Mirzə Qərənfil:
Arzuları sinələrdə köz tutub,
Hər birini dağdan ağır söz tutub,
Radikallar Avropaya üz tutub,
Heç birisi arzu-kama yetmədi,
Dollar dəsti arasında itmədi,
Üzlərini ayaqlara sürtmədi.
Sərdar Cəlaloğlu:
Avropada hər şey axarla axır,
Adamlar içməkdə həm viski, çaxır,
Qurumlar bizlərə pis gözlə baxır,
Məqsədimiz irəlidə getməkdi.
İsa Qəmbərov:
Müsavatım "altılar"dan biridi,
Digər beşi bizlərdən çox geridi,
Bu Avropa üstümüzə yeridi,
Bizə verdikləri quru ətməkdi,
Əli Kərimov:
İsa durub öz Müsavat atında,
Sanır özün göyün yeddi qatında,
O, dursa da "altılar"ın altında,
Hər saniyə marağını güdməkdi.
İqbal Ağazadə:
Avropada bizi sayan olmadı,
Heç bir ciddi kömək, həyan olmadı,
Bizi ifrat kişi sayan olmadı,
Qaysaq bağlamayan yara qərtməkdi.
Lalə Hacıyeva:
Avropa bəyənər radikal olsaq,
Fəqət, bəyənməzlər şil-topal olsaq,
Daim qapazlarlar, əgər mal olsaq,
Başlıca vəzifə qurub-tikməkdi.
Əli Əliyev:
On liderdən onuncusu özüməm,
"Altılar"ın sonuncusu özüməm,
Özlüyümdə ağ-qaralı gözüməm,
Radikalın aqibəti çökməkdi.
Sərdar Cəlaloğlu:
Qərb baxmaqda bizə üstdən aşağı,
Həm də Şərqə kəsilməkdə Qərb yağı,
Radikallar bərkitməsə qurşağı,
Peşəsi nəhs bülbül kimi ötməkdi.
İsa Qəmbərov:
Hamı baxır altdan-altdan tox bizə,
Nahaq yerə atır güllə, ox bizə,
Qurumlarda qəti maraq yox bizə,
Tövsiyələr əriyərək bitməkdə.
Əli Kərimov:
Bu gün mən də Avropaya əl açdım,
Qrant umub pardaxlanıb gül açdım,
Donorları görüb pulçün dil açdım,
Bossun işi cibimə pul tökməkdi.
İqbal Ağazadə:
Avropada bizə fikir verən az,
Bir çox bossun özü xəsis, başı daz,
Biz onların qarşısında qoyun, qaz,
Məqsədimiz ciblərini sökməkdi.
Lalə Hacıyeva:
Avropanı ələ alaq biz gərək,
Özümüzə tabe edək tez gərək,
Bunun üçün bizə çoxlu göz gərək,
Avropadan həm də nəzər çəkməkdi.
Əli Əliyev:
"Altılar"la mən də getdim xaricə,
Mənə kömək eyləmədi dəriçə,
Qorxurdum ki, bosslar məndən sürüşə,
Hər biri də polad kimi tökmədi.
Sərdar Cəlaloğlu:
Onlarda Rusiya arağı yoxdu,
Bosslarda heç saqqal darağı yoxdu,
Xaricin bizlərdə marağı yoxdu,
Arxamdan vurulan rezin çəkmədi.
İsa Qəmbərov:
Bizi qəbul etmir burda bir qurum,
Arada yaranıb dərin uçurum,
Onunçün xoş keçmir heç bircə turum,
Burada üstümdən bir quş səkmədi.
İqbal Ağazadə:
Mənim Avropada bəxtim gətirmir,
"Ümid"də verdiyim əhdim gətirmir,
Bossdan pul istəmək cəhdim gətirmir,
Heç bir boss tarlamda qrant əkmədi.
Lalə Hacıyeva:
Liberal güc üçün qrant lazımdı,
Pul qazanmaq üçün talant lazımdı,
Bossların özünə qanad lazımdı,
İndi qrantlar da bütöv, tökmədi.
Əli Əliyev:
Mən ölkədə işimizi pislədim,
Oxucular, sizdən nəyi gizlədim,
Bosslarımdan çoxlu qrant gözlədim,
Bağlamama bir avro da bükmədi.
Sərdar Cəlaloğlu:
Bunu yaxşı bilir Moşu, Söylü də,
Bizə vermək istəmirlər xeyri də,
Müsavatın "Azadlığ"a meyli də,
Radikalın tarixində çökmədi.
İsa Qəmbərov:
Qarğıdalı cadını da görmüşük,
Jımıxların dadını da görmüşük,
Avropanın adını da görmüşük,
Onlar bizə nəzərini dikmədi.
İqbil Ağazadə:
Müxalifət dilimizdən bezibdi,
Radikallar ölümüzdən bezibdi,
Avropa da əlimizdən bezibdi,
Ölkəmizdə bir qurum da tikmədi.