Vəhdət partiyasının sədri Tahir Kərimlinin, son nəhayətdə, radikallardan üz döndərib konstruktiv mövqe tutduğu məlumdur. O, Pənah Hüseynovun son ideoloji konsepsiyası ilə də tanışdır və onun "əsil radikal" qrifi altında dediklərini qəbul etmir. T.Kərimli İsa Qəmbərov, Əli Kərimov və Mirmahmud Fəttayevin bundan sonra radikal cinah üçün heç nə edə bilməyəcəklərini deyir. Onun dediklərini sözlə desəm, dilim od tutub yanar. Odur ki, meyxana ahəngi altında deyirəm ki, canınıza yağ kimi yayılsın. T.Kərimli də ahəng tutmağa hazır olduğunu bildirdi. Papaq qafiyəsini də papkasından o çıxartdı. Qafiyə belə idi:
Doğrusu, bügünkü radikal kəslər,
İflas məqamında rəqibi pislər.
Mirzə Qərənfil:
Fikrində canlandır bütöv Vəhdəti,
Bununla oyadıb eli, milləti,
Radikallar haqda söz söylə qəti,
Söylə, cəmiyyətdən onlar nə istər?
Tahir Kərimli:
Onlar xaric ilə lap çaşka-loşka,
Mərc edib içərlər pivə bir boçka,
Olub hər şeyləri donuzdan başqa,
İndisə pis olub qarışıq işlər.
Mirzə Qərənfil:
Bunlar ad çıxarıb bic oğru kimi,
Xalqa sırındılar pak doğru kimi,
Qəlblərdə qaldılar bir ağrı kimi,
İndi hər birini siçanlar dişlər.
Tahir Kərimli:
Silaha qurşanıb silahlı kimi,
Qrant sümürürlər maraqlı kimi,
Mən nərə çəkərdim Koroğlu kimi,
Bunların hər biri qumral çəpişlər.
Mirzə Qərənfil:
Tahir bəy, aldığın, verdiyin vardı,
Göz açıq olanda gördüyün vardı,
Üstündə radikal örtüyün vardı,
Gedirdin həmişə sən şərə qənşər.
Tahir Kərimli:
Atıblar önümə dən aşağıdan,
Zilim yüksək olub, bəm aşağıdan,
Həmişə getmişəm mən aşağıdan,
Yüksəkdən banlayıb həmkar qəmişlər.
Mirzə Qərənfil:
Gözə dəyməkdəsən sən mətin kimi,
Onlar bölünməkdə bir sətin kimi,
Radikal dağıldı Vəhdətin kimi.
De, nə qazandılar bu görməmişlər?
Tahir Kərimli:
Əli üzü üstə çevrilməkdədir,
İsa başqanlıqdan devrilməkdədir,
Mirmahmud düşünür hələ dikdədir,
Onu gözləməkdə dərin enişlər.
Mirzə Qərənfil:
Radikal alırdı Avropadan pul,
Bossları önündə hər birisi qul,
Nuyu-Yorkda qalmaqda, hələlik, Rəsul,
Donub ürəyində qüssə, kədər, çər.
Tahir Kərimli:
İndi radikala yanaşır Pənah,
Ağzına gələni danışır Pənah,
Sabah oxuyacaq "Bərdaşt", "Şur" Pənah,
Dəstəkləməyəcək onu bir nəfər.
Mirzə Qərənfil:
Əlinin gözünü örtməkdədi qan,
Daim hücumlara tuş olur başqan,
Mirmahmud qımışır baxıb qıraqdan,
Anlamır "DUİ"-də bağlanıb dəftər.
Tahir Kərimli:
Qaçıb son zamanlar Pənahın rəngi,
Get-gedə bulanır İsa ahəngi,
Əliylə Mirmahmud çalacaq cəngi,
Qatıb xörəyinə bossları zəhər.
Mirzə Qərənfil:
Daim parçalanır radikal durum,
İsada, Əlidə əsəblər tarım,
Dörd bir yanlarında dərin uçurum,
Deyəsən, son səfər olacaq məhşər.
Tahir Kərimli:
Çoxdan açılıbdı, düzü, paxırı,
Qarışıq salıbdı onlar naxırı,
Yoxdu heç birinin xoşbəxt axırı,
Bir vaxt üzlərinə bağlanar şəhər.
Mirzə Qərənfil:
Bağlanıb radikal darvazaları,
Gəlmir elektorat onlara sarı,
Hər biri itirib, qıfıl-açarı,
Gözləmir onlardan kütlələr bəhər.
Tahir Kərimli:
Radikal cinahda düşüncələr dar,
Pənah boş danışıb, hey baş aparar,
Burda beş ildir ki, bağlanıb bazar,
Bütün radikallar olub birtəhər.