PDF Oxu

Köşə

  • 16

Müsavat başqanı “Ümid” sədrini sevmir

Müsavat başqanı “Ümid” sədrini sevmir

İsa Qəmbərov:
Radikal birləşər, amal olarsa,
Bloka qoşulluq macal olarsa,
Girmərik, orada İqbal olarsa,
Varlı boss bəxş etsə bizlərə fələk,
İqbal gələcəkdir bizlərə kələk,
O vaxt başımızdan düşəcək çələng.

İqbal Ağazadə:
Adam gör nə qədər olar ki, naşı,
Siyasətdən çıxmaz İsa tək başı,
İqbalmı başına salıbdı daşı?
Sözünü açıq de, mətləbi bilək.

İsa Qəmbərov:
Sən bəmi sevirsən, Müsavat zili,
Geyimi narıncı, qərənfil gülü,
Saysan da İsanı siyasi ölü,
Bu Pələng ilində güclüdü bilək.

İqbal Ağazadə:
Nə vaxtsa çənənə başmı atmışam?
Uduzub, söz verib, aşmı atmışam?
Yoxsa bostanına daşmı atmışam?
Bəlkə vurub səni liberal külək?

İsa Qəmbərov:
Sənə gül göndərdik, bəd yara aldıq,
Ağ dedik, cavabı tünd qara aldıq,
Yığışıb bir yerdə qərara aldıq,
Adını biryolluq dəftərdən silək.

İqbal Ağazadə:
Bərəlmiş gözlərin boss parasında,
Bir gün görünmədin xalq arasında,
Adın "KQB"-nin siyahısında,
Ömründə olmadın bir dəfə mələk.

İsa Qəmbərov:
Bir radikal kimi ürək yandırıb,
Qrantverən bossu həm inandırıb,
Liberal önündə boyun sındırıb,
Qrantı bəlkə biz səninlə bölək?

İqbal Ağazadə:
Daim kələk gəlib hər vəchlə bizə,
O, bir zəhər qatıb yeməyimizə,
İsa inanmazsa əqidəmizə,
Bəlkə qarşısında uzanıb ölək?

İsa Qəmbərov:
Əlinizə çatan qəpik-quruşdu,
Fitnə-felinizdən aləm qarışdı,
Sizin ayranınız, mayanız turşdu,
Vaxt gələr sizi də ələyər ələk.

İqbal Ağazadə:
Olsanız da yağır, qazanmadınız,
Bircə çəllək çaxır qazanmadınız,
Siyasətdə uğur qazanmadınız,
Süqut edəsiniz, vayına gələk.

İsa Qəmbərov:
Gəlib-getdiyiniz yer adi axur,
Artıq üzə çıxıb hər dürlü paxır,
Bizi uçuruma saldınız axır.
Yoxdu qəlbinizdə bir arzu-dilək.
İqbal Ağazadə:
Xələflərinizdən bir irs olmasa,
Sizə dediyimiz bir dərs olmasa,
İşdi, əyninizdə pampers olmasa,
Sizin altınıza sərərik bələk.

İsa Qəmbərov:
Bizim ürəyimiz tül kimi nazik,
Sizin baş-gözünüz, burnunuz əzik,
Böyük təxribatı törədən bizik,
Bosslara sizlər yox, indi biz gərək.

İqbal Ağazadə:
Gözünüz bərəlib, görcək uca miz,
Batıb dalınıza itiuclu biz,
Quyruqda sürünən olmusunuz siz,
Bizsə sizdən bir az olmuşuq zirək.

İsa Qəmbərov:
Xaric bizi seçib lap tumluq edib,
Geri qalanlara hücumluq edib,
Bizə varlı bosslar qəyyumluq edib,
Sizə dayaq üçün qoyarıq dirək.

İqbal Ağazadə:
Bossların ağzında dadınız qalıb,
Xeyli öləziyən odunuz qalıb,
Radikal aləmdə adınız qalıb,
Əgər biz olmasaq, tapmazsız çörək.

İsa Qəmbərov:
Əsla, qalmamışdı bir şən üzvünüz,
Yeməkdən bezikmir gödən üzvünüz,
Çürüməkdə hər bir bədən üzvünüz,
Xıltlı sinənizdə döyünər ürək.

İqbal Ağazadə:
Atını dördnala yortur günbəgün,
Sizi cəhənnəmə dartır günbəgün,
Süqutdan meyitlər artır günbəgün,
Sizin nəşinizi götürməz xərək.

İsa Qəmbərov:
Bollu axıtdınız leysan göz yaşı,
Ahınız əritdi ən möhkəm daşı,
Siz bizi satdınız hər addımbaşı,
Biz sizə çox haqlı çevirdik kürək.

İqbal Ağazadə:
Azca sizə təzyiq göstərəndə biz,
Sizi ağuşunda batırdı dəniz,
Sizlər iş görmədiz, veyilləndiniz,
Sizə ad verdilər yaramaz, dürək.

İsa Qəmbərov:
Xarici qrantla cibimiz dolu,
Biz keçəndən sonra yalayın polu,
Nuş edin yenə də stukaç pulu,
Qoy biz boss puluyla xoş ömür sürək,

İqbal Ağazadə:
Bosslar qabağında Müsavat tazı,
Sürət götürməkçün basarıq qazı,
Armud saplağıdı İsa boğazı,
Bizim əlimizlə dartılar ilgək.

Digər xəbərlər