PDF Oxu

Köşə

  • 5

İdeoloji çalarlar qatılaşır

İdeoloji çalarlar qatılaşır

Tahir Kərimli

Radikal qazanmaq həvəsində pul,
"Azadlıq", Müsavat qərbli bossa qul,
Atıbdı ortaya hərə bir üsul,
Onunla xeyli pul qırmaq istəyir,
Ya da ABŞ-dan bir barmaq istəyir,
Rəqibin bağrını yarmaq istəyir.

Mirmahmud Fəttayev:

Sözsüz, bizə aid deyil, bu, əlbət,
Qoy "Azadlıq" qoysun əməlinə sədd,
Rəvan getməkdədi bizim siyasət,
Məgər "DUİ" barmaq sormaq istəyir?

Tahir Kərimli:

Nə qədər udarsan bir fuka ilə?
Uzaqmı gedərsən duraka ilə?
İsa bəy yarıtmaz taktika ilə,
De, hansı bloku qurmaq istəyir?

Mirmahmud Fəttayev:

Pənah ideyası gətirdi kədər,
Sərdarın təklifi ondan da betər,
Möhkəm yaxılsa da "DUİ"-dən betər,
"Azadlıq" ayağa durmaq istəyir.

Tahir Kərimli:

20 il yorulmuş kaftarın özü,
Bu gün dönüb olub ifratın özü,
"Yapon fəndi" ilə Sərdarın özü,
Birdən dörd bloku vurmaq istəyir.

Mirmahmud Fəttayev:

Yol qara, kol qara, priyom qara,
Radikal cinahda lider avara,
Çıxarmaq siyasi poliqonlara,
Bir gör kimlər kimi yormaq istəyir?

Tahir Kərimli:

Sevindik aradan pislər gedəndə,
Kədərə qərq olduq, düzlər gedəndə,
Yaxşıdı, bərəlmiş gözlər gedəndə,
Bəzisi dərinə varmaq istəyir?

Mirmahmud Fəttayev:

Bəzisi qan qusur qızıl ləyəndə,
Yıxılır başına yumruq dəyəndə,
Bəzisi kötüyü diyirləyəndə,
Bəzisi odunu yarmaq istəyir.

Tahir Kərimli:

"DUİ" tuşlanıbsa çətir mövqeyə,
Müsavat yıxılır "qadir" mövqeyə,
Bir lider tuşlansa pis bir mövqeyə,
Digəri o yöndə sarmaq istəyir.

Mirmahmud Fəttayev:

"ATA" batıb getdi yumşalmış qumda,
Müsavat dayanıb sərt uçurumda,
İsanı görəndə sərsəm durumda,
Əli "Azadlıq"dan "cırmaq" istəyir.

Tahir Kərimli:

Çoxu liderini Yam-Yam etsə də,
Siyasi pişiyə it "ham" etsə də,
İsa bəy Laləni "Madam" etsə də,
"Yurd" Əli sazişi cırmaq istəyir.

Mirmahmud Fəttayev:

Siyasi meydanda yoxalıb darı,
Bir qarış olubdu yüz arşın barı,
Artıb cırmaqlamaq həvəskarları,
Əli də, İsa da cırmaq istəyir.

Tahir Kərimli:

Nəsə siftəsinə yoluq düşmədi,
Şərab düşdüsə də, tuluq düşmədi,
İsanın toruna balıq düşmədi,
İndi Əli bəydən qarmaq istəyir.

Mirmahmud Fəttayev:

İsa bir zamanlar yataq vermədi,
İstədik çox qrant tutaq, vermədi,
"Azadlıq" bizə bir otaq vermədi,
İndi dönüb bizdən irmaq istəyir.

Tahir Kərimli:

"DUİ" çox bloku vurdu uçurdu,
Cığallıq eyləyir bir neçə turdu,
Əli Lalə ilə əlaqə qurdu,
İndi bu sazişi qırmaq istəyir.

Mirmahmud Fəttayev:

Lalə də bir meyvə dərə bilmədi,
Siyasi mühitə girə bilmədi,
Gözlü sehrbaz iş görə bilmədi,
İsa Əli üçün kor maq istədi.

Tahir Kərimli:

Mənim də əlimdən çıxdı o masa,
Burda mən sözümü edirəm qısa,
Hüquqdan dərs demə mənə, ay İsa,
O, məndən ADU-da yurfaq istədi.

Mirmahmud Fəttayev:

Artıq ötüb keçdi yumşaq keçən qış,
Yuva bağlamamış bir radikal quş,
Hələ payız fəsli gəlib çatmamış,
Radikal tökülən yarpaq istədi.

Tahir Kərimli:

Yüzü təkrar etdi, yaramı deşdim,
Kürü də keçdilər, Arazı keçdim,
Elə ki, qərargah eşqinə düşdüm,
Əli də, İsa da torpaq istədi.

Mirmahmud Fəttayev:

Radikal qrantbaz olubdu çımxır,
Guya ki, zahirdə bosslara baxmır,
Əli də, İsa da səhnədən çıxmır,
Hər biri nəzərə çarpmaq istəyir.

Tahir Kərimli:

İndi radikalın bezarı yaşar,
Əlinin, İsanın bazarı yaşar,
Bloklar tənhalıq azarı yaşar,
Özüyçün müvafiq ortaq istəyir.

Mirmahmud Fəttayev:

Deyirlər "Azadlıq" tülə bürünür,
Odur ki, bədəni lüm-lüt görünür,
Bu gün "DUİ" özü güclə sürünür,
İsanı, Əlini dartmaq istəyir.

Digər xəbərlər