Arif Hacıyev:
Radikallar deyir arzuma çatam,
Gecəni yuxusuz gündüzə qatam,
Burda piket edə bilməyən adam,
Gedib Gürcüstanda mitinq keçirir,
Biz tək rəqibinə qan-yaş içirir,
Zəlimxan ox ollub gözlərə girir.
Zəlimxan Məmmədli:
Yaxşılar yaxşılıq dilərdi, görsə,
Kim baxsa kənardan, gülərdi, görsə,
İsa paxıllıqdan ölərdi, görsə,
Biri becərdiyi zəmi biçirir.
Arif Hacıyev:
Kürdü, Gürcüstanda yenə lil çəkir,
Zəlimxan orda da gözə mil çəkir,
Görsə ki, birisi sərt məftil çəkir,
Dərhal o, üstünə yaş paltar sərir.
Zəlimxan Məmmədli:
Hər biri marıqda yatıbdı tində,
Qurur əlaqələr "Sim-Sim"də, "Cin"də,
İş görsəm "Borçalı" cəmiyyətində,
Hər bir müsavatçı ardımca hürür.
Arif Hacıyev:
Həyatda görmədik bir iş ilbizcə,
Niyə yaşayırıq burada, sizcə,
Harda işıq görsə, Zəlimxan tezcə,
Atlı arabanı o yana sürür.
Zəlimxan Məmmədli:
Açsa bir ucqarda toçka partiya,
Dərhal təqib edər çoşka partiya,
Bol məhsul yetirsə başqa partiya,
Gedib nübarını Müsavat dərir.
Arif Hacıyev:
Son vaxtlar etməkdə buksavat, gözüm,
İsa da deyir ki, verir çat, gözüm,
Elə bil, tutulub Müsavat gözüm,
Görmədiklərimi Zəlimxan görür.
Zəlimxan Məmmədli:
Küləkdən, çovğundan üzüm ağrıyır,
Vurğunu görəndə dizim ağrıyır,
İsanı görəndə gözüm ağrıyır,
Arif də nahaqdan beynini gərir.
Arif Hacıyev:
Biz çox nahaq yerə düşmüşük küyə,
Heç kəs qonaq etmir bizləri zəyə,
Zəlimxan yollanır Tbilisiyə,
Qalır sol yanında Babəklə Şərur.
Zəlimxan Məmmədli:
Hörəndə hörməli düzünə umac,
Arifin, Qabilin gözünə umac,
İsa ova bilmir özünə umac,
Bizim başımıza boz corab hörür.
Arif Hacıyev:
Atı-arabası, qatır Bakıda,
Arzu-niyyətinə çatır Bakıda,
Gecələr Zəlimxan yatır Bakıda,
Gündüz Gürcüstanda yuxudan durur.
Zəlimxan Məmmədli:
Son vaxt Müsavatda qayğı çox olur,
Burada bir-iki şəxs yalnız tox olur,
Bossdan pul gələndə, Arif yox olur,
İsa üsulluca bığını burur.
Arif Hacıyev:
Hər bir səfərində ölmür, sağ gedir,
Tbilisidə də işi yağ gedir,
O, Saakaşviliyə çox qonaq gedir,
Xaricdə Zəlimxan bir büsat qurur.
Zəlimxan Məmmədli:
Özümə yeni şef tapmamışam mən,
Hər boss verən pulu qapmamışam mən,
Elçibəy yolundan sapmamışam mən,
Arif də İsa tək ifrata varır.
Arif Hacıyev:
Götürür, məbləğlər çox iri olsa,
Balıq, keçi, qoyun, sağ, diri olsa,
Zəlimxan, yüngül bir gəliri olsa,
Onu çox tələsik hesaba vurur.
Zəlimxan Məmmədli:
Başqanın olubdu düşüncəsi dar,
Bossları bitirib yolu üstə xar,
Arifi təntidir qarabasmalar,
İsanı gecələr vahimə sarır.
Arif Hacıyev:
Bizə tərəf atır daşını bəzən,
Deyirlər, çatır qaşını bəzən,
Qatıb Mirmahmudun başını bəzən,
Zəliş Gürcüstana gedib pul qırır.
Zəlimxan Məmmədli:
Artıq bataqlığa batıb çulları,
Yaman çarpazlaşıb indi yolları,
Bir ucdan sümürür İsa pulları,
Arif orda-burda gedib baş yarır.
Arif Hacıyev:
Zəliş sormadığı pətək qalmadı,
Nə də çalmadığı tütək qalmadı,
Burda kəsmədiyi ətək qalmadı,
İndi Gürcüstanda yar-yaxa cırır.
Zəlimxan Məmmədli:
Bosslarından gəlir yarıboş kasa,
İndi Müsavatda boş qalıb masa,
"Cı"nın da yanına "rı" qoyub İsa,
Arifi tək qoyub meydandan cırır.
Arif Hacıyev:
İsa Mirmahmuda gəldi bir gəliş,
Liderdə qalmadı bircə çürük diş,
İndi gürcülərə əl açır Zəliş,
Qalmamış köksündə bir çimdik qürur.
Zəlimxan Məmmədli:
Bir doğru ifadə çıxmaz dilindən,
Çoxları narahat olur felindən,
Özünü qorumaq gəlmir əlindən,
Arif bəy yol azıb İsanı qorur.