PDF Oxu

Köşə

  • 11

Radikalların reytinqləri enməkdədir

Radikalların reytinqləri enməkdədir

Biz ifrat radikal cinahda mübarizə aparan liderlərin reytinq cədvəllərindəki vəziyyətlə tanış olmaq üçün Müsavat, "MBH", ADP və "ACP" liderlərinə müraciət etdik. İsa Qəmbərov, Lalə Hacıyeva və Sərdar Cəlaloğlu ilə qərargahlarında görüşsək də, Rəsul Quliyev sualımızı selektor əlaqəsi ilə cavablandırdı. Liderlərdə yeganə dəyişilməz xüsusiyyət "öz ayranlarına turş deməmək"lə xarakterizə olunmaqda idi. Bunu tutduqları qafiyədən də başa düşmək olardı. Qafiyəni Müsavat başqanı tutdu, o biriləri də qeyri-ixtiyari bəyənməli oldular. Qafiyə belə idi:

Həvəsimiz, qəlb odumuz sönsə də,
Biz nikbinik, reytinqimiz ensə də.

Mirzə Qərənfil:

Bu bəllidi, reytiqimiz azalıb,
Bir vaxt saldığınız yol, iz azalıb,
Azalıbdı, həm də qəliz azalıb,
Sönübsünüz, reytinqiniz dönsə də.

İsa Qəmbərov:

Siyasətdə zarafat nə, ciddi nə?
Elektorat aşiq deyil qəddinə,
Çatsa da reytinqim sıfır həddinə,
Çatışmazlıq yox beyində, ənsədə.


Lalə Hacıyeva:

Xoş bir amal, arzu, dilək "MBH",
Kimlərə pis, mənə qəşəng "MBH",
Mənim üçün bir yelləncəəək "MBH",
Reytinqimi azaltdı Əvəz gədə.

Sərdar Cəlaloğlu:

Mən Rəsulu ADP-dən ayırdım,
Özüm haqlı, onu haqsız sayırdım,
Mən özümü tutub lider qayırdım,
Dar ayaqda saldım özümü bədə.


Rəsul Quliyev:

Nyu-Yorkdayam, gözəlçələr, kef-damaq,
Sərdar vurur şalvarına ağ yamaq,
Heç pis deyil reytinqsiz də yaşamaq,
Pis deyərlər, əl çatmayanda ətə.

İsa Qəmbərov:

Maliyyəsiz dolaşmağa nəfəs yox,
Yaşamağa bir abırlı qəfəs yox,
Reytinqimi artırmağa həvəs yox,
Sözüm yoxdu daha mənim millətə.

Lalə Hacıyeva:

Deyiblər ki, duzum var böyrəyimdə,
Yellənərəm "MBH" yüyrüyümdə,
Reytinqim də yığılıb ürəyimdə,
Elektorat dönübdü bir illətə.

Sərdar Cəlaloğlu:

Partiyada reytinqini yudur ki,
Hüdudunda bir balaca qudur ki,
Bu cür biclik ifratlarda tutur ki,
Get özünü mindir görüm qiymətə.

Rəsul Quliyev:

Maliyyəmlə ayaqda durmaqdayam,
Rəqibləri vurub uçurmaqdayam,
Deyirlər ki, guya qudurmaqdayam,
Yad ellərə ilişmişəm zillətə.

İsa Qəmbərov:

Bir başqan tək mən qalmışam havada,
İstərlər ki, qızardalar tavada,
Başqanlığı verməkdəykən Qubada,
Mən eşitdim Rauflardan min hədə.

Lalə Hacıyeva:

Mən yeyirəm qərargahda bal-qaymaq,
Əvəzinki olub günləri saymaq,
Arzularam "MBH"-də uyumaq,
Ancaq yaman ajoq verir bu mədə.


Sərdar Cəlaloğlu:

Çox çətindi iş görmək,
Əlləşirəm gündə yüz sarsaq ilə,
Reytinq düşür, həm qara, həm ağ ilə,
Kütlələri tutsan mahi-zinnətə.


Rəsul Quliyev:

"ACP"-də zəhər, çoru dinləyin,
Mobil yoxsa, tapıb boru dinləyin,
Danışıram, selektoru dinləyin,
Mayam ilə düşərsiniz cənnətə.

İsa Qəmbərov:

Müsavatda məni yaman yıxdılar,
Növbə ilə yerdən-yerə çaxdılar,
Hər birisi düz başıma çıxdılar,
Dedilər ki, barı tez gəl lənətə.


Lalə Hacıyeva:

Yuvam isti, qızınıram nuş ilə,
Şirələri gillədərəm tuş ilə,
Gen səmada yarışaram quş ilə,
Müntəzərəm elektoral minnətə.

Sərdar Cəlaloğlu:

Mən olmuşam dəvəsi ölmüş ərəb,
Siyasi səhrada çalıbdı əqrəb,
Reytinq yoxdu, yoxdu həm də milli təb,
Qoy düşməsin elektorat heyrətə.

Rəsul Quliyev:

Kim eşidər burdan mənim hayımı?
Necə alım gəlib orda payımı?
Barda rahat içməkdəyəm çayımı,
Sözüm də yox, Nyu-Yorkdakı xidmətə.

Digər xəbərlər