PDF Oxu

Köşə

  • 4

Mitinq şouları niyə baş tutmur?

Mitinq şouları niyə baş tutmur?

İsa Qəmbərov:

Kütlələrə nektar içirəcəyik,
Mitinqlər, yürüşlər keçirəcəyik,
Dollarlar, avrolar döşüyəcəyik,
Son illər nədənsə donmaqda bədən,
Xaricdən pul axmır, nazilib gödən,
Mitinqlər baş tutmur, ilahi, nədən?

İqbal Ağazadə:

Müsavat qəlbinə çəkilibdi dağ,
Kütləylə aranda qırılıbdı bağ,
Sizin aksiyalar alınmayacaq,
İlahi kədərdi qəlbini didən.

İsa Qəmbərov:

Özünüzü çox da tullandırmayın,
Məni də sol yana yollandırmayın,
Vətən sözünü çox hallandırmayın,
Bossun dollarıdı mənimçün vətən.

İqbal Ağazadə:

Kütlələr endirib reytinq balını,
Xaricə satmısan sən amalını,
Sən çox toplamısan elin malını,
Hələ çox tökəcək qanlı yaş didən.

İsa Qəmbərov:

Biz qabağa getdik, geri tez qaldın,
Başında saçının tükü biz qaldın,
Biz səni sevmədik, "Ümid"siz qaldın,
Sən idin qarşımda titrəyib sitən.

İqbal Ağazadə:

Rəqibə atdığın daş tutmayacaq,
Bədəndə yerini baş tutmayacaq,
Küçə yürüşlərin baş tutmayacaq,
Olarsan başqan tək ilk gözdən itən.

İsa Qəmbərov:

Oturdun tısbağa kimi qında sən,
Lider yox, olmusan əsil banda sən,
Sülənib Müsavat ətrafında sən,
Məhz sən İqbal idin mənafe güdən.

İqbal Ağazadə:

Narıncı niyyətin nə gül tutmadı,
Nə ovda Arifin bülbül tutmadı,
Nə buğdan, nə arpan sümbül tutmadı,
Nə də düyü verdi tarlanda çətən.

İsa Qəmbərov:

Aldığın qrantı qəlp eyləmədin,
Hər hansı blokda ərp eyləmədin,
Lider tək bir bossu cəlb eyləmədin,
"Ümid"in çirkini yumadı fitən.

İqbal Ağazadə:

O ki babasıllı kiriş açmışdın,
Möhkəm iştahalı bir diş açmışdın,
Ay İsa, cibini geniş açmışdın,
Səndin "Soros"ların yolunda bitən.

İsa Qəmbərov:

Gülürdün "Ümid"də xardal yeyəndə,
Küsərdin mən sənə maldar deyəndə,
Mən narıncı baha paltar geyəndə,
Əyninə geyməyə tapmırdın kətən.

İqbal Ağazadə:

Ağıl kök atmadı o mal başında,
Guya möhkəmlənib cin, hal başında,
Dirçəliş günləri, tonqal başında,
İqbal deyildimi tükünü ütən?!

İsa Qəmbərov:

Arxasında durub, dirək vermişəm,
Çox bədbin kəslərə ürək vermişəm,
Gəlib Müsavata, çörək vermişəm,
Tayların, sənin tək nankor, hər yetən.

İqbal Ağazadə:

Ağzında ney, tütək qırıldamısan,
Türk demiş, xeyli pək qırıldamısan,
Təklikdə qarğa tək qırıldamısan,
Mitinqdə olmusan bülbül tək ötən.

İsa Qəmbərov:

Sözə baxmayanı çox atdırmışam,
Qərargah dibində çox yatdırmışam,
Əlini çörəyə mən çatdırmışdım,
Ağzında qalmışdı zelenli kətən.

İqbal Ağazadə:

Ay İsa, istərdim ağzını cıram,
Onurğa beynini qanırıb qıram,
Ariflə, Vurğunla normaldı aram,
Sənsən Müsavatda bir zəhləm gedən.

İsa Qəmbərov:

Ya başını götür sox o sıx kola,
Ya qayıt yanıma, cibimi yala,
Dəniz qulduru ol, get gəmi tala,
Yerindi Somali sahili Ədən.

İqbal Ağazadə:

Sifəti narıncı, gözü badamsan,
Təpədən-dırnağa sən pis adamsan,
Özün bir əhlikef, naqis adamsan,
Mənim tək axmaqdı sənə əl edən.

İsa Qəmbərov:

Mərhəmət mənimdi, qəzəb, kin sənin,
İslam, din mənimdi, şeytan, cin sənin,
Söndü göz önündə "Ümid"in sənin,
Mənim boss payımdan qıcqırıb mədən.

İqbal Ağazadə:

Dözübsən, qrantı az versələr də,
Susub götürübsən, paz versələr də,
Əlinə həmişə qoz versələr də,
Bossların vəd edib brilyant mədən.

İsa Qəmbərov:

Hirsindən sən yanıb göynəməlisən,
Kişi tək düzünü söyləməlisən,
Uduzdun, etiraf eyləməlisən,
Gəl inad eyləmə, İqbal, az şitən!

İqbal Ağazadə:

Məqsədin, amalın, niyyətin itib,
Çürük bir qoz kimi qiymətin itib,
İndi lider kimi hörmətin itib,
Hardadı Atillan, hardadı Meten?

Digər xəbərlər