PDF Oxu

Köşə

  • 19

Dialoq: birinin dəmi gələndə, o birinin qəmi gəlir

Dialoq: birinin dəmi gələndə, o birinin qəmi gəlir

Mirzə Qərənfil:

Ölən radikala siz qəbir qazın,
Rəsul içindədi son günlər yasın,
İstər ki, qurumu fəallaşmasın,
Min bir budaq üstə indi gəzən var,
Hətta büdcəmizə dodaq büzən var,
Radikal cinahda ürək üzən var.

M.Fəttayev:

Əlbəttə, büdcədə qüsur böyükdü,
Onun layihəsi bir ağır yükdü,
Təsirdən beşüzvlü qurumum çökdü,
"KAXCP" adlı kəndir kəsən var.

İlyas İsmayılov:

Büdcə layihəsi əzəmətlidi,
Lehinə olanlar qətiyyətlidi,
Pisləyən aşağı təbiətlidi,
Mirmahmuda bənzər çoxlu küsən var.

M.Fəttayev:

Qurumda "beşliy"in bəyi yaxşıdı,
Bizim "cırtdanlar"ın rəyi yaxşıdı,
Pisi çox büdcənin nəyi yaxşıdı?
Radikal kəsləri asıb-kəsən var.

İ.İsmayılov:

Dünya kasıblaşar, qızıl mis olsa,
Əhval korlanardı duman-sis olsa,
İnkişaf olmazdı, büdcə pis olsa,
Layihə üstündə zərif əsən var.

M.Fəttayev:

Boş torba, boş kisə nəyimə gərək,
Lalə, İsa yesə nəyimə gərək,
Cibimə girməsə nəyimə gərək,
Ay İlyas, sənin də əhsən, məzən var.

İ.İsmayılov:

Dövlət ona qara yaxmaqçün deyil,
Zirvə arifindi, axmaqçün deyil,
Büdcə də ciblərə axmaqçün deyil,
Onu da qoruyan Əhməd, Həsən var.

M.Fəttayev:

Büdcə əsəbini lap gərir sənin,
Başına qaynar su əndərir sənin,
Büdcədən cibinə nə girir sənin?
Sənin xeyirinə hansü düzən var?

İ.İsmayılov:

Dövlət möhkəmlənsə, möhkəm olaram,
Neməti azalsa, zökəm olaram,
Xaric qrant versə, ötkəm olaram,
Hirsdən-hikkəsindən sən tək çezən var.

M.Fəttayev:

Əsəbi bir durum yaradacağam,
Büdcədə uçurum yaradacağam,
Yeni blok, qurum yaradacağam,
Sən də gəl, neçə ki, neştər, nizən var.

İ. İsmayılov:
Heç çaqqal-tülkü də qurddan olarmı?
İfratlardan qorxunc xortdan olarmı?
"Ədalət" "DUİ"-də "cırtdan" olarmı?
Ya köhnə geyin gəl, ya da bəzən var.

M.Fəttayev:

Heç salmaq istəmir söz qurumundan,
Rəsul da bezibdi öz qurumundan,
Məqbulsa, üz çevir, bez qurumundan,
Sənə düşünməkçün qış, yaz, xəzan var.

İ.İsmayılov:

Rəsulla dostlaşdım güruh dövründə,
Həmsədr də oldum hüruf dövründə,
Ondan uzaqlaşdım "SİDSUH" dövründə,
Mənim özümdə də, qüsur bəzən var.

M.Fəttayev:

Akif də, Mahir də qəminə getdi,
Hər biri Rəsulun dəminə getdi,
Sonda qarayara Zəminə getdi,
Bu gün də Rəsuldan çönüb bezən var.

İ.İsmayılov:

Ərəb seyidliyi əslin, soyundu,
Zaman da törəmə dişi qoyundu,
Rəsul Quliyevin işi oyundu,
Qurumda ona çox dodaq büzən var.

M.Fəttayev:
Rəsul "DUİ"-mizə gəlsə, sevinər,
Astanada durub gülsə, sevinər,
Bizim qədrimizi bilsə, sevinər,
Pulu xəzəl kimi, on il yesən, var.

İ.İsmayılov:

Rəsul bir mühacir, tülü yox onun,
Bağda becərməyə gülü yox onun,
Xəsisdi, pul verən Əli yox onun,
Nə olsun, onlarla bomboş kisən var.

M.Fəttayev:

Mən də Mirmahmudam, deyirəm kəsə,
İstəmirəm, qrantverənlər küsə,
Rəsul radikala kömək etməsə,
Onu künc-bucaqdan tərs-tərs süzən var.

İ.İsmayılov:

Sanma "ACP"-də məqbuldu o kəs,
İfratlarçün də zay məhsuldu o kəs,
Mənim tanıdığım Rəsuldu o kəs,
Ətrafında çoxlu Lalə, Süsən var.

M.Fəttayev:

Rəsulun büdcəsi az deyil yəqin,
Özü də heç kefi saz deyil yəqin,
Pulu paylamaqçün qaz deyil yəqin,
Söylə, hansı hiylən, hansı nəsnən var?

İ.İsmayılov:

Sənə özümüzdən gətirim misal,
Həsrətdən yaxına gəlməz heç vüsal,
Mən də radikalam, sən də radikal,
Xaricdə Rəsul tək çoxlu xəstən var.

Digər xəbərlər