PDF Oxu

Köşə

  • 12

Müxalifətin perspektivi yoxdur

Müxalifətin perspektivi yoxdur

Zərdüşt Əlizadə:

İfrat tərəqqiyə inanmaq çətin,
Yerləri çayxana, yaxud dalan, tin,
Yoxdu perspektivi müxalifətin,
Radikal durumda qalmaqal, qovğa,
Burda yayda belə içməzlər dovğa,
Gəzər hər birisi dikbaş və lovğa.

Arif Hacıyev:

"Yurd" Əli solumda, İsa sağımda,
Biz çaşıb qalmadıq dibsiz lağımda,
Perspektivimizsə göz qabağında,
Bosslar belə bizə deyirlər ağa.

Zərdüşt Əlizadə:

Vətənə baxırsız yad gözü ilə,
Oynarsız xaricin od-közü ilə,
Oturub-durursuz boss sözü ilə,
Sizin hər işiniz qalıbdı sovxa.

Arif Hacıyev:

Bizdə tərəqqiyə eyləməyin şəkk,
Siyasi meydanda biz gedərik bərk.
Yeməyə tapmırsız bir tikə çörək,
Bizlər Müsavatda yeyirik yuxa.

Zərdüşt Əlizadə:

İsa da xaricdə yeyir, gətirmir,
Dərdini bosslara deyir, itirmir,
Əməliniz heç vaxt xeyir gətirmir,
Cibiniz boş qalıb, cırıqdı çuxa.

Arif Hacıyev:

İsada olan güc yox bir siçanda,
O öz əməlilə alov saçanda,
Dəvəquşu kimi qaçır, qaçanda,
Sizin demokratlar ləng gedən bağa.

Zərdüşt Əlizadə:

Başqan sağdan-soldan yeməkdə kötək,
O, ötürə bilmir qaşqaldaq, ördək,
Nə boss, nə də xaric etmir bir kömək,
İsa bəy yamanca keçibdi mıxa.

Arif Hacıyev:

Gəlməkdən qorxurduq indi göz-gözə,
Heç olmasa sənsə bizi az bəzə,
Zaman zərbə vurub onsuz da bizə,
Barı sən pis gündə dinmə, ay qağa.

Zərdüşt Əlizadə:

Çox yad qidasıyla dolubdu kasa,
İndi ac qalıbsız, boşalıb masa,
O qədər pis günə düşüb ki, İsa,
Siz onu özünüz qoyubsuz lağa.

Arif Hacıyev:

Düzdü, yanımızdan qaçıbdı dostlar,
Bu boyda gen dünya gəlir bizə dar,
İsa, bu seçkidə deyir ki, bosslar,
Bollu pay verəcək tıxa ki, tıxa.

Zərdüşt Əlizadə:

İşiniz qəlbiniz kimi çox xırda,
Çox zərər vurdunuz bu gözəl yurda,
İndi Əli orda, Lalə də burda,
İsa Müsavatda cırmaqda yaxa.

Arif Hacıyev:

Yaman çox yedirdik quzunu qurda,
Neçə köməksizi qoymuşuq darda,
Az da əlimizdən çıxdı axırda,
O qədər biz qane olduq ki, çoxa.

Zərdüşt Əlizadə:

Qalmamış tabınız, nə taqətiniz,
Ayaqlar altında ləyaqətiniz,
Yaman iyrənc idi siyasətiniz,
Siyasi meydanda çıxdınız yoxa.

Arif Hacıyev:

Çoxunun alnından axır tər hələ,
Özünə cəlb edir bizi zər hələ,
Çoxu inəklərə bərabər hələ,
Siyasi meydanda Müsavat buğa.

Zərdüşt Əlizadə:

İsa siyasətdə əzilən ərəb,
Onu çoxdan sancıb zəhərli əqrəb,
Bəsdi 20 illik iddia, tələb,
Sizlər bənzəyirsiz daha çox loxa.

Arif Hacıyev:

Vaxt olar, günümüz firavan gələr,
Boss çoxlu pul verər, cana qan gələr,
Doğrudu, zəifik, bir zaman gələr,
İsa bəy alınmaz zirvəyə çıxa.

Zərdüşt Əlizadə:

Dolma edilməkçün ətin çəkilsin,
Bəd işdən dönənlər mətin çəkilsin,
İsa bəd əməldən çətin çəkilsin,
Boss dəstək verdikcə yağ dəyib bığa.

Arif Hacıyev:

Xarici ölkələr bizlərə dayaq,
Biz baş qoyan yerə qoyarlar ayaq,
Əlini, Laləni qabaqlayaraq,
İsa bəy yenə də olubdu koxa.

Zərdüşt Əlizadə:

İndi geri gedir radikal dəmi,
Artıbdı kədəri çoxalıb qəmi,
Sizlər çoxalırsız göbələk kimi,
Həm də yayılırsız siz qoxa-qoxa.

Arif Hacıyev:

İsa rəqibləri qoymaqdadı mat,
Sərsəm iradları bir kənara at,
Uğur zirvəsinə qalxar Müsavat,
Zəiflər qalarlar hey baxa-baxa.

Zərdüşt Əlizadə:

Sən xörək yeməmiş onu çox duzda,
Sədrin İsa kimi həm az quduzda,
Tərs yumurtlayıbdı toyuğunuz da,
Sizin yumurtanız çıxıbdı laxa.

Arif Hacıyev:

İfrat səmalarda ay olmaq üçün,
Boss üçün radikal pay olmaq üçün,
Çoxları İsaya tay olmaq üçün,
Gərək aralıqdan çox sular axa.

Digər xəbərlər