PDF Oxu

Köşə

  • 5

Aşağılar yuxarıların son durumu haqda

Aşağılar yuxarıların son durumu haqda

Elman Türkoğlu:
İndi radikalın yazı qış kimi,
Onlara qəbuldu bu, alqış kimi,
Dünyaya gəlmişəm mən talış kimi,
Elçibəy gətirib barışıq mənə,
Türkoğlu soyadı yaraşıq mənə,
Azadlıq bəxş edib nur, işıq mənə.

Yaşar Türkazər:
Radikal sonunu yaşamaqdadı,
Öz miskin yükünü daşımaqdadı,
Alın qırışını qaşımaqdadı,
Sözsüz, bu verməmiş gur işıq mənə.

Elman Türkoğlu:
Bunların seçkiyə maraqları yox,
Ciblərdə heç saqqal daraqları yox,
Əllərdə şamdanı, çıraqları yox,
Guya verəcəkdi Tur işıq mənə.

Yaşar Türkazər:
Əli Elçibəyin qatı düşməni,
Salsın boğazına çatı düşməni,
Dəf etmək asandı Fatı düşməni,
İnsaf et, arabir vur işıq mənə.

Elman Türkoğlu:
Yaşar, Elçibəyi əbədi unut,
Sevdiyin İsanın ətəyindən tut,
Radikal qəlbləri artıq yeyib qurd,
Kifayət edərdi dar işıq mənə.

Yaşar Türkazər:
Əzəldən bağlandım Müsavata mən,
Gəldim bu quruma bata-bata mən,
Dözə bilərəmmi sathasata mən?
Lider əməlləri qarışıq mənə.

Elman Türkoğlu:
Yaşar, çox qaçmısan İsa dalınca,
İsa da qaçırdı kasa dalınca,
Getdin sən xristos İsa dalınca,
Xoş gəlmir bu hədyan danışıq mənə.

Yaşar Türkazər:
İsa liberalsa, özüm məst ollam,
Qrant xatirinə lap şikəst ollam,
Talış türk olarsa, xaçpərəst ollam,
Balalayka çallam, de, aşıq mənə.

Elman Türkoğlu:
Qorx ki, səhv söz desən, alışam özüm,
Ya da tapşırıq ver, çalışam özüm,
Soyadım Türkoğlu, talışam özüm,
Yabanı görünməz sarmaşıq mənə.

Yaşar Türkazər:
Problemin kökü çox dərin, düzü,
Çıxıb radikalın hər iki gözü,
İfadə etməkdə aciz bir sözü,
Həm ağırlar etdi qırışıq mənə.

Elman Türkoğlu:
Yazı da götürmür bu gün hər titr,
Tər tökdüm meydanda neçə min litr,
Əlimdə bayrağım 75 metr,
Yaraşıq verirdi tunc qaşıq sənə.

Yaşar Türkazər:
Mən döndüm islamdan, oldum xristian,
Sən çək cığallığı, alış, yaxıl, yan,
İslam ölkələri olmaqda talan,
Adi paltar belə gəlir şıq sənə.

Elman Türkoğlu:
Mən bayraq qaldırdım gündüz, şər vaxtı,
O vaxtdan ifratın bağlandı baxtı,
Baş-ayaq dayandı radikal taxtı,
Vermədilər adi kibrit, mıx sənə.

Yaşar Türkazər:
Əvvəl Müsavatda tacı öpmüşəm,
Sonra İsapərəst xaçı öpmüşəm,
Vaxt olub onlarla axçi öpmüşəm,
Yaraşmır üst dodaq üstə bığ sənə.

Elman Türkoğlu:
İsa Müsavatı oldu liberal,
Çox sənin tayını üzdü puç xəyal,
Ya mənim qarşımda əbədi ol lal,
Ya da qoyacağam özüm tıx sənə.

Yaşar Türkazər:
Radikal könüllər yağan qar kimi,
Sən isə diyirlən girdə şar kimi,
Yaşar xristian qıpçaqlar kimi,
Qoymağa hazıram mən qıyıx sənə.

Elman Türkoğlu:
Cəbhələr hamısı dağılıb getdi,
Liderlər odlara yaxılıb getdi,
Radikal yönlülər yıxılıb getdi,
Həm mənə qalıbdı, həm qalıq sənə.

Yaşar Türkazər:
Radikal düşərgə oldu göz dağı,
"Yurd"dan kəsilməkdə Əli ayağı,
İsa beşcə metrə görmür uzağı,
Mənsə bağışlaram beş tuluq sənə.

Elman Türkoğlu:
Nə cəbhə, Müsavat o qurum deyil,
Sədr əsəbləri heç tarım deyil,
Guya ki, qarşıda uçurum deyil,
Qıyıb sağ qalmısan, o xaliq sənə.

Yaşar Türkazər:
Məsihdən bezmədim, Musadan bezdim,
Qarşıma qoyulan kasadan bezdim,
Həm "Yurd" Əlilərdən, İsadan bezdim,
Həm də deməmişəm, bir yoluq sənə.

Elman Türkoğlu:
Bərkidim mitinqdə türk oğlu kimi,
Sədrlər qaçdılar bir oğru kimi,
Onlar mələr qalmış bir toğlu kimi,
Qəti vermədilər arxalıq sənə.

Yaşar Türkazər:
Bu gün radikalın adı qalıbdı,
Nə bir şirinliyi, dadı qalıbdı,
Arada iftira, cadu qalıbdı,
Bu yerdə verərəm ağ balıq sənə.

Digər xəbərlər