Lalə Hacıyeva:
Atırlar, biləndə sirkə köhnəlib,
Üyütmür, elə ki, kirkə köhnəlib,
"Azadlıq","Yurd" Əli birgə köhnəlib,
Heç kəs keçirməsin nə iflic, nə şok,
Daxildən sizləri silkələsin tok,
Gəlin, biz yaradaq yeni bir blok.
Əli Əliyev:
"Yurd" Əli asılmaz çatın olsa da,
Lalə bir aslandır, qadın olsa da,
Blokun bəhrəsi yadın olsa da,
Oraya gəlməsin İsa kimi lox.
Lalə Hacıyeva:
"VİP" Əliylə mənəm sözündə doğru,
Çoxdu radikallar içində oğru,
Biz addım atsaq da onlara doğru,
İsa da, Əli də söyləyibdi yox.
Əli Əliyev:
Bizlər rəqibləri eyləmişik mat,
Əlidə, İsada xasiyyət al-sat,
Artıq köhnəlibdi cəbhə, Müsavat,
İqballa Sərdara inanırıq çox.
Lalə Hacıyeva:
İsanın yeridi həyatın dibi,
Həmişə boş olub Əlinin cibi,
Mənim "MBH"-m, Əlinin "VİP"-i,
Cəbhə, Müsavatın gözünə bir ox.
Əli Əliyev:
Yaxşı həmkarlarçün xoş adətim var,
Pisə pis deməkdə qətiyyətim var,
"Yurd" Əli, İsaya məsləhətim var,
Haqlı qusursunuz, çox yediniz p...
Lalə Hacıyeva:
Səhvdi ki, qulağa kimi çamıram,
Yaxşılar önündə xalça, mamıram,
İfrat dağarcığı tapdalamıram,
Sadəcə, deyirəm, qal yerində, qox!
Əli Əliyev:
Sıxsan, boğazında çatın olaram,
Səfehlik etsəm də, aydın olaram,
Lalə kimi mərd, ac qadın olaram,
Olmaram sizin tək kişi qarnı tox.
Lalə Hacıyeva:
Biz "VİP"-lə nə yağış, dolu görməyək,
İsanı, Əlini ulu görməyək,
"Yurd" Əli, cibini dolu görməyək,
Ay İsa, qrantı ikiəlli tıx.
Əli Əliyev:
Müsavat Laləni etdi rus "Madam",
Blok yaratdınız dəydi min qadam,
"Yurd" Əli cəbhəni dağıtdı müdam,
Sənin də lqurucu" ağlına bir mıx.
Lalə Hacıyeva:
Ürəkdən doyunca gülmək istəsən,
Metodunu çözüb bölmək istəsən,
İsa özün haqda bilmək istəsən,
Qınına qapılma, bir zahirə çıx.
Əli Əliyev:
Qəsd etdin çoxsaylı talantlara sən,
"Yurd" Əli, əl atma varyantlara sən,
Güvən boss verdiyi qrantlara sən,
Səninki o olsun, dağıt, evlər yıx.
Lalə Hacıyeva:
Bacararam Əli ibdarla özüm,
Blokda yüksəlləm vüqarla özüm,
Bəlkə də dil tapdım Sərdarla özüm,
"VİP" Əli, İqbalın əllərini sıx.
Əli Əliyev:
Sərdar Rəsulsuzda olubdu pulu,
İqbalın ağzında dovşan var, çullu,
"Yurd" Əli nüfuzdan düşdü üsullu,
İsa yumurtası falsız çıxdı, lax.
Lalə Hacıyeva:
Sərdarla İqbaldı bu formada tağ,
Yarada bilərik biz əlaqə, bağ,
Biz yeni formatda blok yaradaq,
Ali mükafatı sən döşünə tax.
Əli Əliyev:
Olmadıq heç zaman qəlbi qırıq biz,
İqballa, Sərdarla daim varıq biz,
Dördlükdə bir blok yaradarıq biz,
Sən öz "MBH"-endə, Lalə, dayan şax.
Lalə Hacıyeva:
Geridə qalıbdı İsayla, Əli,
İfratlar içində onlar bir dəli,
Əlini Lenin tək uzat irəli,
"VİP" Əli, özün də qabağına bax.
Əli Əliyev:
Köhnə radikallar göstərməkdə sirk,
Əlisi, İsası götürməkdə çirk,
Blok zirvəsinə yüksəlirik dik,
Çirkabı, İsayla sən Əliyə yax.
Lalə Hacıyeva:
Maraqlı olacaq sözümün dalı,
Aradan qaldırsaq bir qalmaqalı,
Bloka cəlb etsək ancaq İqbalı,
Əliylə İsaya eyləyirik lağ.
Əli Əliyev:
Artıq yerə dəyir radikal dizi,
Gərək dərin soxaq öz bizimizi,
"Yurd" Əli tutular görəndə bizi,
İsanın köksünə vurarıq bir dağ.
Lalə Hacıyeva:
"Dördlər" səviyyəli durum düzəltsək,
Radikal tarlada şırım düzəltsək,
Yeni bir formatda qurum düzəltsək,
O zaman "VİP" Əli, şimşək kimi çax.
Əli Əliyev:
Bizə tay olmamış "cırtdan" yosunlar,
Ayırmaz bizləri xosun-xosunlar,
Babalı qoy Əli, İsa yusunlar,
Lalə, salamat ol, mən də qalım sağ.