PDF Oxu

Köşə

  • 10

Radikalların birləşmək ideyası: Pənah inanır, Araz yox

Radikalların birləşmək ideyası: Pənah inanır, Araz yox

Pənah Hüseynov:

Geriyə qalarıq birlik olmasa,
Biz barmaq yalarıq birlik olmasa,
Klarnet çalarıq birlik olmasa,
Parlament birləşmək tələb eyləyir,
Görməyən göz çeşmək tələb eyləyir,
Körpü üstdən keçmək tələb eyləyir.

Araz Əlizadə:

Radikal heç dildə birləşən deyil,
Hətta Çənlibeldə birləşən deyil,
Heç biri bu il də birləşən deyil,
Seçici də onu seçmək istəmir.

Pənah Hüseynov:

Birləşməz radikal görünər kor tək,
Atılar seçkidə adı da çor tək,
Özüm də bir işlək generator tək,
Qurğuları işə düşmək istəmir.

Araz Əlizadə:

Radikalın bir iş qaydası yoxdu,
Seçkiyə getməyin faydası yoxdu,
Yetkili əlində çay daşı yoxdu,
Seçki qazanında bişmək istəmir.

Pənah Hüseynov:

Davasız-dalaşsız içdə çat olmaz,
Mitinqdə, yürüşdə indi dad olmaz,
Əlbəttə, seçkisiz deputat olmaz,
Heç kəs yad arşınla ölçmək istəmir.

Araz Əlizadə:

20 il birləşə bilməyən qüvvə,
Satın ala bilmir özünə cübbə,
Baxır boss üzünə, həm də ki, cibə,
Uğur badəsini içmək istəmir.

Pənah Hüseynov:

Boss kömək göndərmir, radikallar ac,
Ay ifrat radikal, qulağını aç,
Seçkiyə getməkdi yeganə əlac,
Heç kəs yarasını deşmək istəmir.

Araz Əlizadə:

Radikal qrantı dürtür gözünə,
Biri o birinin baxmır sözünə,
Heç kəs sığınacaq tapıb özünə
Köstəbək tək yeri eşmək istəmir.

Pənah Hüseynov:

Lalə də, Rəsul da, bəli, radikal,
İsası radikal, Əli radikal,
O qədər tərsdi ki, ölü radikal,
Gəbərib cənnətə köçmək istəmir.

Araz Əlizadə:

Radikal durumlar sərt uçurumda,
Artıq güc qalmayıb heç bir qurumda,
Ac görünmək üçün arıq durumda,
Hörmətə minməkçün şişmək istəmir.

Pənah Hüseynov:

Hər bir sərxoş kəsə içki lazımdı,
Atletə münasib məşqçi lazımdı,
Radikal kəslərə seçki lazımdı,
Onlar heç bir şeyi qəşəng istəmir.

Araz Əlizadə:

İfratlar süstləşib, çox fikrə daldı,
Hamı geriləyib arxada qaldı,
Birləşməkdən qorxan bir radikaldı,
Söylə, hansı toplar fişəng istəmir?

Pənah Hüseynov:

Şahmatın qalibi dönüb pat olmaz,
Mübarizəsiz də heç həyat olmaz,
Seçkidən qaçandan deputat olmaz,
Hansı yağlı ovu pələng istəmir?

Araz Əlizadə:

Bosslar ilişiblər burda qəmişə,
Xaric də başını soxubdu işə,
Yerlərdə sürünüb onlar həmişə,
Radikal uduşu nəhəng istəmir.

Pənah Hüseynov:

Süfrədə oturma qalın pencəklə,
Zil muğam oxunmaz alçaq ahənglə,
İnqilab edilmir əldə əlcəklə,
İfratlar nədənsə heç cəng istəmir.

Araz Əlizadə:

İfratlar xaricdən vəd və and istər,
Dostları vurmaqçün həm sapand istər,
Radikal liderlər çox qrant istər,
Əlbəttə, o, sement-əhəng istəmir.

Pənah Hüseynov:

Birliyi, bloku onlar danıbdı,
20 il meydanda odsuz yanıbdı,
Su səhəngi, sözsüz, suda sınıbdı,
İfratlar bosslardan səhəng istəmir.

Araz Əlizadə:

Hər bir radikalı ətalət boğur,
Onların üzündən tənbəllik yağır,
Kim görüb həyatda ahəngsiz uğur,
İfratlar kütlədən ahəng istəmir.

Pənah Hüseynov:

İfratlar boss adlı başa dirənib,
Bəzən tək, bəzən də qoşa dirənib,
Deyəsən, arzusu daşa dirənib,
Radikal kütlədən dilək istəmir.

Araz Əlizadə:

Bosslar ifrat yığır aş işlədərək,
Həm qərəzli, həm də xoş işlədərək,
Ömründə bir dəfə baş işlədərək,
İfratlar xalqından çörək istəmir.

Pənah Hüseynov:

Xarici mahnılar ifrat valında,
Hər biri aparar bossu dalında,
Başları vəzifə qalmaqalında,
Ancaq işləməyi ürək istəmir.

Araz Əlizadə:

Radikal isinir öz yuvasında,
Şeşlərin qoşası bossun tasında,
İfrat birincilik iddiasında,
Onları kəcrəftar fələk istəmir.

Digər xəbərlər