Etibar Məmmədov:
İfratlar bahara qovuşmayacaq,
Heç biri dübarə qovuşmayacaq,
AMİP bloklara qovuşmayacaq,
Radikal liderlər özünü tutur,
Dərhal da rəqibi sancıb unudur,
Bizim son sözümüz pis-yaxşı, budur.
Əli Əliyev:
Bizə tipaj deyir, özü pis tipdi,
Beş ildi azıbdı, başdan qripdi,
Etibar özüməm, "VİP"-im AMİP-di,
O, postunu atıb qəm-kədər udur.
Etibar Məmmədov:
Kütlə yekdilliklə vermirsə dəstək,
Lazım deyil ona açasan ətək,
Girməyin meydana yeməmiş kötək,
Ya da, ay radikal, nəşini yudur.
Əli Əliyev:
Tiyanda xəmirəm, Etibar kündə,
Mən şəhərə bağlı, Etibar kəndə,
"VİP"-im siyasətdə AMİP-dən öndə,
Etibarı basıb dəmirov, qotur.
Etibar Məmmədov:
Başı buluddarda xaloğlum Əli,
"Azadlığ"a girib olubdu dəli,
Ruhuna hopubdu Laləli zəli,
O, sarsaq at kimi sağ-sola yortur.
Əli Əliyev:
Etibar qaraüz, sifətim ağdır,
O adam ifrata sağalmaz dağdır,
Adi quduzluq da məndən uzaqdır,
Kütlə kömək etmir, Etibar, qudur.
Etibar Məmmədov:
Kütlə radikala durmursa arxa,
Gərək hər radikal bu andan qorxa,
Hər bossdan, donordar çox qrant qırxa,
Ona deyənədək yerində otur.
Əli Əliyev:
Radikal olan kəs boss cibi yeyib,
Etibar AMİP-in qəddini əyib,
İsada, Əlidə yoxdu bir eyib,
Etibarda artır siyasi çopur.
Etibar Məmmədov:
İş gedər Əli tək qənim olmasa,
Keçmiş dönüb gəlməz, yenim olmasa,
İcra strukturu mənim olmasa,
Yığdığım qrantlar lap zəhər dadır.
Əli Əliyev:
Onun puç idrakı xəyalpərvər, xam,
İstərdi ki, ölkə olsun ona dam,
Etibar keçmişdən məhrum bir adam,
O dönüb sabaha tərs şıllaq atır.
Etibar Məmmədov:
Nə İsa, nə Əli sığınmaz dağa,
Onlar etməlidi sözümü sırğa,
AMİP bir qartaldı, "VİP" isə qarğa,
Mən Qırat, Əlisə adi bir qatır.
Əli Əliyev:
İndi bir dövr ki, əlini gəmir,
Radikal əsəblər deyildir dəmir,
Əli də, Lalə də hər gün güclənir,
Artıq Etibarın gəmisi batır.
Etibar Məmmədov:
Bosslar öz işini gücdə eyləyir,
Lalə "MBH"-də, küncdə eyləyir,
İsa liberala səcdə eyləyir,
Əli "Azadlıq"da köndələn yatır.
Əli Əliyev:
Biri köynəyini, kətəni verir,
Biri el yolunda bədəni verir,
Çoxları mal-mülkü, vətəni verir,
Etibar siyasi meydanı satır.
Etibar Məmmədov:
Etibar ucuz ev xörəyi yeyir,
Əli kimiləri ürəyi yeyir,
Adam var liberal çörəyi yeyir,
"Azadlıq" bossundan umur yad fətir.
Əli Əliyev:
"VİP"-imdə, hələ ki, yaxşıdı durum,
Bir çox partiyada əsəblər tarım,
AMİP çürüməyə meyilli qurum,
"Azadlıq" aləmə saçmaqda ətir.
Etibar Məmmədov:
Radikal kəs bilməz qədir-qiymətin,
Xaloğlu duruma düşübdü çətin,
AMİP öz yerində durubdu mətin,
Əli "Azadlıq"la geriyə gedir.
Əli Əliyev:
İsa ummaqdadı liberaldan tül,
AMİP-in arzusu olmaqdadı kül,
Mənim bağ-bağçamda lalə, qızılgül,
Etibar qəm-qüssə içində itir.
Etibar Məmmədov:
Ona kəhər verdim, qaytardı yabı,
Daim qabağına çəkdi o, qabı,
Mənə pislik oldu daim cavabı,
Çox oldum yaramaz Əliyə çətir.
Əli Əliyev:
Əli, Lalə gülür, Etibar şokda,
Kim gülməz AMİP-də böhranlı fakta,
Min metr qabağa getdim blokda,
Etibar arxada qaldı yüz metr.
Etibar Məmmədov:
Çoxu məna güddü bu cür hallardan,
Yapışdı müsmüftə yaşıl dollardan,
Çoxdan uzaq durdum radikallardan,
Əli "Azadlıq"da bir maraq güdür.
Əli Əliyev:
AMİP Etibarçün adicə bir qın,
Qoy öz böhranını dünyaya yaysın,
Etibar əbədi yerində saysın,
Yarəb, sən xaricdən bir kömək yetir.