PDF Oxu

Köşə

  • 13

Arif Hacıyev və Sülhəddin Əkbər Rauf Arifoğlu əleyhinə

Arif Hacıyev və Sülhəddin Əkbər Rauf Arifoğlu əleyhinə

Mirzə Qərənfil:
Arif Hacıyevlə Sülhəddin Əkbər,
Bir müddət Raufa salaraq nəzər,
Qalmaqal yaradıb etdilər həzər,
Dedilər birləşib Raufla Pənah,
Qurum yaradırlar nataraz, tühaf,
Bunlar sayılmalı ən azı günah.

Arif Hacıyev:
Rauf özü marağını güdən kəs,
Müsavatın yolu üstə bitən tərs,
Layiq nifrətimə bizdən gedən şəxs,
Nə lider çıxacaq ondan, nə padşah.

Sülhəddin Əkbər:
İsadan küsərək çıxıb gedən gün,
Raufa marağım yoxdu büsbütün,
Bu şəxsin özünə gəlməsi üçün,
Gərək yaxşılaşsın maddi rifah.

Rauf Arifoğlu:
Arif Müsavatda masaya müştaq,
Sülhəddin bir nimçə kasaya müştaq,
İstərlər ki, olam İsaya müştaq,
Könlümdən keçməkdə olmaq lider, şah.

Arif Hacıyev:
Rauf Arifoğlu özü lal kimi,
Səsi mızmızalı, həm də kal kimi,
Bizi damğalayır liberal kimi,
Guya iş görübdü özü bir matah.

Sülhəddin Əkbər:
Rauf bəy özünü qaza qoyubdu,
Bütün işlərini yaza qoyubdu,
Həm də ki, özünü naza qoyubdu,
Guya biz nökərik, onun özü şah.

Rauf Arifoğlu:
Cəhalət qoynunda yatıbdı İsa,
Başacan çirkaba batıbdı İsa,
Milliliyi belə atıbdı İsa,
Bizə kömək olsun o böyük Allah.

Arif Hacıyev:
Özü başa düşmür, o, tamam təkdi,
Yanında olsa da Pənah, kövrəkdi,
Rauf bu halıyla kimə gərəkdi?
Düzü, onun yeri tarladı, vallah.

Sülhəddin Əkbər:
Bizləri pisləyib həvəsə düşdü,
İğtişaş zamanı məhbəsə düşdü,
Sevindim, elə ki, qəfəsə düşdü,
Bunun səbəbini, oxucu, sən tap!

Rauf Arifoğlu:
Arifin orada ağırdı işi,
İsanın yanında qalarmı kişi,
Sülhəddin andırır ağrıyan dişi,
Hələ bundan sonra çox çəkəcək ah.

Arif Hacıyev:
Pənaha qoşulub yenə də Rauf,
Bizim qərargahda əkmək istər turp,
Biz onun özünü edərik trup,
Yenə qəzetində söyləməkdə pah!

Sülhəddin Əkbər:
İsa Müsavatda möhkəm bir təməl,
Rauf kimiləri maneə, əngəl,
Raufda görmədik ağıllı əməl,
Heç nə elə bilməz bizlərə Pənah.

Rauf Arifoğlu:
Mənəm Müsavatın yeni ruporu,
İsa bəy düzəldib bir uşaq xoru,
Pənah "ideyalar generatoru",
O, çıxmaz heç zaman əhdinə xilaf.

Arif Hacıyev:
Rauf getmək istər qısa yol ilə,
Bilmir ki, yeriyir tasa yoluyla,
Bizlər addımlarıq İsa yoluyla,
Bu yol həm çox pakdır, həm də ki, çox saf.

Sülhəddin Əkbər:
Raufun məqsədi təmiz deyildir,
Onun dəf etdiyi dəniz deyildir,
Elə İsa bəy də naqis deyildir,
Kimlər inanmasa naqis olsun lap.

Rauf Arifoğlu:
O, baş işlədərdi, başı olsaydı,
Çoxu bağışlardı, naşı olsaydı,
Yanında qalardım, yaxşı olsaydı,
İsa pis liderdir, bu, deyildir gop.

Arif Hacıyev:
Rauf piyadadı, yüyürək atda o,
Ümid oyadıbdı camaatda o,
İsadı - liderdi Müsavatda o,
O, bir futbolçu ki, ram edilir top.

Sülhəddin Əkbər:
Rauf da, Pənah da bir adamdılar,
Kinli-küdurətli kür adamdılar,
Elə bilirlər ki, dürr adamdılar,
Təəssüf ki, üsullu geyiblər qılaf.

Rauf Arifoğlu:
Üsyankar bir durum yaradacağıq,
Biz yeni bir qurum yaradacağıq,
Radikal uçurum yaradacağıq,
İsa önümüzdə olacaq tir-tap.

Arif Hacıyev:
Hər bədxah qanına boyanacaqdı,
Raufun qurumu tez yanacaqdı,
İsa bəy tip kimi dayanacaqdı,
Rauf bəy Pənahla çox etsə də laf.

Sülhəddin Əkbər:
Tezliklə yarılar Raufun bağrı,
Pənah geriləyib keçirər ağrı,
Müsavat qaçmaqda zirvəyə doğru,
Ona çata bilməz nə "Mersedes", "Raf".

Digər xəbərlər