PDF Oxu

Köşə

  • 13

Lalə Hacıyeva "Azadlıq"dan gedir

Lalə Hacıyeva "Azadlıq"dan gedir
Əvəz Temirxan:

Çoxları əlbəttə, ləng gecədəkdir,
Elə lider var diltəng gedəcəkdir,
Lalə bu seçkiyə tək gedəcəkdir,
"MBH" dalınca sərt baxa-baxa,
Siz bihudə yerə cırmayın yaxa,
Lalə "Azadlığ"a sığışmır daha.

Nurəddin Məmmədli:

Burda "Azadlığ"ın gülü qalacaq,
Bir ucdan gedənlər dəli qalacaq,
"Azadlıq"da iki Əli qalacaq,
Getmək Lalə üçün gələcək baha.

Əvəz Temirxan:

Sizin çirkininiz, həm gözəliniz,
Həm blokda qalan 5-10 dəliniz,
İflasa uğrayan iki Əliniz,
Mübtəla olacaq nifrinə, aha.

Nurəddin Məmmədli:

"Azadlıq" odlu bir atəşə bənzər,
"MBH" çox yaman bir şişə bənzər,
Sözsüz, nə "Yurd" Əli günəşə bənzər,
Nə "MBH" Lalə parlayan maha.

Əvəz Temirxan:

"Yurd" Əli çəkdiyi kədərdi, ahdı,
Siyasi meydanda gəzən günahdı,
"MBH" geniş bir iqamətgahdı,
"Azadlıq", əlbəttə, dar, sıx bir kaha.

Nurəddin Məmmədli:

Blok liderləri iri cavandı,
Əvəzlə Lalənin biri cavandı,
"Yurd" Əli, "VİP" Əli diri cavandı,
Yaşı keçmiş Lalə bənzər bir ruha.
Əvəz Temirxan:

Blokda əbədi bağlı köpəklər,
Daim yeməkdədi yağlı kötəklər,
Dolub "Azadlığ"a ağlıgödəklər,
Lalə "MBH"-də ağbirçək düha.

Nurəddin Məmmədli:

"Yurd" Əli yaşadı ürək dağıyla,
Lalə yadda qaldı odlu ağıyla,
O, ad da çıxardı kobudluğuyla,
Bizim Əlilərin qəlbləri yuxa.

Əvəz Temirxan:

Lalənin liberal yolu ağ çuxa,
"MBH" qabağı-dalı ağ çuxa,
Lalədə qrantla dolu ağ çuxa,
"Yurd" Əlidə boldu zil qara çuxa.

Nurəddin Məmmədli:

"Azadlıq" veribdi sizə örnəyi,
Əlinin minlərlə qazı, ördəyi,
Pis aqibət gözlər Lalə örpəyi,
Əvəzin papağı keçəcək mıxa.


Əvəz Temirxan:

Əli çox görəcək önündə bədi,
İflasa getməkdə "Azadlıq" qəti,
ALP-nin yolu gündöyəndədi,
"Azadlıq" zülmətdən çətin ki, çıxa.
Nurəddin Məmmədli:

Gözünüz görməsin halal, xoş pulu,
Sizi etməyəsiz, görüm, nuş pulu,
Bizim "Azadlığ"ı çoxlu boss pulu,
Sizin "MBH"-ni pulsuzluq sıxa.

Əvəz Temirxan:

"Yurd" Əli səmadan süzür ABŞ-ı,
Bu baxış, əlbəttə, üzür ABŞ-ı,
Əli veyil-veyil gəzir ABŞ-ı,
Lalə qəmzəsidi bənzəyən şuxa.

Nurəddin Məmmədli:

Əlilər vüqarla gəzər meydanı,
Bu il tutmayacaq nəzər meydanı,
Bizim "Azadlıq"sa bəzər meydanı,
Sizin liberallar çıxacaq yoxa.

Əvəz Temirxan:

Payızda, bil, Lalə al qan edəcək,
Bizim seçicilər fəqan edəcək,
Liberal zirvədə cövlan edəcək,
Bəlkə o vaxtacan "Azadlıq" qoxa.

Nurəddin Məmmədli:

"Yurd" Əli qrantçün sürünmür, əsla,
Ancaq söz deməyə ərinmir, əsla,
Lalədə nikbinlik görünmür, əsla,
Əvəz Temirxansa bənzəyir loxa.
Əvəz Temirxan:

Bossları önündə qıc gəzir Əli,
Bu gün ABŞ-da da tac gəzir Əli,
Artıq 20 ildi ac gəlir Əli,
Lalə xeyli fərqli, bənzəyir toxa.

Nurəddin Məmmədli:
Blok verməkdədi öz ürəyini,
Keçirir həyata öz istəyini,
Əli Qərbdə yeyir öz çörəyini,
Laləyə lazımdı bosslardan yuxa.

Əvəz Temirxan:

Özlüyündə edir daim vird Əli,
Özünü əfəl yox, sanır qurd Əli,
ABŞ-da doyunca yesin "Yurd" Əli,
Artıq-urtuğunu götür sən tıxa.

Nurəddin Məmmədli:

Liberal üstünə yönəltdin çəni,
Qoydun qabağına ən iri dəni,
Qorxuram 20 il etdiklərini,
Sonda Lalə xanım başına qaxa.

Əvəz Temirxan:

Narıncı çevrilib al ola bilməz,
Blokdakı təam bal ola bilməz,
Hər adi yumurta fal ola bilməz,
Sizin fal yumurta çıxacaq laxa.

Nurəddin Məmmədli:

Artıq Lalə xanım qəddi əyibdi,
İftira yaymayın, axı eyibdi,
Lalə siyasətdə zəifləyibdi,
Reaksiya verər adi bir xoxa.

Digər xəbərlər