Əhməd Oruc "KAXCP", "BQP" və "Ümid"in fəaliyyətini bəyənmir
Əhməd Oruc:
"KAXCP" bizə tay ola bilməz,
"Ümid"ə blokdan pay ola bilməz,
"Azadlıq" Fazilə hay ola bilməz,
Deyirlər Mirmahmud narahat olub,
İqbal Ağazadə iki qat olub,
"BQP"-də çoxu donub pat olub.
Elçin Mirzəbəyli:
İstərdim ki, verə bir diqqət Oruc,
Bilə söz deyəndə müəyyən hədd Oruc,
10 il danışmadı, bu Əhməd Oruc,
Biz elə bildik ki, o, it-bat olub.
Əhməd Oruc:
Çoxunu uçurum bihuş, lal edib,
Bizə çox hücumu bir İqbal edib,
Elçin Mirmahmudu halbahal edib,
"KXCP"-də də geniş çat olub.
Elçin Mirzəbəyli:
Davranmaq yolunda bizimlə çox sərt,
Böhtan yağdırmağı eyləyibdi qət,
Bir ildi danışır bu bədbəxt Əhməd,
Bilmirik nə deyir, sanki mat olub.
Əhməd Oruc:
Ətalət basıbdı, irinləyirlər,
Qrant yeli əsir, sərinləyirlər,
O qədər boş yerə çərənləyirlər,
Qurumlar boşalıb lap bərbad olub.
Elçin Mirzəbəyli:
"Azadlıq" bloku sayır yerində,
Blok liderləri batıb dərində,
Adı "Azadlığ"ın it dəftərində,
Bəlkə Əhməd Oruc bir talant olub?
Əhməd Oruc:
İqbal da, Fazil də, Mirmahmud özü,
Külü eşələyib, közərdir közü,
Radikal cinahda itirib izi,
Guya birləşərək həm brat olub.
Elçin Mirzəbəyli:
Lalə də, Əli də susub həmişə,
Qorxublar onlara qüvvə, güc düşə.
Blokda veriblər sözü qəmişə,
Əhməd Oruc dönüb bir ifrat olub.
Əhməd Oruc:
Gedib ittifaqda bürünüb quya,
Boğazdan yuxarı batıbdı suya,
Qurumun başçısı Elçindi guya,
Nə vaxtdan "DUİ"-də o, fanat olub.
Elçin Mirzəbəyli:
İrinli yaranı deşib, deyəsən,
Əhməd Oruc yanıb-bişib, deyəsən,
"Azadlıq" qabağa düşüb, deyəsən,
Guya hər işləri lap abad olub.
Əhməd Oruc:
Elçin də "DUİ"-də həyana dönüb,
Yediyim yemək də lap qana dönüb,
Elə bil, "Azadlıq" madyana dönüb,
"KXCP" yüyrək bir Qırat olub.
Elçin Mirzəbəyli:
"Azadlıq" yeni bir dost sorağında,
Əhməd intizarda qoz sorağında,
Əli də, Lalə də boss sorağında,
Arzu-istəkləri bir qrant olub.
Əhməd Oruc:
Sarıb biabırçı eyib içini,
Daxildən sındırıb, əyib içini,
Kin-nifrət o qədər yeyib içini,
Elçin və Mirmahmud tərs, inad olub.
Elçin Mirzəbəyli:
"DUİ" axtarmaqda yeni cib yaman,
Yıxıldığı dərin uçrum dib yaman,
Əhməd öz nitqindən sevinib yaman,
Əli, Lalə baxıb, xeyli şad olub.
Əhməd Oruc:
"DUİ" qılınclayır bu gün hamını,
Yandırmaqda aciz şəxsi şamını,
Alıb Mirmahmudun acı tamını,
Əhmədin ağzında şirin dada olub.
Elçin Mirzəbəyli:
Tarixdə "DUİ"-dən iz olmasa da,
Hamıda bir masa, miz olmasa da,
Heç kəsin mövqeyi düz olmasa da,
Əhmədin də yeri tərs-avand olub.
Əhməd Oruc:
"DUİ" "Azadlığ"ın durub qəsdinə,
Bilirik nə yaxşı, həm də pisdi nə,
O qədər ağırlıq düşüb üstünə,
Hamı bu təzyiqdən dönüb tat olub.
Elçin Mirzəbəyli:
"Azadlıq" çubuqdan, deşir filizi,
Onların inində Lalə qəlizi,
Elə bil, dilotu yeyib Əlisi,
Nədənsə Əhməddə işlər "xod" oldu.
Əhməd Oruc:
Deyirlər ki, "DUİ" forum yaradıb,
Elçində əsəbi tarım yaradıb,
Mirmahmud nə qədər qurum yaradıb,
Qısa vaxt ərzində o, vot-vot olub.
Elçin Mirzəbəyli:
"Azadlıq" yaramır şux çətir kimi,
Sevilmir, istənmir xoş xətir kimi,
Liderlər sönməkdə bir sədr kimi,
Əhməd Oruc isə dönüb od olub.
Əhməd Oruc:
Burda məzhəb itib, ara dəyibdi,
Bir deyən də yoxdu, qədeş, əyibdi,
"DUİ"-də şuluqluq səngiməyibdi,
Elçində konkret vacib şot olub.
Elçin Mirzəbəyli:
"DUİ" xaric üstə bir "Şur" qışqırır,
Elə bil, zalım bir gavur qışqırır,
Əhməd Oruc yenə çox gur qışqırır,
Onun hədyanından qulaq qut olur.