PDF Oxu

Köşə

  • 22

Nəsib ermənipərəstliyinəTahir etirazı

Nəsib ermənipərəstliyinəTahir etirazı

Tahir Kərimli:

İfratlar içində kinli, əlqərəz,
Nəsib Nəsiblidə gördüm mən qərəz,
Bu adam olubdu ermənipərəst,
Deyir ölkəmizdə yıxılıb kümə,
Guya erməni şən, biz batdıq qəmə,
Deyir erməniyə böhtan-şər demə.

Nəsib Nəsibli:

Millətin özüdü mənim düşmənim,
Çünki Yerevandan gəlməkdə dənim,
Bizim kimilərə erməni qənim,
Odu qonaq edən ifratdı yemə.

Tahir Kərimli:

Haylar qoyacaqdı boğaza dizi,
Siz də söyəcəksiz öz-özünüzü,
Gərdiş də sürüyüb atacaq sizi,
Gələrsən zavala Nəsib, qəm yemə!

Nəsib Nəsibli:

Əhvalım da batan o gəmidən pis,
Zay olan məhsulsuz gen zəmidən pis,
Mənə özümünkü ermənidən pis,
Mənə bir Haykanuş verəcək məmə.

Tahir Kərimli:

Qrant verənlərin, bossun erməni,
İfrat dönüklüyün deyildir yeni,
İsa liberala tuş etdi səni,
Gəl, iflas vaxtında əl-ayaq yemə!

Nəsib Nəsibli:

İnanma, fikrindən dönə erməni,
Bossların canına gənə erməni,
Həmişə dəstəkçi mənə erməni,
Yemim Yerevandan gəlir hər cümə.

Tahir Kərimli:

Niyyətin veribdi bar Yerevanda,
Ruslanın da oldu xar Yerevanda,
Azərbaycanlımı var Yerevanda?
Niyə danışmırsan sən səmə-səmə!

Nəsib Nəsibli:

Ermənidə dəstək rəddindən çoxdu,
Müsəlmsanlar azdı, bəd dindən çoxdu,
Orda bizimkilər həddindən çoxdu,
Hər biri varlıdı, qoyulub dəmə.

Tahir Kərimli:

Haya bere deyən əlini saxla,
Erməni hası ye, dilini saxla,
Ay Nəsib, yalançı zilini saxla,
Sən keç bir qədər də qərəzkar bəmə.

Nəsib Nəsibli:

Erməni qrantı azmı yeyənlər?
Qrant göndərirlər dolu ləyənlər,
Çoxdu ermənini tərifləyənlər,
Mən də inanıram çoxluğa, cəmə.

Tahir Kərimli:

Dan öz dövlətini, əsla, ar etmə,
Erməni nəsibin, sən inkar etmə,
Çox da erməniyə etibar etmə,
Vaxt gələr, qarnına soxarlar qəmə.

Nəsib Nəsibli:

Qənimim Haykanuş, Anuş axçidi,
Pulverən boss həyatımın naxşıdı,
Erməni qrantı yemək yaxşıdı,
Nə ki, təhqir alıb bossdan qan əmə.

Tahir Kərimli:

Gedib yad bosslara zəmi biçənlər,
Vətəndən, millətdən dönüb-keçənlər,
Həmişə erməni yalı içənlər,
Bənzər əsil Qaraqulaq Ağ Bimə.

Nəsib Nəsibli:

Yediyi nuş getmir, zəhrimar olur,
O dünyada belə qəbir dar olur,
Ömürlük elində zəlil-xar olur,
Meyil etməyənlər Petrosa, Cimə.

Tahir Kərimli:

Ömrün məqamları keçiləcək ki,
Hər kəsin əməli ölçüləcək ki,
Sıfırın o qədər kiçiləcək ki,
Onun dairəsi dönəcək mimə.

Nəsib Nəsibli:

O kəs çılpaq keçər xirməni belə,
Gözünə təpərdi kərməni belə,
Qrantı çox versə erməni belə,
Mənim kimiləri bənddilər himə.

Tahir Kərimli:

Kimi haykfason marıqda yata,
Xalqı əleyhinə qarmaq, tor ata,
İstərdik o adam palçığa bata,
Ya da sizin kimi çirkaba çimə.

Nəsib Nəsibli:

Erməniyə meyil salmayan ifrat,
Dığa musiqisi çalmayan ifrat,
Ondan qrant, dollar almayan ifrat,
Vallah, bənzəyərdi bir yanar şəmə.

Tahir Kərimli:

Xain qılıncını sən də qoy qına,
Güvən öz elinə, özünü qına,
Su tökən erməni dəyirmanına,
Satqınlar oxşamaz qəti heç kimə.

Nəsib Nəsibli:

Hayı təriflədim, gülməkdədi baxt,
Mən də bosslarımdan pul alıram nağd,
Erməni qrantı artırdığım vaxt,
Gəl, sən də toxunma, Tahir, ağ simə.

Tahir Kərimli:

Hayıstanda lövbər atanlar gördük,
Dığa kölgəsində yatanlar gördük,
Erməni yolunu tutanlar gördük,
Çoxu qoyun kimi elədi "məmə".

Nəsib Nəsibli:

Mənə İsa deyib, yesən, zirək ye,
Ya da barmaq sorub, əl ye, bilək ye,
Sən öz vətənində soğan-çörək ye,
Mənsə səfər edim Parijə, Rimə.

Digər xəbərlər