PDF Oxu

Köşə

  • 24

ABŞ bossları Azərbaycan radikalları ilə işləmək istəmir

ABŞ bossları Azərbaycan radikalları ilə işləmək istəmir

Araz Əlizadə:

ABŞ nə İsanı saya salmadı,
Nə də "Yurd" Əlini gözə almadı,
Boss dedi ifratlar kal bir almadı,
Onları götürüb dişə çəkmərik,
Nə də kabab kimi şişə çəkmərik,
Yəni irəliyə işə çəkmərik.

Qabil Hüseynli:

Bosslar xoş məramla hey bəklər bizi,
Basıbdı sevgilər, istəklər bizi,
Avropa bossları dəstəklər bizi,
Biz də heç ABŞ-ı döşə çəkmərik.

Araz Əlizadə:

Əli də, İsa da düşüb qəmişə,
İndi də keçiblər yerə-yemişə,
Elə Avropa da deyir həmişə,
Hərəkətsizləri başə çəkmərik.

Qabil Hüseynli:

Əlbəttə, yalançı, çürük blokuq,
Radikallar üstə bir yük blokuq,
Özümüz tezliklə böyük blokuq,
Atsalar "dördlər"ə, "beş"ə, çəkmərik.

Araz Əlizadə:

Xəyanət gəlməkdə tuş vədinizə,
Yeni blokları qoş vədinizə,
Xaric heç inanmaz boş vədinizə,
Nə qədər desəniz nəşə çəkmərik.

Qabil Hüseynli:

Nə qədər gec deyil, tezcə lif adla,
Yol gedə bilmərik bir gün tif atla,
Qrant veriləndə, müxtəlif adla,
Onun sırasına köşə çəkmərik.

Araz Əlizadə:

İsa on itirər, bir quş itirsə,
Toyda tamadalar çox tuş itirsə,
Tezcə dayanarıq kim huş itirsə,
Heç rəqibləri də qəşşə çəkmərik.

Qabil Hüseynli:

Bizim Müsavatda çox topal, kar da,
Biz möhkəm dayandıq boranda-qarda,
Orda təkrar-təkrar soruşsalar da,
Tərcümeyi-halda peşə çəkmərik.

Araz Əlizadə:

Dilə şəkər qatıb, qəndləri verdik,
O vaxt bərələri, bəndləri verdik,
Böyük şəhərləri, kəndləri verdik,
Həmin siyahıda meşə çəkmərik.

Qabil Hüseynli:

Qrantverənlərə hədəf durarıq,
Əlbəttə, biz bossa tərəf durarıq,
Biz diri durarıq, səf-səf durarıq,
Heç vaxt ölülər tək leşə çəkmərik.

Araz Əlizadə:

Tale də bu cürə yazıbdı yazı,
Orda hallanırsız sizlərdən azı,
Təki bosslar sizdən qalsınlar razı,
Deməyin, sürməni qaşə çəkmərik.

Qabil Hüseynli:

"Madam" təxəllüslü qadını, əsla,
Onun qohumunu, yadını, əsla,
Başqan İsa bəyin adını, əsla,
Polisə atılan daşə çəkmərik.

Araz Əlizadə:

Heç vaxt əriməsin qəlbinin yağı,
ABŞ-da sevməzlər siztək qonağı,
Sizin adınızın çox hallandığı,
Nə lövhə, nə də bir guşə çəkmərik.

Qabil Hüseynli:

Bəlkə tanımadan gədələsələr,
Deyərik bu ibrət bizə bəs edər,
Bizi Vaşinqtonda hədələsələr,
Qorxsaq da, dik durub huşə çəkmərik.

Araz Əlizadə:

Sizin üçün ABŞ, Avropa bir büt,
Dəncəyə tökülən hər dəni üyüt,
Morqlara salsalar sizləri cüt-cüt,
Dediniz nə meyit, nəşə çəkmərik.

Qabil Hüseynli:

Bizim sinəmizə minib çöksə də,
Onlar bizi, hətta yıxıb söksə də,
Bosslar qabımıza çox az töksə də,
Nə borşu,nə supu, kaşə çəkmərik.

Araz Əlizadə:

Dözün sinənizə bir Qars qoysalar,
Başınız üstünə həm fars qoysalar,
Əgər qarşınıza bir pors qoysalar,
Deməyin pitiyə, xaşə, çəkmərik.

Qabil Hüseynli:

Bosslar nə versələr, allıq müztərib,
Nəfəs də almarıq qol-qanad gərib,
Qrantlar çox olsa, lütf göstərib,
Onu tez-tələsik tuşə çəkmərik.

Araz Əlizadə:

Sizi qarşılarlar duzla-çörəklə,
Xaricdə olsanız İsa zirəklə,
Sizlərə versələr sidqi-ürəklə,
Deməyin Nataşə, Maşə çəkmərik.

Qabil Hüseynli:

Boğaza da sallıq ilgək çatını,
Təki bol etsinlər yüngül qadını,
Biz yaxşı bilirik ağız dadını,
Nataşə çəksək də, Saşə çəkmərik.

Araz Əlizadə:

A Qabil, sən çağır İsa dayını,
Keç daşqın Arazı və Kür çayını,
Hər sizə verəndə qrant payını,
Deməyin quruyə, yaşə çəkmərik.

Qabil Hüseynli:

Qoyarıq qrantı başa tac kimi,
Yeyərik süfrəyə düşmüş ac kimi,
Onların lançını yeyib lanç kimi,
Misalı plova-aşə çəkmərik.

Digər xəbərlər