PDF Oxu

Köşə

  • 7

Bloklar seçkiyə təklikdə gedir

Bloklar seçkiyə təklikdə gedir

Əhməd Oruc:

Erkən yay xır tutu yetişdiribdi,
Müsavat cır tutu yetişdiribdi,
"DUİ" Mirmahmudu yetişdiribdi,
"Azadlıq" öcəşib tündə gedəcək,
Seçkiyə Mirmahmud öndə gedəcək,
İsa boss gəlməmiş gündə gedəcək.

Əli Əliyev:

Əli, Lalə meyli yaşayacaqdı,
Gileysiz-gileyli yaşayacaqdı,
"Azadlıq" bir xeyli yaşayacaqdı,
Sənin səy blokun bəndə gedəcək.

Əhməd Oruc:

Gözlər kor olar biz qınanan zaman,
İfrat iflas olar uzanan zaman,
İsa dollar, avro qazanan zaman,
Sənin "Azadlığ"ın sentə gedəcək.

Əli Əliyev:

Sizin liderlərdə yoxdu düz ilqar,
Odur ki, sizləri zəmanə çalxar,
Bizim reytinqimiz yüksəyə qalxar,
"DUİ" seçkilərə tində gedəcək.

Əhməd Oruc:

Sizin hamınıza giley qalacaq,
"VİP"-ə bosslarından bir mey qalacaq,
Əli, İsa, Lalə köntöy qalacaq,
"DUİ"-nin üstündən rəndə gedəcək.

Əli Əliyev:

Aranıza çuma yuvarlananda,
Ölərsiniz, koma yuvarlananda,
"DUİ" uçuruma yuvarlananda,
"Yurd" Əli Laləylə öndə gedəcək.

Əhməd Oruc:

Heç kəs dua etməz kak zahid kimi,
İbadət eyləməz maq zahid kimi,
Mirmahmud qalacaq pak zahid kimi,
Əli, Lalə, İsa rində gedəcək.

Əli Əliyev:

Bizlərə smetan, ayran, yağ gələr,
Sizlərə bosslardan qaşqaldaq gələr,
İsa ona yenə badalaq gələr,
O zaman Mirmahmud fəndə gedəcək.

Əhməd Oruc:

İsa meydanlarda kötək, daş yeyər,
Mirmahmud iştahla dadlı xaş yeyər,
"DUİ" seçkilərdə al qumaş geyər,
"Azadlıq", Müsavat göndə gedəcək.

Əli Əliyev:

"Azadlıq" əlində tutacaq qəmə,
Onlar qələbəni verməz heç kimə,
Mirmahmud uduzub batacaq qəmə,
Dərd-kədər yenə də səndə gedəcək.

Əhməd Oruc:

Əli də, İsa da nəhs qazanacaq,
Görərsən, Mirmahmud məhz qazanacaq,
"Azadlıq" nol faiz səs qazanacaq,
Bütün elektorat məndə gedəcək.
Əli Əliyev:

Siz oturub-durub ediləşsəniz,
Ya vurub-uçurub ediləşsəniz,
"DUİ"-də yas qurub ediləşsəniz,
Bossun verdikləri qəndə gedəcək.

Əhməd Oruc:

İmkanlı şəxsləri talasanız siz,
Qanı zəhərləyib dalasanız siz,
Danosu-danosa calasanız siz,
İnsaf da, mürvət də din də gedəcək.

Əli Əliyev:

Yetkili qudurub, bir haf-haf salsa,
Bədxahlar böhtan söz, ya da laf salsa,
Mirmahmud ortaya ixtilaf salsa,
Onun güdazına bəndə gedəcək.

Əhməd Oruc:

Sanma, çiçəyiniz çıtlayacaqdı,
Bütün birliyiniz partlayacaqdı,
Bundan bardağınız çatlayacaqdı,
Sirkəniz qıcqırıb tündə gedəcək.

Əli Əliyev:

"Azadlıq" bloku, sənə mərhaba,
İsa, Mirmahmudu, Pənahı qaba,
"DUİ"-ni saracaq QİÇS, taun, vəba,
Bütün pullarınız bintə gedəcək.

Əhməd Oruc:
Qanundan kənar hal törətsəniz siz,
Qalmaqal, qilü-qal törətsəniz siz,
Cəhd edib kriminal törətsəniz siz,
Bossun çəkdiyi xərc mentə gedəcək.

Əli Əliyev:

Qulaq asmadınız, işdi, paxana,
Siz möhtac qalarsız ancaq maxana,
Şikayət etsəniz "Günə baxan"a,
Vaxt da bir çəkiliş lentə gedəcək.

Əhməd Oruc:

Xilas olmazsınız lap dost olarsa,
Daha pis Müsavat gər rast olarsa,
"Azadlıq" dağılıb zapçast olarsa,
Qəpik-quruşunuz vintə gedəcək.

Əli Əliyev:

Çox tez sınıq düşər, o, tuzsa bu il,
Boşaldıb toqqanı qan qussa bu il,
"DUİ"-si seçkidə uduzsa bu il,
Mirmahmud qayıdıb kəndə gedəcək.

Əhməd Oruc:

"Azadlıq" boğular çəpik altında,
Müsavatsa qalar təpik altında,
Vurğunu, İsası qəzəb atında,
Əlisi, Laləsi kində gedəcək.

Əli Əliyev:

Ayran kimi maya turlansa belə,
"DUİ" günə, Aya tuşlansa belə,
Nəzəri Kubaya tuşlansa belə,
Reytinq cədvəlində Çində gedəcək.

Digər xəbərlər