PDF Oxu

Köşə

  • 8

Radikalların birlik yolu kələ-kötürdür

Radikalların birlik yolu kələ-kötürdür

Nurəddin Məmmədli:

İfrat yetkililər sərsəm, dəlidi,
İrəli çağıran İsa, Əlidi,
Radikal qurumlar birləşməlidi,
İfratlar, oyanın, dayanmaq bəsdi,
Pələng də birliklə qərəzli, nəhsdi,
Radikal birliyi bu gün əbəsdi.

Rauf Arifoğlu:

Mən yerdə gəzirəm, rəqiblər damda,
Orda almamışam cüzi bir kam da,
Mən İsayla hesab aparmasam da,
Müsavat mənimlə hesabı kəsdi.

Nurəddin Məmmədli:

İfratlar xırdadı, irisi yoxdu,
Hamısı ölüvay, dirisi yoxdu,
Onlarçün olayın gerisi yoxdu,
Sözlərim adidi, bir quru səsdi.

Rauf Arifoğlu:

Qış ifrat yoluna yaz bağlayıbdı,
Radikal əndamlar duz bağlayıbdı,
Duzlaşmış qurumlar buz bağlayıbdı,
Mənim də canımı almaqda isti.

Nurəddin Məmmədli:

İfratda həm dəncək, həm də dən başqa,
Ayrılmaq bir başqa, gəlmək tən başqa,
İş gəlməz əlindən pislikdən başqa,
Deyirlər bu Rauf, Nurəddin pisdi.

Rauf Arifoğlu:

İfrat çox batırdı iti biz yerə,
İsa qoymaqdadı artıq diz yerə,
Təklikdə çox kürək qoyduq biz yerə,
Bizim birimizə tay olmaz dəsti.

Nurəddin Məmmədli:

İfratlar olmamış yaradan, tikən,
Olmamış onları bir doğub-əkən?
Biz Baxı, Montsartı anlamaqdaykən,
İfratlar tanımaz adi bir Listi.

Rauf Arifoğlu:

Şam tək közərirəm, çırağım yoxdu,
Qəzet başçısı tək növrağım yoxdu,
Başqan olmağa da marağım yoxdu,
Göyləri dağıdır İsanın şəsti.

Nurəddin Məmmədli:

İsa gedəcəkdi, gələcəkdi yad,
Postuna hallanır cəmi iki ad,
Biri Arifdisə, o biri İbad,
Onların cavabı "no" deyil, "yes"di.

Rauf Arifoğlu:

Başqanlıq postunda heç gözüm yoxdu,
Namizədlərə də bir sözüm yoxdu,
Məncə, başqanlığa heç lüzum yoxdu,
Doldura bilməzdi heç biri testi.

Nurəddin Məmmədli:

Qüruba enməkdə ifratlarda baxt,
Çökməkdədi qurum, dönməkdədi taxt,
Ayığı bir kara gəlməyib heç vaxt,
Çətin ki, iş görsün sərxoşu, məsti.

Rauf Arifoğlu:

Daim başdan aşıb çıxar xərcləri,
Bəd gəlib əzəldən tale bürcləri,
İrəli getməyə çatmır gücləri,
Radikal geriyə çəkilib, pəsdi.

Nurəddin Məmmədli:

Göylərdən uzanıb Yaradan əli,
Saldı ifratların canına zəli,
Dedim ki, birləşin ay İsa, Əli,
Hər biri inciyib bəndədən küsdü.

Rauf Arifoğlu:

Radikal gözlərə görünməkdə miz,
Liberal önündə qatlayırlar diz,
Dedim liberala qoşulmayın siz,
Başlardan göylərə ucaldı tüstü.

Nurəddin Məmmədli:

O, şorba istədi, mən kabab verdim,
Bossdan nan istədi, ona ab verdim,
O dedi, layiqli bir cavab verdim,
Söz dedim, burnunu sallayıb mısdı.

Rauf Arifoğlu:

Onlardan xoş sonlu nağıl gözləmə,
Nə də önə çıxan oğul gözləmə,
Nə də ki, liderlik, ağıl gözləmə,
Uçurub-dağıtmaq onların qəsdi.
Nurəddin Məmmədli:

İsa da, Lalə də dür qərar olmur,
Vapşe radikalda bir qərar olmur,
Radikal intizam bərqərar olmur,
Daxildə həmişə qalmaqal, bəhsdi.

Rauf Arifoğlu:

İçəri keçməmiş kənarda durun,
Dəniz istəsəniz bulvarda durun,
Dedim liberaldan kənarda durun,
İsa milliliyi dandı, tələsdi.

Nurəddin Məmmədli:

Kül, zibil qat tutub boş təpəsində,
İfratlar qapanıb öz qəfəsində,
Onlar dinozavrlıq həvəsində,
Biz bilən hər biri adi kələzdi.

Rauf Arifoğlu:

İsanın, Arifin pozası pisdi,
Onlarda ağılın dozası pisdi,
Deyəndə palıdın qozası pisdi,
Deyirlər pis ağac ancaq vələsdi.

Nurəddin Məmmədli:

Dedik sözəbaxan, həm də düz olun,
Beş olun, on olun, hətta yüz olun,
Onlara deyəndə qərəzsiz olun,
Hər biri danışdı kinli, qərəzdi.

Rauf Arifoğlu:

İsanı tanıdan qazanc, puludu,
Böhrana aparan bədxah yoludu,
Rauf tənha qalan düzənquludu,
Onlar içi xıltdı, xəstə, mərəzdi.

Digər xəbərlər