Əvəz Temirxan:
Başqan var-yoxunu düzlərə qoyur,
Padoşu üzlərdən-üzlərə qoyur,
Götürüb adını bizlərə qoyur,
Guya biz xaricdən qrant alırıq,
Edib işimizi avand, alırıq,
Guya dolları da asan alırıq.
Arif Hacıyev:
Lalə "MBH"-çün qab-qacaq alır,
Əvəz də Lalədən yanacaq alır,
İsa öz bossundan qanacaq alır,
Bizlər də olmayan talant alırıq.
Əvəz Temirxan:
İsanı od-közüm, həm külüm vurub,
Bizləri əməlli kin, zülüm vurub,
Padoş sifətlərə "Mən ölüm!" vurub,
Abır verib cüzi vəd, and alırıq.
Arif Hacıyev:
Reytinqi, nüfuzu saxlamaq üçün,
Başqanı kürsüyə mıxlamaq üçün,
Lalənin telinə bağlamaq üçün,
İsanın puluyla biz band alırıq.
Əvəz Temirxan:
Müsavata yalan söyləmək üçün,
İsa sürətini əyləmək üçün,
Laləni də lider eyləmək üçün,
Guya biz top-tüfəng, sapand alırıq.
Arif Hacıyev:
İsa dəlil-sübut, xeyli akt qoyub,
"Ro"sundan "Si"sinə bollu takt qoyub,
Müsavat yüzlərlə yeni fakt qoyub,
Atı qurban verib, biz mat alırıq.
Əvəz Temirxan:
Guya gecə-gündüz məstlik edərək,
Geri çəkilirik, süstlük edərək,
Başqana ardıcıl pislik edərək,
Guya əvəzində həyat alırıq.
Arif Hacıyev:
Müsavat nə dəvə, nə də at istər,
Xarici bosslardan çox qrant istər,
İsa da sizlərdən hesabat istər,
Cavab istəyirik, inad alırıq.
Əvəz Temirxan:
İsanın donosu, aktı hardadı?
Ortaya qoyduğu faktı hardadı?
Strateji gediş taktı hardadı?
Silistə verməyib, səbat edirik.
Arif Hacıyev:
Söz güləşdirməyə arzum yox daha,
Laləni yenməyə tuzum yox daha,
Boyun qaçırmağa lüzum yox daha,
Qrant alırsınız, isbat edirik.
Əvəz Temirxan:
İsa qrant deyib, yüz dad eylədi,
Saç yolub, diz döyüb fəryad eylədi,
Radikal adını bərbad eylədi,
Biz hara gedirik, abad edirik.
Arif Hacıyev:
Başqan taleyini bilir əlindən,
Bədxahlar ruzini silir əlindən,
İsanın yaxşılıq gəlir əlindən,
Pislik edəndə də, qat-nat edirik.
Əvəz Temirxan:
İsanın yolları lillənir daim,
Müsavat enişə millənir daim,
Lalə "MBH"-də şellənir daim,
Biz də ALP-dən büsat alırıq.
Arif Hacıyev:
Sizlər sustalmısız vərdiş edərək,
Bizsə ucalırıq gərdiş edərək,
Şahmatda vəzirlə gediş edərək,
Güclü rəqiblərdən tez pat edərik.
Əvəz Temirxan:
Sizin başqanınınz qəhər içində,
Qəlbini iztirib didər içində,
Sizin yetkililər kədər içində,
Küskün funksioneri biz şad edirik.
Arif Hacıyev:
Dünya daim sevib sərt tiranları,
Sevmirik qışqırıq qoparanları,
Özünü Rauf tək aparanları,
Qovuruq, sonra da hey yad edirik.
Əvəz Temirxan:
Qaf dağına getdi Musa piyada,
Alınmaz nə kürsü, masa piyada,
Şahmat oyununda İsa piyada,
Zabiti dəyişib biz at edirik.
Arif Hacıyev:
İsanın yerinə əfəl qoymuruq,
İfrat olmayana biz əl qoymuruq,
Laləyə, Əvəzə məhəl qoymuruq,
İbadoğluları Qubad edirik.
Əvəz Temirxan:
Düzgün ötürürük ünvanlı kosu,
Həm şirin salırıq Herkel, Qrossu,
İsa düşmən edib xarici bossu,
Bizlər beləsini brat edirik.
Arif Hacıyev:
Qrantverənlərə əl çalırıqsa,
Önündə əyilib alçalırıqsa,
Sonralar kimlərdən pul alırıqsa,
Əvvəl o bossları biz ad edirik.
Əvəz Temirxan:
A başqan, yaxa cır, din, fırıldaqçün,
Sinoy gedirsiniz çin fırıldaqçün,
Sizlər əyyaşlıqçün, min fırıldaqçün,
Bizsə nağd dollarçün hey dad edirik.
Arif Hacıyev:
İsa vaxt keçirmir dost sorağında,
Əlləşir-vuruşur post sorağında,
Lalə on illərlə boss sorağında,
Bizsə ani vaxtda xod eyləyirik.