AXCP (i) və Müsavat 24 apreldə mitinq keçirəcək
Araz Əlizadə:
Əli, İsa birgə iclas keçirir,
Onlar qəm əkərək, həm qəm biçirir,
Millətçilikləri infark döşürür,
Deyir "narıncılar" xeyli solacaq,
Qəlbdə ermənilik daşıb dolacaq,
24 apreldə mitinq olacaq.
Nurəddin Məmmədli:
Əli İsa ilə şövq eyləyibdi,
Hayın saqqızını cəld çeynəyibdi,
Buna xaric bizə sövq eyləyibdi,
Müsavatla Cəbhə dəstək alacaq.
Araz Əlizadə:
Əli məkanını genişləndirər,
İsa ad-sanını genişləndirər,
Haylar torpağını genişləndirər,
Sizin könlünüzü axç çalacaq.
Nurəddin Məmmədli:
Pul üçün hər bossu əfv edərsiniz,
Sonra Yerevanı fəth edərsiniz,
Dığanı o qədər mədh edərsiniz,
Axırda Sarkisyan tar, saz çalacaq.
Araz Əlizadə:
İfrat birləşməli o gün meydanda,
"Yurd" Əli bir yanda, İsa bir yanda,
Mitinqi piketə çevrilən anda,
24 apreldə fikrə dalacaq.
Nurəddin Məmmədli:
Deyirlər ki, guya mətanət ilə,
Gedirlər mitinqə cəsarət ilə,
Həm İsa, həm Əli hərarət ilə,
Serjin ətəyində namaz qılacaq.
Araz Əlizadə:
Heç də sevinməyin bu bədnam işlə,
Həm də hesablaşın haqla, gərdişlə,
Ay İsa, ay Əli, tez bu gedişlə,
Sizin hər biriniz tində qalacaq.
Nurəddin Məmmədli:
İş gördük "Soros"u əsir etməkçün,
Doğulub-yaşadıq qüsur etməkçün,
O, varlı bosslara təsir etməkçün,
İstərik biz Serjə baxıb dil açaq.
Araz Əlizadə:
Xalqı sevməməkdə ikiniz üstün,
Tumturş sifətiniz acı bir tütün,
Serjin ayağına döşənmək üçün,
İsa, Əli kimi kölə, qul açaq.
Nurəddin Məmmədli:
Qərb bossu yanında ismimiz əziz,
Dibiboş cibimiz dərin bir dəniz,
Siz bizi çirkaba sürüklədiniz,
İsa, Əli istər bizlər gül açaq.
Araz Əlizadə:
Daim diləndiniz baharı, qışı,
Sizi sevindirdi bossun alqışı,
Siz kənara qoyun Qərbi, ABŞ-ı,
Serjin kassasından sizə pul açaq.
Nurəddin Məmmədli:
Daim yad əllərdə olub meşəniz,
Nə işiniz yaxşı, heç nə peşəniz,
Əlbəttə, küllənmək köhnə peşəniz,
Gəlin sizlər üçün süni kül açaq.
Araz Əlizadə:
Yeriniz həmişə küncdə, tindədi,
Reytinq cədvəliniz yaman gündədi,
Hər iki gözünüz boss cibindədi,
Sizin qərargahlar kiçik qalacaq.
Nurəddin Məmmədli:
Qərbə qul olarıq, yalnız and versin,
Bizə bədahətən gur talant versin,
Təki bosslar bizə çox qrant versin,
İsaya, Əliyə bəsdi çalacıq.
Araz Əlizadə:
Adı bərbadlara bağışlardınız,
Erməni qadlara bağışlardınız,
Götürüb yadlara bağışlardınız,
Sizdə olsa idi kiçik talacıq.
Nurəddin Məmmədli:
Qərbin vədəsindən biz coşa bilsək,
Pul üstə dığayla boğuşa bilsək,
24 aprelə qovuşa bilsək,
Lap Serj ətəyində namaz qılacıq.
Araz Əlizadə:
Tarix öyrənsəniz çırağı altda,
Nəfəs almasanız bayrağı altda,
Qıvrılsanız belə ayağı altda,
Serj verməz sizlərə adi alaçıq.
Nurəddin Məmmədli:
Üstündən keçərik most Serj olsa da,
Qəlbən sevinərik dost Serj olsa da,
Biz pul qazanarıq boss Serj olsa da,
Bizə desəniz də yaramaz alçaq.
Araz Əlizadə:
Arzunuz sellənmiş çox hədsiz qazanc,
Diqqəti cəlb etmir diqqətsiz qazanc,
Niyyətiniz daim zəhmətsiz qazanc,
Sizlər həm xəstəsiz, həm məriz naçaq.
Nurəddin Məmmədli:
Oturub ən yüksək mizdə ürəkdən,
Qışqırrıq dərədə-düzdə ürəkdən,
İstərik İsa da, biz də ürəkdən,
Radikal cinahda parlaq nur saçaq.
Araz Əlizadə:
Qulaqlar tutulur o iyrənc tostdan,
Əliniz çıxacaq ən kiçik postdan,
Qrant qopararaq xarici bossdan,
Niyə açırsınız Serjə siz qucaq?
Nurəddin Məmmədli:
Kim bizi istəmir, kor olsun gözü,
Əlinin mitinqdə güləcək üzü,
Sarkozi, Obama, Merkelin özü,
Serjik də sayıbdı bizləri qoçaq.