PDF Oxu

Köşə

  • 9

AMİP bələdiyyə seçkilərinə getməyəcək

AMİP bələdiyyə seçkilərinə getməyəcək

Mirzə Qərənfil:
Tərəddüdlü anlar bitmək istəmir,
Köhnələr silinib itmək istəmir,
Etibar seçkiyə getmək istəmir,
Biz ona demədik üzü ağ olsun,
Seçkiyə gedənin canı sağ olsun,
Xainin, xəbisin qəlbi dağ olsun.

Etibar Məmmədov:
Bir çox radikallar tox olub bu gün,
Dərd-kədərim artıb çoxalıb bu gün,
Seçkiyə marağım yoxalıb bu gün,
Neynək, kütlələrin keyfi çağ olsun.

Əli Əliyev:
Etibar qurmaqdan çox, yıxan olub,
Qrantı dördəlli o, tıxan olub,
Daim yeniliyə xor baxan olub,
İstərəm, həmişə o, axmaq olsun.

Etibar Məmmədov:
Əli Əliyevə demə doğrudu,
Qılığa girəndi, mahir oğrudu,
Başqası da deyil, xalam oğludu,
İşə götürdüm ki, bir dayaq olsun.

Əli Əliyev:
Seçkidə qələbə çalmadı niyə?
Fors edib baş nazir olmadı niyə?
Bizimçün vəzifə almadı niyə?
İstərdik həmişə o, oyaq olsun.

Etibar Məmmədov:
Bu post mənə quru verilməmişdi,
Almadım mən nuru, verilməmişdi,
İcra strukturu verilməmişdi,
İstəmədim kefim baş-ayaq olsun.

Əli Əliyev:
Dollar verirdilər, yola qaçırdı,
Yüksəliş deyəndə, yala qaçırdı,
Etibar həmişə pula qaçırdı,
İstərdi gur yanan bir mayak olsun.

Etibar Məmmədov:
Dedim ki, qazanım, dəli də yesin,
Partiyanın bədi, gülü də yesin,
İstədim xaloğlum Əli də yesin,
Təpədən-dırnağa o, çim yağ olsun.

Əli Əliyev:
Etibar deyirdi ucalmışam mən,
Əslində, get-gedə alçalmışam mən,
Düz 10 ilə yaxın ac qalmışam mən,
Nifrətim ən yaxşı bir qınaq olsun.

Etibar Məmmədov:
Bunları tanıyıb beşiklərindən,
Çıxardım çölə ev-eşiklərindən,
Qoy gəlsin burnunun deşiklərindən,
Əli kimiləri daş-qalaq olsun.

Əli Əliyev:
Çindən ölkəmizə çinilər gəlir,
Danəndələr gedir, qənilər gəlir,
Etibarlar gedir, yenilər gəlir,
O, qalsa, şalvarda dar balaq olsun.

Etibar Məmmədov:
Daim mən Əliyə çətir qoymuşam,
Nadanlıq edəndə, qədir qoymuşam,
Onu öz yerimə sədr qoymuşam,
Demədim mövqemə o, ortaq olsun.

Əli Əliyev:
Sözü çəp qoyaraq, ağ etdim ki, mən,
İşimi üsulu yağ etdim ki, mən,
AMİP-i onunçün dağıtdım ki, mən,
Etibar hirslənib dar qursaq olsun.

Etibar Məmmədov:
Nərddə ustad olan nəhs tası neylər,
Həyasız kəslərin həyası neylər,
Xaloğlu beləsə, başqası neylər,
Əvvəl də sarsaqdı, qoy sarsaq olsun.

Əli Əliyev:
Həyatda onun tək tip qazanmışam,
Çoxları deyir ki, "CİP" qazanmışam,
Mən özüm müstəqil "VİP" qazanmışam,
Etibar meyvəsiz geniş tağ olsun.

Etibar Məmmədov:
"VİP" kimi "cırtdan"lar hələ çoxdusa,
Əli hara gedir kütlə yoxdusa?
Qoy mitinq keçirsin, əgər haqdısa,
Kütlə gəlməyəcək, lap yaltaq olsun.

Əli Əliyev:
Qəbələ firması "Jalə" çağırır,
Xaloğlu əvvəldən nalə çağırır,
Mitinqə bizlər yox, Lalə çağırır,
Yalançı Etibar qoy tapdaq olsun.

Etibar Məmmədov:
Əli doğrultmadı etimadı da,
Yanımda çəkilmir indi adı da,
Mən üstün tuturam yaxşı yadı da,
Yaxşılar çağlayan bir bulaq olsun.

Əli Əliyev:
Ata liderliyi, o, qıya bilmir,
Lider adından da heç doya bilmir,
AMİP-ə hələ də sədr qoya bilmir,
Onunçün ya viski, tünd araq olsun.

Etibar Məmmədov:
Ömründə çox səhvlər, xata vermisən,
Özünü çox közə-oda vermisən,
Ay naqis, AMİP-i bada vermisən,
Qoy pislər bizlərdən çox uzaq olsun.

Əli Əliyev:
Etibar, lider yox bizdə sən tipdə,
Partiyan vərəmdə, özün qripdə,
AMİP üzvlərinin çoxusu "VİP"-də,
Adın siyasətdən qoy iraq olsun.

Digər xəbərlər