Əhməd Oruc:
Radikallar qurşanıbdı içkiyə,
İsa, Əli verməkdədi yağ-piyə,
Heç birisi getməyəcək seçkiyə,
İsa, Əli bosslarına kölədi,
Qərargahlar mal-qaralı tövlədi,
İfratların mahiyyəti belədi.
Vurğun Əyyubov:
Məhəl qoymaz Müsavat hər seçkiyə,
Lazım olsa axıdar tər seçkiyə,
Guya bunlar gedəcəklər seçkiyə,
Əhməd Oruc lDUİ"-də bir kələdi.
Əhməd Oruc:
20 ildi deyir yenərəm dağı,
Axır vaxtlar yaman çıxarıb ağı,
İsa sanki bir ingilis bayrağı,
Onun səmti güləyədi, yelədi.
Vurğun Əyyubov:
Əhməd, yoxdu sənin işin, sənətin,
Mirmahmuda yaxınlaşmaq çox çətin,
İt dəftərində yox adı Əhmədin,
Nə elədi ona lDUİ" elədi.
Əhməd Oruc:
Pulsuz qalıb İsa, gülünc olubdu,
Rauf burdan gedib lap dinc olubdu,
Vurğun, Arif, Qabil girinc olubdu,
Müsavatın yönü bir bossgilədi.
Vurğun Əyyubov:
Mirmahmudun saçlarına düşüb dən,
Daşa dəymiş ümidləri olub tən,
Yaxşı vəkil çıxmayıbdı lDUİ"-dən,
Əhmədinsə ümidi bu ilədi.
Əhməd Oruc:
Müsavatda başqan könül qırandı,
Qabil burda adi yaxa cırandı,
İsa basdı ciblərinə qrantı,
Arif, Vurğun klarnetə pilədi.
Vurğun Əyyubov:
Burda liderlərin hər biri fağır,
Hamısı Əhmədə yanakı baxır,
Mirmahmud bəy əsla içməyir çaxır,
Əhmədinsə piyaləsi silədi.
Əhməd Oruc:
Özlərini burda üstün gördülər,
Yetkililər hər vaxt pis gün gördülər,
Rauf, Arif yenə bir gün gördülər,
Vurğun daim vəzifəyçün mələdi.
Vurğun Əyyubov:
Bir Əhməddi çərənləyir hey hədər,
Çünki üzür həmişə onu kədər,
O birilər abır qanır bir qədər,
Burda Əhməd ara vuran dələdi.
Əhməd Oruc:
Mirmahmud fil, başqan İsa bir böcək,
lDUİ" güclü, həyatı, çox çəkəcək,
Müsavatın bünövrəsi çökəcək,
Başqanın da yönü coşqun selədi.
Vurğun Əyuubov:
Bir vaxt Əhməd olub, ətsatan ətçi,
Ondan çıxmamışdır yaxşı sənətçi,
Mirmahmudun özü pis siyasətçi,
Əhmədinki fitnəydi, felədi.
Əhməd Oruc:
Arifoğlu başqa cürə gedəcək,
Vurğun Əyyub əldə cürə gedəcək,
İsa desə seçkilərə gedəcək,
Anlayın ki, bu adi bir tələdi.
Vurğun Əyyubov:
Əhməd Oruc, bənzərin var Məmişə,
Urcah oldum sənin kimi qəmişə,
İsa böyük addım atıb həmişə,
Saf suları üzərinə çilədi.
Əhməd Oruc:
Divanda da hamı ötür bülbül tək,
Biçilməyə hazırdılar sünbül tək,
Vurğun kimi, Arif kimi, Qabil tək,
Müsavatda namuslusu, bilədi.
Vurğun Əyyubov:
lDUİ" şefi olmaq istər vəkil, mer,
İstər ona yardım etsin, bosslar, ser,
Əhməd kimi əlləm-qəlləm funksioner,
Mirmahmudun başına kül ələdi.
Əhməd Oruc:
Ay Vurğun bəy, Müsavatın gedir ləng,
lDUİ" olub meydanlarda bir pələng,
Rauf, Arif aralıqda Qabil tək,
Vurğun özü İsa kimi piylədi.
Vurğun Əyyubov:
Əhməd deyən dəyməmiş kal almadı,
Müsavatda heç kəs onu almadı,
Mirmahmudu xaric saya salmadı,
İsa bəyə bosslar tez əl eylədi.
Əhməd Oruc:
Zaman yığar başqanın da ipini,
Yenə verər Müsavatın təbini,
İsa pulla dolduranda cibini,
İşsizlikdən Vurğun naxır teylədi.
Vurğun Əyyubov:
Boss əlindən çox alıbdı kasa bəy,
İndiyədək batmayıbdı yasa, bəy,
Xarici ilə oturanda İsa bəy,
Əhməd Oruc günc-bucağı iylədi.
Əhməd Oruc:
Müsavatda bu gün düşüb yorğun bəy,
İş görməkdən sanma olub durğun bəy,
Nə deyirsə başqanından Vurğun bəy,
Həm yalandı, həm böhtandı, hiylədi.
Vurğun Əyyubov:
Mirmahmuddu, öz çalıyla oynayır,
Əhməd Oruc söz çuluyla oynayır,
Başqanımız boss puluyla oynayır,
Əhmədinki məzəylədi, meylədi.