Əvəz Temirxan:
"Yurd" - "MBH" gücün mən necə danım?!
Mənim ALP-də çıxacaq canım,
Yalnız "Azadlıq"da işləyər xanım,
Deyirəm, axınla bura gəl, fanat,
Blokda gecəni gündüzünə qat,
Bizə lazım deyil "Ümid", Müsavat.
Vurğun Əyyubov:
İfratlar içində bizik ən bici,
"Azadlıq" İsanın önündə cücü,
Yaman hiss olunur Müsavat gücü,
Bunu lazım deyil eləmək isbat.
Əvəz Temirxan:
Mənim ALP-mdi ən böyük qüdrət,
"VİP" Əlidə bizdə eyləyir, xidmət,
Əlinin "Yurd"udu böyük bir hikmət,
"MBH" ləzzətdi, Müsavat dizbat.
Vurğun Əyyubov:
Xaricə işlərik İsa mən qəti,
Bossdan pulsuz allıq hər bir neməti,
ABŞ səfirliyi, "Soros" xidməti,
Sizdə az faizdi, bizdəsə yüz qat.
Əvəz Temirxan:
İsa satqınlığı bir sənət eylər,
Lalə bu əməli ondan bəd eylər,
"Madam"a Moskva kifayət eylər,
Gəl sən də, İsa da bizi az aldat.
Vurğun Əyyubov:
Hacı İsa mömin, həm də təsbehçi,
Bossun məclisində əhlikef, kefçi,
Qərbin liberalı bizə dəstəkçi,
İsa hüzurunda kütlə bir saldat.
Əvəz Temirxan:
Lalə Əli kimi iqrokla gedir,
İsa da Ariflə, sən loxla gedir,
"Azadlıq" seçkiyə blokla gedir,
Sən də öz İsanla xvatit baltat.
Vurğun Əyyubov:
Niyə "Azadlığ"ı əyməsin İsa?
Nə üçün özünü öyməsin İsa?
İstəsən Laləyə söyməsin İsa,
Kəlmə kəsən zaman dilinə bal qat.
Əvəz Temirxan:
Sizlər bəyənmədi nədən ayını?
İmamda çağırdız siz Sem dayını,
Bosslar çox edəndə qrant payını,
O vaxt naharına sən xeyli yal qat.
Vurğun Əyyubov:
"Yurd" Əli Laləyə tünd at verəcək,
"VİP" Əli kasıbdı, ağ bant verəcək,
Seçkidə kim sənə mandat verəcək?
ALP, "MBH"-də tükənib tez bat.
Əvəz Temirxan:
Müsavat sənin də iflas yolundu,
İsa "Azadlıq"da bir tas yolundu,
Guya İsa sənin xilas yolundu,
Yeganə arzum bu: yerində çez bat.
Vurğun Əyyubov:
Bizdən çox danışıb Obama Buşa,
Hazırıq "Madam"la əsil vuruşa,
Müsavat çapmaqda Qərbə, ABŞ-a,
Sizin "Azadlıq" da verməkdədi çat.
Əvəz Temirxan:
Rəqiblə rəqabət adi, şit gərək,
Saytında ən azı yeddi bit gərək,
"Madam"la vuruşa qoç igid gərək,
Sən get İsa bəyin kölgəsində yat.
Vurğun Əyyubov:
Qoltuq qarpızlanıb, gəlib dəm sizə,
Göstərib yeni bir üsul, çəm sizə,
Mən qəşəng bir təklif verirəm sizə,
Mənə dəstəkçi ol, bloku qapat.
Əvəz Temirxan:
Meyxoş gileyini qoy camə desin,
Müsavat yalanı yüz xamə desin,
İsa qoy şənimə mədhnamə desin,
Sən də nüfuzunla İsanı yaşat.
Vurğun Əyyubov:
Dağıdar bloku dərin ahımız,
İsa bəy əbədi lider dahimiz,
Seçki məntəqəsi qibləgahımız,
Sluşay, qoy gedək, ni nado meşat.
Əvəz Temirxan:
Bossdan aldığını duza, zəyə ver,
Sən də süysün yoğnut, həm də piyə ver,
Elə İsaya da bir tövsiyə ver,
Lalə bostanına sən də az daş at.
Vurğun Əyyubov:
Bloka ov olub, gözdə var-gəl et,
Meydanlardan uzaq düzdə var-gəl et,
Laləylə həmişə üzdə var-gəl et,
Hikmət dəryasına həm də az baş at.
Əvəz Temirxan:
Həmişə güdmüsən "Jalə" kölgəsi,
Nəsibin olubdu nalə kölgəsi,
Bir də qılınclama Lalə kölgəsi,
Gülləni İsanın səmtinə tuş at.
Vurğun Əyyubov:
Sizə çox öyrətdik kötək rəqsini,
Sən seçdin Lalənin yedək rəqsini,
Blokda boşlayıb göbək rəqsini,
Sonda burcudaraq şahə qalx, daş at.
Əvəz Temirxan:
Müsavat boyunu uduzubsunuz,
Keçini, qoyunu uduzubsunuz,
Radikal oyunu uduzubsunuz,
Zəri qoşa tutub, lövhəyə boş at.
Vurğun Əyyubov:
Uğursuz duruşu dərk eyləyirik,
Qaçıb gedənləri görk eyləyirik,
Blok tarlasını tərk eyləyirik,
Götür qırmancını ulağa hoş at.