Gül və Ərdoğan Sarkisyanın ayaqlarına niyə döşəniblər? Bu sual indi bütün türk dünyasının ağlını yamanca qarışdırıb. Əslində, regionun özü də əməllicə qarışır. Özü də bu işi hədəfdə olan ölkələrin ən murdar və cılız siyasi hakimiyyətlərinə gördürürlər. Xüsusilə, Türkiyənin başına açılanlar, bəlkə də bütün dünyaya meydan oxumuş Osmanlı İmperiyasının yarandığı əsrlərdən ta indiyə qədər heç yerdə yazılmayıb və oxunmayıb. Hələ böyük Türkiyə dövlətinin başında duran bir adamın arvadının erməni dığası üçün xüsusi yemək bişirməsi ən dəhşətli və rəzil bir durumdur. Gör nə günlərə qaldın, Türkiyə! Daha Ermənstanla sərhədi açsan da nə olar, açmasan nə olacaq?! Olan oldu. Dünya gücləri Türkiyəni əməlli-başlı aralarında bölüşdürürlər və bu proses çox yaxın bir zamanda Türkiyədə 1980-ci illərin Kənan Evren prosesini gündəmə gətirəcək.Çünki türk xalqının AKP-nin bu rüsvayçılıqlarına "dur" deməsi onun bir xalq kimi, Türkiyənin isə bir dövlət kimi varlığı üçün son dərəcə önəmlidir. Yoxsa Türkiyə rəzil günə qalıb ayaqlar altında qalacaq, bu yüzdə-yüz belədir.
O bir Allaha and olsun ki, mən bu cümlələri qardaşımız Türkiyəyə və türk xalqına nifrət və ya kin -küdurətlə yox, bir yanğı hissi ilə yazıram. Tam siyasətdən kənar! Anadolu türklərinin öz sözləri ilə ifadə etsək, hər bir azəri övladının içində AKP-yə və Ərdoğana, sadəcə, bu sözlər yön alıb: "yazıqlar olsun, bəy əfəndim!" Əfsanəvi "imperator" Fatih Terim demişkən, insan sevdiklərindən ayrılanda və üzüləndə, çox pis olur. Elə bilərsiniz, biz bunu Ankaranın son günlər hədsiz şəkildə Ermənistan və onun dılğır başçısı Serj Sarkisyanın ayaqlarına döşənmək üçün etdiklərinə görə yazırıq? Qətiyyən! Çünki bizim Türkiyədən artıq umacağımız və gözləyəcəyimiz bir şey yoxdur.
Düzdür, bunu "yapanlar" Türkiydəki icraçılarına - AKP hakimiyyətinə, yer üzündə heç bir hökumətə göstərmədikləri pul və siyasət dəstəyini əvvəlcədən tədarük ediblər. Yəqin ki, qarşıdan gələn parlament seçkilərində də bu işi elə usta şəkildə görəcəklər ki, bütün dünya, məsələn, Əfqanıstanda və İraqda NATO əsgərləri tərəfindən güllələnən yüzlərlə, minlərlə günahsız insanın qanı üzərindən "demokratiya şarkısı" oxuyan Ağ Ev, NATO, Avropa Birliyi və başqaları səs-səsə verib AKP-nin və Ərdoğanın nə qədər "böyük demokrat" olduğunu açıqlayacaqlar. Çünki AKP və Ərdoğan onlar üçün yüz illərdir ki, babalarının və ulu babalarının xəyal etdikləri bir işi - Türkiyəni çökdürməyi onlar üçün BAX İNDİKİ DƏQİQƏLƏRDƏ REALLAŞDIRIRLAR! İndi isə keçək məsələnin tamam başqa yönünə. Türkiyəni kimlər və necə bölüşdürürlər? Bax, əsas məsələ budur. Son bir il ərzində AKP hökumətinin "futbol diplomatiyası" adı altında Türkiyənin neçə yüz illərdir ki, həyata keçirdiyi prinsipial siyasəti ayaqlar altına atması, heç şübhəsiz ki, dünya güclərindən gələn xüsusi bir tapşırıq idi. Başda ABŞ prezidenti Barak Obama olmaqla AB, Fransa, İngiltərə, Almaniya və başqları, hətta bütün bu sadaladığımız ölkələrə qarşı "mehriban düşmənçilik" həyata keçirən Rusiya da bu oyunun içindədirsə, deməli, məsələ həddindən artıq çox gizli, qaranlıq və NƏTİCƏLƏRİ ƏLLİ-YÜZ İLLƏRƏ HESABLANAN BİR PLANDAN İBARƏTDİR! Amman nə baş verirsə, versin, nə olursa-olsun, bir həqiqət yüz ildən sonra da belədir ki, heç bir Avropa dövləti başda ABŞ olmaqla Şərqdə bir müsəlman dövlətinin müasir və qüdrətli inkişafını ağıllarına da gətirmək istəmirlər. Onların Türkiyəyə "sevgisi" onu bölüşdürməkdən və regiondakı gücünü məhv etməkdən qaynaqlanır. Onlar Türkiyni GÜLƏ-GÜLƏ, addım-addım buna doğru aparırlar. Bax, beləcə, biz dünya güclərinin "Türkiyə ssenarisini" izləyirik.