PDF Oxu

Köşə

  • 12

Rauf və Pənah radikalizmin iflasından danışır

Rauf və Pənah radikalizmin iflasından danışır
Rauf Arifoğlu:

İsanın ətrafı yoxalıb indi,
Radikal dairə yuxalıb indi,
Ortada dolanan çoxalıb indi,
Boss pul kranının ağzını tıxıb,
Neçə müftəxorun evini yıxıb,
Nə qədər lideri yandırıb-yaxıb.

Pənah Hüseynov:

"ATA" bol neməti yavaşıbdı,
"DUİ" qətiyyəti yavaşıdıbdı,
"Azadlıq" sürəti yavaşıdıbdı,
Müsavat üstündə şimşəklər çaxıb.

Rauf Arifoğlu:

"Cırtdan" qurumları ehsan təntidib,
"VİP"-i, Etibarı, böhtan təntidib,
Əlini, Laləni leysan təntidib,
İsanın üstündən sel-sular axıb.

Pənah Hüseynov:

Boss verən fəsəli qalxıb aradan,
Radikal qəzəli qalxıb aradan,
Birləşmək məsəli qalxıb aradan,
Hərə nəhs niqabı üzünə taxıb.

Rauf Arifoğlu:

"Yurd" Əli səsini qaldırmır zilə,
"VİP" Əli lap çoxdan düşüb zibilə,
Lalə "MBH"-də yellənir hələ,
Başqan da başını kolluğa soxub.

Pənah Hüseynov:

Arif, Vurğun qaçır qayğanaq üçün,
Əvəz qanad açır qayğanaq üçün,
Yalançı bəyanat yaymamaq üçün,
İsa bəy ağzına kolbasa tıxıb.
Rauf Arifoğlu:

Həyatın əsası torpaq, od, su, gün,
Bəxti gətirməyib ifratın du gün,
Deyirlər burnundan qayıdır bu gün,
İsa bəy həddindən çox qrant tıxıb.

Pənah Hüseynov:

Nədənsə burada gopu döyən yox,
Funksioner içrə hanı yeyən çox,
Çoxdan Müsavatda qapı döyən yox,
İsa gedənlərin ardınca baxıb.

Rauf Arifoğlu:

İsanın özü bir zəhər tuluğu,
Yayını gizlədir, atanda oxu,
"Madam" ləqəbilə şpionluğu,
İsa bəy Lalənin başına qaxıb.

Pənah Hüseynov:

Ətrafını yaxşı bizləmək üçün,
Bossların gözüylə izləmək üçün,
Əli həmkarları pisləmək üçün,
Təyyarəylə gedib Nyu-Yorka çıxıb.

Rauf Arifoğlu:

Başa qoya bilmir tac radikallar,
Bossdan ala bilmir bac radikallar,
Ölkədə çoxalıb ac radikallar,
Ancaq bir-ikisi yeməkdən pıxıb.
Pənah Hüseynov:

Azalıb başqanın gördüyü ərzaq,
Beş-on qat azalıb yağ, düyü, ərzaq,
Bossun İsa bəyə verdiyi ərzaq,
Üst-üstə yığılıb anbarda qoxub.

Rauf Arifoğlu:

Ac qalıb Bakıda radikal dostlar,
İndi eşidilmir, təriflər, tostlar,
O qədər az maya buraxır bosslar,
Bu haldan liderlər yaman duruxub.

Pənah Hüseynov:

Radikal çörəyi dönüb irinə,
Təhqirdə enirlər daha dərinə,
Casus desələr də biri-birinə,
İsa da, Lalə də çaşıb, karıxıb.

Rauf Arifoğlu:

Qalmamış hörməti ona millətin,
Başqan dura bilmir yerində mətin,
Nostalji hissini boğmaq çox çətin,
İsa bəy keçmişçün yaman darıxıb.

Pənah Hüseynov:

Artıq bellərdən də düşməkdə tuman,
Əlini, İsanı basıbdı duman,
Radikal durumu basıb bəd güman,
Bundan rəqiblər də xeyli qarıxıb.
Rauf Arifoğlu:

Yoxsa "Azadlığ"a dəyibdi nəzər,
Müsavat yıxılmış qovağa bənzər,
Əli bəy vaiz tək axıtmaqda tər,
İsa Müsavatda adi bir rahib.

Pənah Hüseynov:

Radikal yeni yol axtarışında,
"Cırtdan"lar qalın çul axtarışında,
"Azadlıq" Qərbdə pul axtarışında,
İsaya lazımdı yaxşı boss, sahib.

Rauf Arifoğlu:

Bir çox ifrata fərdlər, boşda bərkdədi,
Onlar elə bilir hamı çirkdədi,
"Azadlıq" qınına çəkilməkdədi,
Müsavat get-gedə olacaq qayib.

Pənah Hüseynov:

"Azadlıq"da geniş sahə-lək qalıb,
"MBH"-də, "VİP"-də çox bələk qalıb,
İsa Müsavatda indi tək qalıb,
Radikala lazım canişin, naib.

Rauf Arifoğlu:

Lalə zil gedəndə, İsa bəm deyir,
"VİP" Əli blokda kədər-qəm deyir,
İsa da, Əli də güclüyəm deyir,
Biri o birini zəif, lüt sayıb.

Pənah Hüseynov:

Burada bilinmir kimdi madam, miss,
Vəziyyət getdikcə dönüm olub pis,
Hər iki Əli də kütləşib bu hiss,
Nə İsa, nə Lalə bilmirlər ayıb.

Digər xəbərlər