Obama İsrailin "atasıdır"?
Bəli açıq-aydın görünən odur ki, Barak Obama İsrailin Qəzzaya humanitar yardım aparan gəmini yerlə-yeksan etməsindən açıqca məmnundur. Buyurun baxın Barak Obamanın son bəyanatına. Barak Obama özünü əməlli-başlı "ssenari müəllifi" kimi aparır... Deyir ki, Türkiyə və başqları gələn dəfə Qəzzaya yardım aparanda İsrailin təhlükəsizliyinə zərər vurmayacaq yeni "marşrutlar" axtarsınlar. Yəni İsrailin dinc müsəlmanları dənizin ortasında "xıx" eləməsi qarabala keniyalının, ayıb olmasın heç vecinə də deyil. Mən hələ ABŞ-dakı prezident seçkiləri ərəfəsində deyirdim ki, "müsəlman kartından" yararlanan Obama çox yaxın vaxtlarda müsəlmanların özləri üçünə əsil bəlaya çevriləcək, buyur bu da FAKT!
Bunun artıq o yan-bu yanı qalmayıb. Ağ Ev İsrailin evini yıxacaq bir şəkildə onu növbəti bir qanlı oyuna sürükləyir. Özü də müsəlmanları qırıb çatmaqla. Amma bu dəfəki həna əvvəlki həna deyil.
İsrail bizdən inciməsin, onun bu addımı artıq tam insanlıq əleyhinə olan bir cinayətdir ki var. Vaşinqon Təl-Əvivi elə bir prosesə sürükləyir ki, daha onun dostları da bu məsələdə onu müdafiə etməyi ağıllarına da gətirmirlər. Ağ Ev İsraili budəfə Türkiyəyə qarşı oyuna çəkir, özü də açıq-aydın! Obama administrasiyası Yaxın Şərqdə və regionda Türkiyənin super gücə çevrilməsindən əməllicə təşfişə düşüb. Belə görünür ki, Ağ-Ev "böyük oyunu" işə salıb. Əsl tarixi oyundur ki, oynalınır Türkiyəyə qarşı Yaxın Şərqdə. Özü də İsraillə Türkiyə bu oyunun sadəcə oyunçularıdır, vəssalam! Amma Qərb yenə "təəsüflənir". Paho, Qərb gəmidə ölənlər üçün "təəsüflənirmiş". Elə Xocalıda ermənilər qadınları və uşaqları diri-diri şişə çəkəndə də o vaxtkı BMT və ABŞ rəhbərləri də "təssüf hissi keçirmişdilər"... Ağ Evin sahibi olan bu qarabala keniyalı yetim deyir ki, İsrailin Qəzzaya humanitar yardım aparan gəmilərə hücum etməsi və ondan çox insanı məhv etməsi Təl-Əvivin təhlükəsizliyi ilə bağlı baş verib.
Deməli, İsrail humanitar yardım gəmisinə hücum edib, ondan çox insanı o dünyaya göndərib, nə qədər insan isə yaralıdır. Bu bir faktdır. Amma İsrail bunu belə nümayişkaranə şəkildə NİYƏ EDİB, çox müəmmalıdır! Hər şey haradan başladı?,- çox qaranlıq məsələdir. Hə, deyəcəksiniz ki, yəqin Türkiyə-İsrail "razborkası" qarlı-şaxtalı Davosdan, Şimon Pereslə Ərdoğanın çatışması ilə start götürdü. Amma mən belə deməzdim. Oyun bundan qabaq hazırlanıb. Həm də bu oyununun "ssenari müəllifi" kimdir, kimlər bu prosesin başında durur?,-bütün suallar aydındır... Bəlkə ABŞ Yaxın Şərqdə yeni bir müharibə yaradır? Deyəsən elədir. Özü də bunun üçün artıq hazırlıqlar "hızla gedir"... Amma indilik yox. Çünki bu məsələdən sonra Türkiyənin İsraillə hərbi əməliyyatlara başlayacağını gözləyənlər çox, amma çox yanılıblar. Birincisi, nə Türkiyə nə də İsrail buna getməz. Bülənt Arınc da dedi ki, kim Türkəyədən İsrailə hərbi hücum gözləyirdisə, çox yanılıb. Tam biz dediyimiz kimi. Ona görə ki, hər ikisi bunun nəticələrinə qatlaşmağın hesablarını yaxşı bilirlər.. İkincisi bu baş verəcəyi təqdirdə Yaxın Şərqdə "döngələr" elə qarışar ki, bunu onillər sonra da düzəltmək mümkün olmaz, hələ üstəlik müsəlmanların regiondakı indiki status-kvo da tamam başqa məcraya yönələ bilər. Yəni İsrail və ABŞ-ın heç yuxularına da gətirmədikləri proseslər yaşana bilər regionda. Bu yerdə nəzərə almamaq heç vaxt mümkün deyil ki, hazırda Yaxın Şərq əməlli-başlı ABŞ-dakı silah mafiyası üçün əsl milyonlar mənbəyidir və "döngələr" dəyişəcəyi təqdirdə silah bazarında kontrol da tamam başqa qüvvələrin əlinə keçə bilər. Buna görə də Ağ Evin Yaxın Şərq siyasətində Qərbdəki, əlaxüsus ABŞ-dakı silah mafiyasının böyük rolu var və onlar "döngələrin" belə şəkildə dəyişməsinə ciddi təpki göstərə bilərdilər və göstərdilər də. Beləcə Yaxın Şərqdə yeni "oyun" oynanılır. Kim aparsın, oyunçu, yoxsa...