PDF Oxu

Köşə

  • 9

Müsavat iki deputatını itirir

Müsavat iki deputatını itirir

Nəsib Nəsibli:

"Müsavat deputat qrupu"nun mən,
Daimi üzvüyəm başdan, əzəldən,
Başqan kam almamış şerdən, qəzəldən,
Odur ki, tərk edib Müsavatı cəld,
"AMDP"-yə sarı sürüb atı cəld,
Dərk etmək istərəm həm qrantı cəld.

Arzu Səmədbəyli:

Mən də Nəsib kimi o qrupdayam,
Elə həmin gündə şapda-şupdayam,
Mən yazıq bu gün də ahda-ufdayam,
Məhv edir o başqan hər talantı cəld.

Nəsib Nəsibli:

Müsavat səddini qırıb kəsməkçün,
Orda cahilləri cırıb kəsməkçün,
İsanın səsini xırıp kəsməkçün,
Gəlin çatdırağın ona çatı cəld.

Arzu Səmədbəyli:

Gəlin Müsavata azıb itməkçün,
Biri-birinizi əzib didməkçün,
İsa qəflətini sübut etməkçün,
Qəbirdən dirilib gələ Batı cəld.

Nəsib Nəsibli:

Yediyi İsanın çörəyi deyil,
Sinədə döyünən ürəyi deyil,
Bunu demək xalqın gərəyi deyil,
Gətir Müsavata farsı, tatı cəld.

Arzu Səmədbəyli:

Çoxlu qrant istər şamlığı üçün,
Qərargah arayar damlığı üçün,
İsa siyasəti tamlığı üçün,
Gərək bəçeşm desin yüzcə Fatı cəld.
Nəsib Nəsibli:

Onu yox etməkçün talant gərəkdir,
Başqana bossundan qarant gərəkdir,
İsaya tükənməz qrant gərəkdir,
Boss pulu ağızın bircə dadı cəld.

Arzu Səmədbəyli:

Bir qədər qovurub İsanı yodda,
Sonra da qazının odunu xodda,
Od vurmaq lazımdı ona vam odda,
İstəsəniz yana yeddi qatı cəld.

Nəsib Nəsibli:

İsa olayları izlər üsullu,
Əlaltılarını bizlər üsüllu,
Bizim getməmizi gözlər üsullu,
Gətirin yanına çoxla yadı cəld.

Arzu Səmədbəyli:

Siyasi meydana başqan cumandan,
Düzü, çıxmamışdı otdan, samandan,
Cəbhə iqtidarda olan zamandan,
Pisliyə çəkilir İsa adı cəld.

Nəsib Nəsibli:

Qəm-qüssədən fikrə o, dalmasa da,
O arsız sifəti sozalmasa da,
Musiqi marağı azalmasa da,
Azalır gün-gündən reytinq ladı cəld.

Arzu Səmədbəyli:
Yeni boss axtarır itirən zaman,
Dörd əli işləyir ötürən zaman,
İsa beş-on qrant gətirən zaman,
Yığışır başına beş-on lotu cəld.

Nəsib Nəsibli:

Qrant sinisini boş göndərirsə,
Başqan kədərlənir daş göndərirsə,
Əgər o tayanı boss göndəribsə,
Gör neçə sümürür İsa otu cəld.

Arzu Səmədbəyli:

Maraq göstəririk biz yazmaq üçün,
Ona vaxt veririk tez susmaq üçün,
Bizim başqanımız qan qusmaq üçün,
Çatdırın yazığa iri qutu cəld.

Nəsib Nəsibli:

O, nə Müsavatda qoyub xoş ləpir,
Nə dost tarlasına saf toxum səpir,
Bir baxın o neçə gözünə təpir,
Səhvən alma sayıb xırda tutu cəld.

Arzu Səmədbəyli:

Gələndən İsa bəy öz çulu ilə,
Müsavat getmədi öz yolu ilə,
İsa ət alanda boss pulu ilə,
Çəkir qabağına iri budu cəld.

Nəsib Nəsibli:

Başqan qüvvəsini sıxıb edib cəm,
İstefaya getmir, eyləyir çəm-xəm,
Sədr gedəcəyəm "AMDP"-yə mən,
İsa bəy qoy çalsın özü udu cəld.

Arzu Səmədbəyli:

Müsavatdan getməz o öz xoşuna,
Çalışın çıxmayın, əsla, tuşuna,
Onunla keçməyin süfrə başına,
Sanmayın ödəyər İsa şotu cəld.

Nəsib Nəsibli:

Başqan olan gündən İsa lox düşüb,
Onun ürəyinə iti ox düşüb,
İsanın canına karbon çox düşüb,
Deyəsən, azalıb onun yodu cəld.

Arzu Səmədbəyli:

Hələlik, burada İsa yiyədi,
Yediyi qanadı, cana-piyədi,
Yolum da, deyəsən, BQP-yədi,
Qoy xeyli azalsın İsa odu cəld.

Nəsib Nəsibli:

İsada düşübdü roman pis günə,
Samanlıq pis günə, saman pis günə,
Reytinqi düşübdü yaman pis günə,
Xeyli azalıbdı İsa xodu cəld.

Arzu Səmədbəyli:

Yapışar öz sıfır nöqtəsindən o,
Yaman xoşallanır diqtəsindən o,
O qədər şişib ki, hikkəsindən o,
Deyir Müsavatda qalan odu cəld.

Digər xəbərlər