PDF Oxu

Köşə

  • 12

Müsbətə doğru dəyişiklik gözlənilmir

Müsbətə doğru dəyişiklik gözlənilmir

Mirzə Qərənfil:

Radikal liderlər yığılıb gedir,
"DUİ"-lər, "QRUH"-lar dağılıb gedir,
Dəstəkçi bosslar da sağılıb gedir,
Pənah da, İsa da getmək istəmir,
Kütlələr içində itmək istəmir,
Lüzumsuz meydanda bitmək istəmir.

Rauf Arifoğlu:

Bunları qazıyıb atmaq lazımdır,
Səbrlə sonuna çatmaq lazımdır,
Dibsiz quyu kimi udmaq lazımdır,
Bir işi mükəmməl etmək istəmir.

Tahir Kərimli:

Bir lider bir işi var eyləmədi,
Xəcalət çəkərək ar eyləmədi,
Nərəm heç birinə kar eyləmədi,
Nəqd avro istəyir, ətmək istəmir.

İqbal Ağazadə:

Pənah pusqu qurub girdi qəsdimə,
İsa hücum çəkdi qəfil üstümə,
Hətta, Əli salıb məni pis günə,
Heç kəs harayıma yetmək istəmir.

Vurğun Əyyubov:

Əl çəkin İsanın siz yaxasından,
Onsuz da asılıb biz yaxasından,
Qoy özü asılsın öz yaxasından,
Neyləyim, arsızdı, pörtmək istəmir.

Arif Hacıyev:

İsa da adamdı Şümür deyildir,
Ürəyi ətdəndi, dəmir deyildir,
Onun sərəncamı əmr deyildir,
O, möhtəşəm blok tikmək istəmir.

İsa Qəmbərov:

18 il sizə başqan olmuşam,
Maliyyə gətirən toçkan olmuşam,
Şərab, çaxır, pivə boçkan olmuşam,
Heç bir kəs ünvansız ötmək istəmir.

Əli Kərimov:

Asandı adamı pisləyib getmək,
Ondan da asandı bizləyib getmək,
Bizim taleyimiz gözləyib getmək,
İsa da əziyyət çəkmək istəmir.

Lalə Hacıyeva:

Başlıca mənfəət gəlirdi mənə,
Siyasətdə şöhrət gəlirdi mənə,
İsa da, Pənah da gülürdü mənə,
Heç kəs dost toxumu əkmək istəmir.

Əvəz Temirxan:

Lalə heç vaxt mənim tuşuma gəlmir,
Pənah da, Lalə də xoşuma gəlmir,
Hansı hadisələr başıma gəlmir?
Yenə də amalım çökmək istəmir.

Pənah Hüseynov:

Əllamə hərəkət Əlləmdən gəlir,
Ya da onun əksi Qəlləmdən gəlir,
İdeya ixracı kəlləmdən gəlir,
Kəllə ideyanı tökmək istəmir.

Mirmahmud Fəttayev:

Ya Əliyə gedib puç olmalıyam,
Ya da ki, Laləyə tuş olmalıyam,
Əslində, İsaya qoşulmalıyam,
Xarici qrantlar sökmək istərəm.

Əhməd Oruc:

"DUİ"-yə, ağama sadiq əsgərəm,
İsa Əsli isə, mən ollam Kərəm,
Onlardan ayrılsam, qoy olum vərəm,
Pullu radikalı ütmək istərəm.

Nurəddin Məmmədli:

İsayla, Laləylə işim yox mənim,
Əli Kərimova borcum çox mənim,
Həm də pul sarıdan gözüm tox mənim,
Həm azca mənfəət güdmək istərəm.

Qabil Hüseynli:

Hər kəsi burama səfil başına,
Çıxaram liderin qəfil başına,
Ataraq üsullu mən kül başına,
Sonra da cibini didmək istərəm.

Mirzə Qərənfil:

Sizlərə kütlənin nifrəti çoxdu,
Zərrə elektorat rəğbəti yoxdu,
Lider səriştəsi heç qəti yoxdu,
Sizin alnınızı çərtmək istərəm.

İsa Qəmbərov:

Liderəm, yüksəkdə bir rəhbərim yox,
Ötən 18 il bircə şərim yox,
Başqanlıq sarıdan bərabərim yox,
Başımı başlara sürtmək istərəm.

Lalə Hacıyeva:

Çimnazdan güc alıb Dursunu keçdim,
Erməni axçisi Harsını keçdim,
Liderəm, liderlik kursunu keçdim,
Elə liderlər tək pörtmək istərəm.

Əli Kərimov:

İstər İncil gətir, ya Tövrat, Quran,
Öz sədr postumdan olmam pərişan,
Mənə söyüş söyür yerindən duran,
Lider dönərini dürtmək istərəm.

Pənah Hüseynov:

Sınıq generator olsam da özüm,
İsada lider tək görmüşəm dözüm,
Bir də Mirmahmudu tutubdu gözüm,
Başımda mükəmməl qərtmək istərəm.

Digər xəbərlər