Nurəddin Məmmədli:
"Azadlıq" atlıdı, Müsavat atsız,
Seçkiyə gedərdik "İncil", "Tövrat"sız,
Qalib gələcəyik biz Müsavatsız,
Bizə qüvvə verən bossun puludu,
Nəfsimiz həm avro, dollar quludu,
Yolumuz həm Lalə, Əli yoludu.
Qabil Hüseynli:
Lalə "Madam" olub xərifləsə də,
Blok "Yurd" Əlini tərifləsə də,
İsa başqan kimi zəifləsə də,
Müsavat Cəbhədən 5-10 qat ulu.
Nurəddin Məmmədli:
"Azadlıq" zirvədə, ucalıb gedib,
Müsavat bizlərdən güc alıb gedib,
İsanız çoxdandı qocalıb gedib,
Bizim Əli bəyin canıdı sulu.
Qabil Hüseynli:
Siyasi meydana qəzəllər gəlir,
"Azadlıq" üstünə xəzəllər gəlir,
Bizim partiyaya gözəllər gəlir,
Sizin blokdadı arvadın dulu.
Nurəddin Məmmədli:
Xəyanət erməni xamasındadı,
Qələtlər Rusiya Dumasındadı,
Lalə "MBH"-nin səmasındadı,
İsa çətinliklə sürüyür çulu.
Qabil Hüseynli:
Cəbhə, "MBH", "VİP" dayanıb tində,
Laləli, əlili blok pis gündə,
İsamız birinci nitq reytinqində,
Əlidən, Lalədən uzundu qolu.
Nurəddin Məmmədli:
İsa ağız açıb göyə baxmaqda,
Əli Lalə ilə iti axmaqda,
Müsavat qapıdan qol buraxmaqda,
Yaman ağrılıdı "Azadlıq" qolu.
Qabil Hüseynli:
"Azadlıq" meydanda axıtmaqda tər,
Lalədən, Əlidən saçılmaqda şər,
Əli pul axtarır Qərbdə sərasər,
Qayğısız İsanın cibləri dolu.
Nurəddin Məmmədli:
"Azadlıq" get-gedə gurlamaqdadı,
İsa Müsavatda xorlamaqdadı,
Əli Lalə ilə parlamaqdadı,
Artıq Müsavatı döyübdü dolu.
Qabil Hüseynli:
Bosslar əlinizdən yesir, talandı,
İsa reallıqdı, Əli yalandı,
"Azadlıq" bizlərdən dalda qalandı,
Əli siyasətdə İsanın nolu.
Nurəddin Məmmədli:
İsa siyasətin naqisi, xamı,
Yaman öləziyib sönməkdə şamı,
Dəmirlə döşənib Əlinin damı,
Şüşə rebroiddi İsanın tolu.
Qabil Hüseynli:
Başqana boss dadaş para qoyursa,
Lalə ürəyinə yara qoyursa,
İsa ayağını hara qoyursa,
Əli bəy təcili süpürür polu.
Nurəddin Məmmədli:
"Azadlıq" sizlərə olub gözdağı,
İsa siyasətdə sürətli qırğı,
Bu gün boşalmaqda Əlinin sağı,
Ancaq dolmaqdadı başqanın solu.
Qabil Hüseynli:
Blokun qiyməti azalmaqdadı,
Lalənin zinəti azalmaqdadı,
Əlinin sərvəti azalmaqdadı,
Qızıl kisələri İsanın dalı.
Nurəddin Məmmədli:
"Yurd" Əli blokda bütləşməkdədi,
Bəzi "cırtdan"larsa cütləşməkdədi,
İsa Müsavatda lütləşməkdədi,
Get-gedə çoxalır Əlinin malı.
Qabil Hüseynli:
Basıb "Azadlığ"ı siyasət bədi,
Əli də, Lalə də keçib hər həddi,
İsanın əhvalı yüksəlməkdədi,
Get-gedə pisləşir Əlinin halı.
Nurəddin Məmmədli:
Bossların pulunu tuşuna qoyub,
Plova, kababa, xaşına qoyub,
İsa papağını başına qoyub,
Əli bəy belinə bağlayıb şalı.
Qabil Hüseynli:
Əli "Yurd"çu, İsa millətçi ari,
İsa başqan, Əli adi fərari,
İsanın cibində zümrüd, mirvari,
Əlinin altında toyuğun falı.
Nurəddin Məmmədli:
"Azadlıq" qaynayıb, aşıb-daşıbdı,
Müsavat radikal Qərbə qaçıbdı,
İsa siyasətdə ucuzlaşıbdı,
Əlinin almazdan bahadı xalı.
Qabil Hüseynli:
Başqan boss cibində nübar tutubdu,
Lalənin ürəyi qübar tutubdu,
İsa zirvələrdə qərar tutubdu,
Əli aşa bilmir yamacı, yalı.
Nurəddin Məmmədli:
Başqanın bossunun xaçı qaradı,
Qərbli sponsorun tacı qaradı,
Hələ ki, Əlinin saçı qaradı,
Saxtadı İsanın başının çalı.
Qabil Hüseynli:
Çoxu qaldıraraq göyə daşları,
Sındırıb Əli və Laləbaşları,
Əliyə kin bəslər cəbhədaşları,
Çox könüllər açıb İsanın valı.