PDF Oxu

Köşə

  • 12

Müxalifət nə səbəbə blok yarada bilmədi?

Müxalifət nə səbəbə blok yarada bilmədi?

Nurəddin Məmmədli:

Radikal qəlbləri qıyma-qıymadı,
Bossların pulundan onlar doymadı,
Blok yaratmağa İsa qoymadı,
Buna necə dözdü radikal ürək?
Xaricdən İsaya olmadı dirək,
Hər kəs bu olaya verməkdə min rəng.

Vurğun Əyyubov:

Lider var blokda cığallıq edir,
Eləsi də var ki, naxallıq edir,
Digər radikallar paxıllıq edir,
Görəndə İsa bəy qazanır çörək.

Nurəddin Məmmədli:

Radikal möhürü vurmuşuq möhkəm,
Mükəmməl bir blok qurmuşuq möhkəm,
Bizlər "Azadlıq"da durmuşuq möhkəm,
Seçkidə Müsavat nə edir görək.

Vurğun Əyyubov:

Ən azman bloku tez qum edərək,
Sizi yandırarıq biz mum edərək,
Elə etməyin ki, hücum edərək,
Gəlib başınıza min corab hörək.

Nurəddin Məmmədli:

Bossdan aslı olsun həm cam yeriniz,
Bloka çevrilsin həm dam yeriniz,
Qoy Məkkə sizlərin inam yeriniz,
Eybi yox, bizimki qoy olsun çərək.

Vurğun Əyyubov:

İsa bəy yadlardan sirrini gizlər,
Vaxtı yetişəndə sponsor izlər,
Bossdan pul almağın yolunu sizlər,
Gəlib öyrənəsiz bizlərdən gərək.
Nurəddin Məmmədli:

Bizlər bəhrələnək yaz ağacından,
Sizlər alma dərin qoz ağacından,
Qoy İsa yıxılsın boss ağacından,
Bizlərsə birləşib bloka girək.

Vurğun Əyyubov:

"VİP" Əli, "Yurd" Əli qusa, bəy kimi,
Dostlar boss malını basa, bəy kimi,
Bizlər müdrikləşək İsa bəy kimi,
Sizlər qalasınız avara, sərək.

Nurəddin Məmmədli:

Sizə pul göndərir Brüssel, Köln,
Barı aranızda payı düz bölün,
Boss malı yeyərkən qudurub ölün,
Sizin meyitləri tabuta sərək.

Vurğun Əyyubov:

İsanın başından tezcə dəf olun,
Döyüb başınıza tez tələf olun,
Blok qovğasında sizlər məhv olun,
Bossların puluyla bizlər kef sürək.

Nurəddin Məmmədli:

İsa da xaricdən yığmaqdadı xal,
Papağın yerinə bağlamısız şal,
Sizsiz qərargahda düşən xəstəhal,
Daşımağa belə çatışmaz gərək.
Vurğun Əyyubov:

"Yurd" Əli Laləylə eşməkdə saman,
"VİP" Əli üstündə sıxlaşır duman,
Bosslar sizdən uzaq gəzirlər yaman,
Heç biri çevirməz bizlərə kürək.

Nurəddin Məmmədli:

Sizlərin qazancı yanğından gələr,
İsanın gözünün ağından gələr,
Bizim boz eşşəklər sağından gələr,
Kifayət edər ki, bir ağız hürək.

Vurğun Əyyubov:

Dinin, hərzə-hədyan söyləyin yenə,
Sərsəm liderləri teyləyin yenə,
Siz blok davası eyləyin yenə,
Bizlər boss bağından bol qrant dərək.

Nurəddin Məmmədli:

İsa pulsuzluqdan yenə dad edir,
Hər il qurumunuz yeni çat edir,
Müsavat yerində buksavat edir,
Siyasi meydanda "Azadlıq" zirək.

Vurğun Əyyubov:

İtin qanından da qara qanınız,
Yoxdu gələcəyə bir gümanınız,
Boşalıb cibiniz, cibişdanınız,
Bizlərə dəstəkçi erməni, firəng.
Nurəddin Məmmədli:

Elə bil, damarda duru qan qaçır,
Sanki siz qaçanda uraqan qaçır,
Xarici bosslar da sizdən yan qaçır,
Olub sirdaşınız narkotika, bəng.

Vurğun Əyyubov:

İsada, sizlərə olmayan talant,
Pullar olan yerdə keçmir aman, and,
Bizi cəlb eyləyir özünə qrant,
Sizləri qalmaqal, dava-dalaş, cəng.

Nurəddin Məmmədli:

Təmizi buraxıb, çirki döyürsüz,
Bossdan aldığınız kürkü döyürsüz,
Daim siz oturub mürgü döyürsüz,
İsa da sizinlə ağrıtmaqda əng.

Vurğun Əyyubov:

Bizə dəstəkçilər bal, kərə verir,
Sizin əlinizə saz, cürə verir,
Boss da qrantını bizlərə verir,
Bizlər çox zirəkik, sizlərsə çox ləng.

Nurəddin Məmmədli:

Dediz bərəkallah, keçməmiş çayı,
Etdiniz bossu da tezcə daydayı,
Atır önünüzə boss tulapayı,
Bir deyin, nə qədər etmək olar zəng.

Vurğun Əyyubov:

Allahın şimşəyi heç çaxmaz sizə,
Daşqın Kür, Araz da heç axmaz sizə,
Boss qara qəpik də buraxmaz sizə,
Onu nahaq yerə eyləməyin dəng.

Digər xəbərlər