib getdi, amma ortada elə bir fakt buraxdı ki, bütün Amerika rüsvay oldu. Bu da ondan ibarətdir ki, Hillari ABŞ-ın demokratiyadan ancaq və ancaq başqa yerləri tutmaq və öz maraqlarını təmin etmək üçün siyasi maska kimi bəhrələndiyi faktını bağlanmış gözlərə bir daha nümayiş etdirdi. İndi də çöküblər yazıq Gürcüstanın sinəsinə. Verirlər onları Rusiyanın pəncəsinin altına. Mister qarabala Obama, mən bunu sizin Konqresin ermənilərə milyonlarla dollar pul ayırmasına görə demirəm. Cəhənnəmə ayırın, onsuz da, həmişə siz onların "daydayı" olmusunuz da. Deyəcəksən ki, bütün Konqres və Dövlət Departamenti ermənilərlə və onların yeznələri ilə doludur. Bax, bunu düz deyirsən. Çünki ermənilər öz qızlarını onun-bunun qucaqına dürtməkdə nömrə "birdirlər". Elə keçən əsrlərdə erməni madamları rus knyazlarının hərəmxanalarında at oynadırdılar. Nəticədə biz Türkmənçay, Kürəkçay və başqa "çaylar"ın tarixi faciəsini bu gün də yaşayırıq və itiririk. Ayə, hər şey bir yana, bu Bill dayoğlu da demir ki, ay arvad, qızımız ərə gedir, qaynana olursan, otur evində, bu məsələ ilə məşğul ol. Yoxsa düş bu Qafqaz çöllərinə ki, nə var - nə var qarabala Obama üçün xəbər toplayıram. Müsəlmanlar belə arvadı ya ölənə kimi döyərlər, ya da bir dəqiqə də kəbində saxlamazlar. Yazıq Bill, sən heç arvad baxımdan da yarımadın. Elə əcəb elədi bu Bill Klinton onu Monika Levinski ilə dəyişdi. Neynəsin, ömrünün axırını gözləməyəcək ki?! Yazıq bundan bir arvadlıq görmədi deyə gedib "praktikant" Monikaya dadandı da. (Bu Bill də yaman şeymiş ha. Neynəsin, o olmasın, olsun bir başqası. Oturmusan dünyanın div mərkəzində, dünyanın pultu, pis çıxmasın, əlində, nə desən, eləmək olar. Ağ Evin bəxti onda gətirib ki, arada bizim camaatdan kimsə yoxdu. Yoxsa Ağ Evdəki xanım qulluqçuların əksəriyyətinin sonra doğulan uşaqları atalarının dalınca biz tərəflərə cumardılar.) Rəsmi Vaşinqton açıqca alverə girişib. Bu qarabala Obamanın dünyanın başına bəla açmaq niyyəti artıq qarşısıalınmazdır. Bu adam Ağ Evi Corc Buşdan da, 19 yaşlı Monika Levinski ilə eşq macərası yaşayıb, Hillarini dəli edən Bill Klintondan da pis günə qoyub. Düzdür, demokratiya Qərb üçün gözəl modeldir. Sözsüz, gözəldir ki, amma Qərbdəkilər üçün. Yəni məsələ belədir ki, demokratiyanın gözəlliyindən Avropadakılar bəhrələnir, amma başqalarına, ələlxüsus, yazıq müsəlmanalar gələndə, hə onda bu bir siyasət şüarına çevrilərək, maska olur. Yəni mənə meyvəsi, sənə zərbəsi. Bunlarınkı budur, vəssalam! Qoy elə avropalının bəhrələndiyi gözəl demokratiyadan saqqalından bit-birə tökülən, yemək əvəzinə nəşə plantasiyalarında "yarpaq iyləməklə" dağlarda bədbəxt "gün keçirən" əfqanlar, azı qırx ildir ki, yəhudilərlə düşmənçilik aparıb, əvəzində, ac-yalavac, əfqanlardan geri qalmayan səfalətli həyat sürən, bütün pulunu silaha verib qırılan və ABŞ-dakı silah mafiyasına pul qazandıran fələstinlilər, daha nə bilim hansı müsəlmanlar bundan BƏHRƏLƏNSİNLƏR! İndi hamımılıqla sual edirəm: Barak Obama bu zənən xeylağını niyə göndərmişdi regiona və nə qazandı? Hillari Klinton heç bir münaqişənin həlli üçün, və ya "ikitərəfli əməkdaşlığı genişləndirmək" filan gəlməmişdi regiona. Əslində, heç B.Obama da Hillarini göndərmək gücündə deyil. Onu yüz illər boyu Amerikanın siyasətini MÜƏYYƏNLƏŞDİRƏN MƏRKƏZ GÖNDƏRİB! Sözsüz ki, H.Klintonun bu səfərinin ABŞ-ın regiona dair gələcək siyasətinin müəyyənləşdirilməsində təsiri və müəyyənləşdirilməsi üçün önəmi böyükdür. Amma baxır kimin üçün. Erməni üçün bir başqa, gürcü üçün bir başqa, bizim üçün isə tamam başqa. ABŞ, açıq görünür ki, "demokratiya" ilə alverə çıxıb. Uğurlu bazarlıqlar, mister!

Digər xəbərlər