PDF Oxu

Köşə

  • 10

Pənah Hüseynovun radikalizmi müdafiə cəhdi

Pənah Hüseynovun radikalizmi müdafiə cəhdi

Budəfəki duet ortağımız olan AXP sədri Pənah Hüseynov suallarımızı cavablandırmaq məsuliyyətini öz üzərinə götürmüşdür. Radikal aləmdə əvvəllər onu lmüxalifətin ideya generatoru" adlandırırdılar. Pənah bəy deputat mandatı qazandıqdan sonra Milli Məclisdə Müsavat deputat qrupunun rəhbəri seçilmişdir.
Son vaxtlar irəli sürdüyü bir fikir radikal dairələrdə əks-səda doğurmuşdur. Pənah bəy deyirdi ki, radikal müxalifətin başlıca sütununu Müsavatda İsa Qəmbərov, "AXCP" (i)-də Əli Kərimov, lKAXACP"-də isə Mirmahmud Fəttayev təşkil etməkdədir. Xülasə, deyişməmizə keçirik. Qafiyəni Pənah bəy təklif etdi. O, belə idi:

Deyirəm hamımız büllur qab olaq,
Hərboğazdan keçən təmiz ab olaq.

Mirzə Qərənfil:

Dedin Müsavatın bəyi əsasdır,
Burda hər bir üzvün səyi əsasdır,
Söylə, İsa bəyin nəyi əsasdır?
Bunu biz də bilib, feyziyab olaq.

Pənah Hüseynov:

Çoxları saysa da onu puç xəyal,
Üzünə dirənib, çevirsə də dal,
İsa bəy ən köhnə ifrat radikal,
Onun tənqidindən gəl iraq olaq.

Mirzə Qərənfil:
Yandırıb əlinə aldın məşəli,
Ağzına gələni dedin nəşəli,
Məgər dağıtmadı cəbhəni Əli?
Sən açıqlama ver, keyfi çağ olaq.

Pənah Hüseynov:

İlk əvvəl sifətdə ordu dirçəltdi,
Sonra əsarətdə qurdu dirçəltdi,
Əzib lklassiki", lYurd"u dirçəltdi,
Unutqanlıq etsək, qaşqaldaq olaq.

Mirzə Qərənfil:

Söylə, Əli bəyin nəyi yaxşıdı?
İsanın de, hansı səyi yaxşıdı?
Radikalın neçə bəyi yaxşıdı?
Qoy yalan söyləyib, lap vraq olaq.

Pənah Hüseynov:

Əlinin işi, əməyi yaxşıdı,
İsanın yada köməyi yaxşıdı,
Pənahın arzu-diləyi yaxşıdı,
Radikal qədəhdə turş araq olaq.

Mirzə Qərənfil:

Çox yaxşı bilirsən, Əliylə İsa,
Çox radikal ömrü ediblər qısa,
Yolları aparıb iflasa, yasa,
O cür əməllərdən biz qıraq olaq.

Pənah Hüseynov:

Qurum üzləşərsə, iflasla, əsla,
Əlini, İsanı çəkməyək dala,
Qüsurlara görə bizi az danla,
Sponsor başında qoy daraq olaq.

Mirzə Qərənfil:

Pənah, tərifləmə bəyləri nahaq,
Xalqın əleyhinə hər biri qoçaq,
Hər biri bossların əlində bayraq,
Lazımdı millətə biz çıraq olaq.

Pənah Hüseynov:

İsa da, Əli də həmişə ayıq,
Hər biri siyasi mövqedə sayıq,
Onlar iqtidarda olmağa layiq,
Gərək hər birinə biz dəstək olaq.

Mirzə Qərənfil:

Sənin liderlərin sıradan çıxdı,
Çətinə düşəndə aradan çıxdı,
Yaxşı bu Mirmahmud haradan çıxdı?
Düz, olar onlarsız qalıb tək olaq.

Pənah Hüseynov:

Burada durum da şübhəli kimidi,
Bir çox radikal lap dəli kimidi,
Mirmahmudsa İsa, Əli kimidi,
Təklif etmədim ki, biz mələk olaq.

Mirzə Qərənfil:

Hər yalan danışan verər cərimə,
Əlilər önündə çaşıb ərimə,
Söyərdin onlara, olsan yerimə,
Bəyləri at getsin, xoş dilək olaq.

Pənah Hüseynov:

Radikalda mümkün azmaq, cayıtmaq,
Yalan söz söyləyib, böhtan ayıtmaq,
Ancaq mümkün deyil geri qayıtmaq,
İstər məxmər, yaxud lap ipək olaq.

Mirzə Qərənfil:

Ümummilli lider yekdir, uludur,
Tutduğumuz düz kurs məslək yoludur,
Sizin yediyiniz xaric puludur,
Gərək sizin kimi dönüb səy olaq?

Pənah Hüseynov:

Düzdü, olmamışıq dadlı, bal kimi,
Səmada süzmədik bir qartal kimi,
Qalarıq əbədi radikal kimi,
Bossların önündə biz yüyrək olaq.

Digər xəbərlər