PDF Oxu

Köşə

  • 12

Sərdar Cəlaloğlu heç bir partiya ilə seçkiyə getməyəcək

Sərdar Cəlaloğlu heç bir partiya ilə seçkiyə getməyəcək

Fuad Əliyev:

Liberal-demokrat sədri kimi mən,
Radikal görəndə gedirəm gendən,
LDP-yə yoxdu münasib bir tən,
ADP-ni tapdım, ancaq nə sirdi,
Sərdar da "Ümid"ə doğru gedirdi,
Bunu Müsavatda Arif edirdi.

Sərdar Cəlaloğlu:

Sən bir casusfason sallaq gizirdin,
LDP üstündə daim əsirdin,
Seçkiyə getməkçün blok gəzirdin,
Yoxsa qabağında "Ümid"mi tirdi?

Fuad Əliyev:

ADP həmişə düz yerə baxır,
Sərdarda, İqbalda üz, yerə baxır,
Sizin gözləriniz yüz yerə baxır,
LDP sədriyəm, amalım birdi.

Sərdar Cəlaloğlu:

Sən keçəl, biz isə, kosa, pis adam,
Sən yaxşı, bizlərsə, qısa, pis adam,
Sərdar pis, İqbal pis, İsa pis adam,
Tanınmaz LDP-n guya ki, pirdi.

Fuad Əliyev:

ADP, Müsavat lap dikdə gedər,
"Ümid" tək "cırtdan"lar yedəkdə gedər,
LDP seçkiyə təklikdə gedər,
Hələ ki, qüvvəmiz təzədi-tərdi.

Sərdar Cəlaloğlu:

Müsavata, vallah, girişimiz yox,
"Ümid" tək ağrıyan bir dişimiz yox,
ADP-də əyri bir işimiz yox,
Sənin LDP-də əyridi pərdi.

Fuad Əliyev:

Qoy heç sevinməsin radikal fərdlər,
Payız seçkisində artacaq dərdlər,
Hamınız peşəkar ifrat namərdlər,
Söyə-söyə namərd etdiniz mərdi.

Sərdar Cəlaloğlu:

Güclü partiyadan xeyli dal olluq,
Çox keçməz qocalıb dazbaş, çal olluq,
Biz hələ payızda xəstəhal olluq,
Tale sənə çoxdan veribdi dərdi.

Fuad Əliyev:

Get öz qanadını Müsavata gər,
Ay İqbal, sən isə təklikdə gəbər,
Sərdara yer verdim, paltarını sər,
O da cındırını "Ümid"də sərdi.

Sərdar Cəlaloğlu:

Bilirsən, sən bizdən, biz səndən betər,
Bizimlə vaxtını itirmə hədər,
Sən get "Yurd" Əliyə yalman bir qədər,
Bəlkə qanadını üstünə gərdi.

Fuad Əliyev:

Dedik mitinq edib, yaxşı reç görək,
Üç isə yaxşılar, onu beş görək,
Mən dedim, a Sərdar, birgə iş quraq,
Qəlbinə bir "Ümid" şeytanı girdi.

Sərdar Cəlaloğlu:

Fuadı böyüdüb, bir mif eylədim,
"Cırtdan" qurumunu təltif eylədim,
ADP heyvası təklif eylədim,
O gedib yabanı meyvələr dərdi.

Fuad Əliyev:

İqbal "Ümid"ndə həddi itirib,
Lalə də o oxlov qəddi itirib,
Müsavat getdiyi xətti itirib,
ADP-də yaman əyridi kərdi.

Sərdar Cəlaloğlu:

Düşkünü, miskini həmdərd tanıyar,
Bərkə-boşa düşər, həm hərb tanıyar,
Dedim qurumunu həm Qərb tanıyar,
Bir boss da tanımır Fuadda fərdi.

Fuad Əliyev:

Müsavat İqbaldan toxdu, a Sərdar,
ADP-n dağılıb qoxdu, a Sərdar,
Siyasi mövqeyin yoxdu, a Sərdar,
Səni məşğul edən azardı, çərdi.

Sərdar Cəlaloğlu:

İqbal iflas ilə artıq qol tutub,
Fuad döşənməkçün tozlu pol tutub,
Bəlkə də ADP Çirkin yol tutub,
Təpədən-dırnağa LDP-n kirdi.

Fuad Əliyev:

Mənim hər sözümə sən gəl qoyma mız,
Hər iki qoltuğun altında qarpız,
İçdən dovşandan da çox qorxaqsınız,
Zahiri cizginiz, pələngdi, şirdi.

Sərdar Cəlaloğlu:

LDP-də gəldi xoşuma bu ad,
Dalınca yüyürüb, bağırdım, Fuad,
Mən səni yanıma çağırdım, Fuad,
Bəs İqbal, ya İsa sənə nə verdi?

Fuad Əliyev:

Bir vaxt ADP də, qan-qan edirdi,
Rəsul da burada tufan edirdi,
Xəyalın göylərdə cövlan edirdi,
Ancaq ümidiniz yerdə gəbərdi.

Sərdar Cəlaloğlu:

Şahmat taxtasında matlar azalıb,
Sanma bloklarda çatlar azalıb,
İfrat siyasətdə atlar azalıb,
Ordakı bloklar, birliklər xərdi.

Fuad Əliyev:

Müəyyən etmirsiz bir qayda, sizlər,
Umursunuz nəsə bir fayda, sizlər,
Siyasi divardan bu tayda sizlər,
Adaxlıbazlıqda qalan Sərvərdi.

Sərdar Cəlaloğlu:

Getdin siyasətdən zər-xarə ilə,
Ürəyində min dərd, yüz yarə ilə,
Bizlər oynayırıq "dü barə" ilə,
Sizin əlinizdə şeş qoşa zərdi.

Digər xəbərlər