PDF Oxu

Köşə

  • 8

Radikal qurumların perspektivsizliyi aydın oldu

Radikal qurumların perspektivsizliyi aydın oldu

Bu gün bu qərara gəldik ki, biz radikal durumdakı vəziyyət haqda sual veririk, cavab vermək istəyən şəxsin özü ortaya qəfil çıxır. Biz suallarımızı müxtəlif səpkilərdə qurmaqla oxucularımızın maraqlarını təmin etməyə çalışacağıq. Qoşa qafiyənin yükü bu dəfə öz çiyinlərimizə düşdü. Qoşa qafiyə belə alındı:

Qurumlar göstərir qətiyyət bu gün,
İstəmir çəkələr əziyyət bu gün.

Mirzə Qərənfil:

Sizcə, haradandı radikalda ruh?
Qurum iş görəndi, yoxsa bir güruh?
Qalib gələcəkmi seçkidə "QRUH"?
Yoxsa yan keçəcək ondan cəmiyyət?

Əli Əliyev:

Yaxşı olsa idi "QRUH"un halı,
O, bir iş görərdi, açmazdı falı,
İndi çəkilməzdi o, dalı-dalı,
Dalana dirənmək olmazdı qismət.

Mirzə Qərənfil:

O, ləzzətli təam, yoxsa kündədi?
Bəlkə bəxti yatıb, canı cindədi,
"Azadlıq" bloku hansı gündədi?
Buna dəqiq cavab varmı, nəhayət?

Əhməd Orucov:

Adı gurultulu səslənsə belə,
Artıq zaman onu veribdi yelə,
Xırda bir zapçastı heç gəlmir ələ,
Blok yaşamaqda məhşər, qiyamət.

Mirzə Qərənfil:

Bəs sizin "DUİ"-yə sözünüz nədir?
Onun əməlindən gəlirmi ətir?
"DUİ"-yə lazımmı hansısa çətir?
Bir sözlə, necədi burda vəziyyət?

Arif Hacıyev:

Mirmahmud istəmir nəyisə qurmaq,
Olubdu peşəsi həmişə qırmaq,
"DUİ"-nin məqsədi vurub-uçurmaq,
Girmə bu quruma, məndən nəsihət.

Mirzə Qərənfil:

Bu gün Müsavata girmək olarmı?
Üzv olub, həm xoş gün görmək olarmı?
Orda başqasıyçün dürmək olarmı?
Asan qazanırlar görən qənimət?

Rauf Arifoğlu:

Müsavat tuxtadı, İsa bu andan
Pay umur Avropa liberalından,
Müsavat yüksələr, İsa versə can,
Onun pis halından alardım ləzzət.

Mirzə Qərənfil:

Lalə milliləndiyi "MBH" necə?
Lalə yelləndiyi "MBH" necə?
Lalə şelləndiyi "MBH" necə?
Ondan gözləyəkmi xoş bir əlamət?

Əvəz Temirxan:

Nə Lalə, nə də ki, qurumun özü,
Səmada süzsə də, dəyişmir, düzü,
Ambisiya, irad əzməkdə bizi,
Bezdirmir Laləni heç bir qəbahət.


Mirzə Qərənfil

Bəs AMİP necədir, bölünmüş AMİP?
Bəlkə pis durumda qoyub onu "VİP"?
Lider tapmamışmı bir xarici cib?
Ona elektorat deməzmi lənət?

Ayaz Rüstəmov:

Artıq qalmamışdır AMİP-dən əsər,
Çünki yox liderin dilində kəsər,
AMİP verməyəcək heç zaman bəhər,
Yox siyasi zəka, yox taktiki xətt.

Mirzə Qərənfil:

Molla lazım olmur toyda-düyündə,
Qüsurmu yaranıb indi beyində?
Lazımmı partiya islami yöndə?
Konstitusiya saymazmı bu meyli bidət?

Tahir Kərimli:

Sakit ol, eşidər dindar fanatlar,
Dualar oxuyub belini qatlar,
Sonra şövqə gəlib dilini qatlar,
Hətta dedirdərlər öz dilinlə tət.

Mirzə Qərənfil:

Dindarların çoxu millətdən ayrı,
Ancaq olmamışıq qeyrətdən ayrı,
Bu gün din sayılır dövlətdən ayrı,
Azad cəmiyyətdə fanat nə darəd?

Vurğun Əyyubov:

Dindarlardan uzaq olmasam da, mən,
Dini siyasəti sevməm qətiyyən,
Dindar fanatlar çox, bilməlisən sən,
Onlar dinsizlərə vermirlər mədəd.

Digər xəbərlər