Arif Hacıyev:
Başqan mən olacam, yuxum olub çin,
At uzaq, a Qubad, ulağına min,
Qurultay payızda olacaq yəqin,
Cəllad kötüyünə uzanar İsa,
Liderlik titulu qazanar İsa,
Mənim kimliyimi tez anar, İsa.
Qubad İbadoğlu:
Arif, başqan sənə yəqin üz verib,
O yalançı vəddi, onu düz verib,
İsa başqanlığı mənə söz verib,
Yoxsa buza dönüb tez donar İsa.
Arif Hacıyev:
Biri-birimizi qınayarıq biz,
Öz əsəbimizi sınayarıq biz,
Cücəni payızda sanayarıq biz,
Görüb bu haləti aldanar İsa.
Qubad İbadoğlu:
Vaxt gələr, xətrinə dəyilər yəqin,
Dabbaqda gönündə söyülər yəqin,
Əvvəl sənin belin əyilər yəqin,
Nəhayət, usanıb tez sınar İsa.
Arif Hacıyev:
İsanın, Əlinin yox mətləbləri,
Ürəyə sancılan ox, mətləbləri,
Necə sən qanarsan çox mətləbləri,
Elə o cürə də tez qanar İsa.
Qubad İbadoğlu:
Üzümdə sənin tək his olmayıbdı,
Qızılam, nə bürünc, mis olmayıbdı,
Mənə münasibət pis olmayıbdı,
İlk əvvəl lap səni, bil, qınar İsa.
Arif Hacıyev:
Vaxt-bivaxt həmkarlar məstlik eyləyər,
Rəqiblər rəqibi pislik eyləyər,
Həm məni o posta təsdiq eyləyər,
Namizədliyini də tez danar İsa.
Qubad İbadoğlu:
Hamıya aiddi nizam, qayda da,
İsadan olmamış adi fayda da,
Mitili atılar qurultayda da,
Həm odsuz-ocaqsız tez yanar İsa.
Arif Hacıyev:
Sanma nə zamansa laxlayacaq o,
Özünü postuna mıxlayacaq o,
Mənim tərəfimi saxlayacaq o,
Həm qəddü-qamətli şux çinar İsa.
Qubad İbadoğlu:
Əvvəl quzu kimi iylədi məni,
Sonra post vəd edib piylədi məni,
Elə ki, o, başqan eylədi məni,
Alar gözü altda çox fanar İsa.
Arif Hacıyev:
Mən xəmir, Qubadsa kündədi hələ,
İsa Müsavatda öndədi hələ,
İcra strukturu məndədi hələ,
Eyləməz bu postdan, bil, kənar İsa.
Qubad İbadoğlu:
Olubdu vaxtilə qoz ətəyində,
İndi qalıbdı xılt, toz ətəyində,
Əlləri hələ də boss ətəyində,
Dollar, funt sterlinq, həm dinar İsa.
Arif Hacıyev:
Bossların önündə çox göz döysə də,
Qəddü-qamətini büküb əysə də,
Başqan tək oxları daşa dəysə də,
Vaxt gələr lider tək oyanar İsa.
Qubad İbadoğlu:
20 il Avropa köçündə olub,
Qrant tarlasında biçində olub,
Həmişə o, çirk-pas içində olub,
Tezliklə qanına boyanar İsa.
Arif Hacıyev:
Olubdu 20 il çəkilib qına,
Bossları önündə girib min dona,
Heç vaxt yaraşmamış yıxılmaq ona,
Ayağı üstündə dayanar İsa.
Qubad İbadoğlu:
Kimisə yıxmağa yeli olmadı,
Aza qrant verdilər dəli olmadı,
20 il uğurda əli olmadı,
İflas girdabında pianar İsa.
Arif Hacıyev:
Aparıb həmişə qanlı tər onu,
Daim yaxalayıb xəta-şər onu,
Düzdü, Müsavatda sevmirlər onu,
Bosslar qabağında həm par-par İsa.
Qubad İbadoğlu:
Qoymadılar onun zili bəm olsun,
Çoxluq istəmədi piyan, dəm olsun,
Ona çox dedilər cəhənnəm olsun,
Məcbur olub gedir çar-naçar, İsa.
Arif Hacıyev:
Səni dəfələrlə yoxlayacaq o,
Basıb top-tüfəngə, oxlayacaq o,
Mənim tərəfimi saxlayacaq o,
Sənin kimilərə olmaz yar İsa.
Qubad İbadoğlu:
Əlində faydalı bir iş olmamış,
Heç vaxt Müsavata keşiş olmamış,
Onun qəlbi heç vaxt geniş olmamış,
Həmişə olubdu qəlbi dar İsa.
Arif Hacıyev:
İsa bezikibdi bu cür vaxtadan,
İsa ət-candandı, sizlər taxtadan,
Qəlbiniz donubdu soyuq şaxtadan,
Bossun nemətindən yaz-bahar İsa.
Qubad İbadoğlu:
İstər ikiəlli yap da, yoğur da,
Hirsi-hikkəsi də onu boğur da,
Qazana bilmədi bircə uğur da,
Oldu Müsavatda zəlil-xar İsa.